.

Asiya Fakt İnformasiya Agentliyi (Asiya.info) nəzdində Sizi Tanıyaq layihəsinin Sezon Final konsert çəkilişi baş tutdu.

Asiya.info xəbər verir ki, tədbiri açıq elan edən layihə rəhbəri Vüsalə Qələndərli layihənin yaranması və fəaliyyəti haqqında məlumat verdi. 
Tədbirdə iştirak edən Millət vəkili Aydın Mirzəzadə, Asiya Fakt İnformasiya Agentliyinin direktoru Şəfayət Avılbəyli, Okuklu Holdinqin rəhbəri Yılmaz Okuklu, Axar.az saytının redaktoru Anar Niftəliyev, QHT sədrləri, jurnalistlər, sənətçilər çıxış edərək layihənin müasir dövrdə gənclərin inkişafında böyük önəm daşıdığını, bu cür tədbirlərin keçirilməsinin vacibliyi vurğuladılar. Gənc istedadların çıxışlarını izləyərək onların uğurlarından bəhs edən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, bu istedadlı gənclərin böyük gələcəyi var. Xarı Bülbül rəqs qrupunun iştirakçılarının "Odlar Yurdu" rəqsinin gözəlliyindən danışaraq onların müəllim və valideynlərinə təşəkkür etdi. Millət vəkili daha sonra gənc yazar Sevindik Nesiboğlunun uğurlarından danışdı:" Onu gələcəyin Bəxtiyar Vahabzadəsi, Nizamisi, Füzulisi, Hüseyn Cavidimi adlandırım bilmirəm, amma böyük istedadı var. İstərdim ki, şöhrət dalğasından uzaq olsunlar. Sadəcə olaraq yaratsınlar. Layihənin rəhbərinə təşəkkür edirəm ki, öz gücünüzlə belə bir tədbirlər təşkil edirsiz. Azərbaycanımız var olsun Dövlətimiz var olsun, bayrağımız işğal olmuş bölgələrimizdə dalğalansın".Çıxış edən Şəfayət Avılbəyli bildirdi ki, gənclərin hər biri bizim gələcəyimizdir. Onların parlaq gələcəyi üçün hər birimiz əlimizdən gələni etməliyik. Ş. Avılbəyli onu da qeyd etdi ki, gələcəkdə bu gənclərimizi xarici səfərlərə də aparacağıq.Tədbirin təşkilati dəstəyində bu dəfə də köməyini əsirgəməyən Yılmaz Okuklu çıxışı zamanı gənclərimizlə qürur duyduğunu, bu cür tədbirlərin keçirilməsində hər zaman dəstək olacağını bildirdi. O qeyd etdi ki, bu istedadlı balaların böyük gələcəyi var. Onları müasir dövrün pis vərdişlərindən qorumaq lazımdır . Bu yolda valideynlərin üzərinə daha böyük yük düşür. Bəstəkar Gülzar Oqtayqızı isə çıxış edərək gənc yazar Sevindik Nesiboglunun yaradıcılığı ilə tanışlığına görə çox sevindiyini bildirdi və tezliklə onun "Qarabağ Marşı" şeirinə mahnı bəstələyəcəyinə söz verdi.Daha sonra tədbir maraqlı konsert proqramı ilə davam etdi. Sonda istedadlı gənclərə Fəxri Fərman və hədiyyələr verildi. 


















Xəbər lenti