.

Ötən gün respublikamızın ümumtəhsil müəssisələrində dərs ilinin son günüdür. Bütün orta məktəblərdə “Son zəng” mərasimləri keçirilir. Elə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində də.

Ardını oxu...

.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 iyun 1950-ci ildə BMTBaş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb
.

Ardını oxu...

.

Dünən Bakı Olimpiya Stadionunda baş tutan "Çelsi”-"Arsenal” matçını izləyənlər arasında prezident İlham Əliyev və xanımı da olub. 

Ardını oxu...

.

2016-cı ilin aprelində Qarabağda gedən dörd günlük müharibə ilə bağlı bütün xüsusatları araşdırmaq üçün Ermənistanda parlament istintaq komissiyası tezliklə qurulacaq.

Bu barədə jurnalistlərlə söhbətində hakim “Mənim addımım” blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts deyib.

_____________

2016-cı ilin aprel müharibəsi ilə bağlı bütün xüsusatların araşdırılması üçün parlament komissiyası yaradılacağı haqda həftənin əvvəlində baş nazir Nikol Paşinyan Yerevanda tərəfdarları qarşısında demişdi. Paşinyanın bu bəyanatı “Qarabağ klanı”nın Ermənistanın indiki hakimiyyətinə qarşı hücumlarına cavabdır.

 

Lilit Makunts parlament komissiyasının təhqiqat predmetinin məhz hansı məsələlər olacağını aydınlaşdırmayıb. Lakin məlumdur ki, aprel müharibəsi Ermənistan ordusunun nə dərəcədə acınacaqlı və rüsvayçı durumda olduğunu üzə çıxarmışdı. Virtualaz.org həmin hadisələr zamanı erməni mənbələrinə istinadən bu haqda dəfələrlə yazıb. Məlum olmuşdu ki, döyüşlər başlayanda Qarabağda erməni tanklarının bir çoxu akumlyatorların və yanacağın olmaması səbəbindən xoda getməyib.

Yaxud əsgərləri daşımaq üçün avtomobil nəqliyyatı çatışmayıb, çünki Ermənistan ordusunun avtomobil nəqliyyatı sınıq-salxaq maşınlardan ibarət idi. Habelə rabitə vasitələrinin çatışmaması səbəbindən komandirlər əsgərlərə əmrləri mobil telefonla veriblər, o cümlədən əsgərlərin bir çoxunun alt paltarlarının olmadığı da üzə çıxıb. Həmin vaxt prezident Serj Sərkisyan ordudan bir neçə generalları qovdu, müdafiə naziri Seyran Ohanyan isə aprel müharibəsinin nəticəsi olaraq bir neçə ay sonra vəzifəsini itirdi.

 

“Azadlıq” radiosunun erməni xidmətinin bildirdiyinə görə, Lilit Makunts xüsusi istintaq komissiyasının parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının rəhbəri, “Mənim addımım” fraksiyasının üzvü Andranik Köçəryanın rəhbərliyi ilə qurulacağını deyib. Çünki parlamentin reqlamentinə görə, müdafiə və təhlükəsizlik məsələləri üzrə istintaq komissiyası ancaq bu daimi komissiya tərəfindən qurula bilər.

“Çiçəklənən Ermənistan” fraksiyasından deputat Nairi Zöhrabyan isə deyib ki, istintaq komissiyasının yaradılması onlarla müzakirə edilməyib. Amma belə təşəbbüs olsa onlar əleyhinə olmayacaqlar.

Zöhrabyan bildirib ki, o komissiyanın aprel müharibəsi zamanı ön xəttdə patronların və dizel yanacağının çatışmaması, habelə bölmələrin müasir təchizat vasitələrinin olmaması kimi məsələləri araşdırmasını istərdi. “Mən anlaya bilmirəm, nəyə görə generallar Ermənistanda ən varlı və ən elitar təbəqəyə çevriliblər”-Zöhrabyan bildirib.

 

Komissiya dövlət orqanlarına sorğular verə və zəruri informasiyaları toplaya biləcək. Bunların əsasında təhqiqat aparılıb yekun məruzə hazırlanacaq. Həmin məruzə əsasında sonrakı addımlar müəyyən ediləcək.

Bəribaşdan təxmin etmək olar ki,, Paşinyanın qurduğu bu komissiya “Qarabağ klanı”nın bir çox nümayəndələrinin, o cümlədən Dağlıq Qarabağdakı rejimin hərbi-siyasi rəhbərliyinin xeyrinə işləməyəcək. Qarabağdan Paşinyana barmaq silkələyən, Köçəryanla Sərkisyanın komandasına daxil olmuş generalların da bu araşdırma nəticəsində kəllələri gedə bilər.
Asiya.info

.


Vətəndaş Əliyev Təyyar Vəli oğlu Azinforum.az saytına açıqlamasında Mərkəzi Klinik Xəstəxanada onların ailəsinin başına açılan oyundan danışıb. Şikayətçinin sözlərinə görə, bu yaxınlarda dünyasını dəyişən həyat yoldaşı Əliyeva Rəfiqə Əyyub qızının ömrünün son günlərində sözügedən xəstəxananın həkimləri bilə-bilə onların ailəsini ağır maddi vəziyyətə salıblar: “Həyat yoldaşım onkoloji xəstəydi. Uzun müddətiydi ki, onu müalicə etdirirdik. Nəyimiz vardı satıb onun müalicəsinə sərf etmişdik. Qəfildən vəziyyəti pisləşdi. Mərkəzi Klinik Xəsətəxananın “Onkologiya” şöbəsinə müraciət etdik. Bizə dedilər ki, xəstənin sağalması üçün mütləq “ximiya” deyilən bir dərman var, onu vurmalıyıq.

Onların dediyi dərmanı burda tapa bilmədik, axırda Moskvadan gətizdirdik. Həmin dərman bizə 5 min 500 manata başa gəldi. Onu vurandan sonra, xəstənin vəziyyəti daha da ağırlaşdı. Sonra həyat yoldaşımı “Reanimasiya”ya yerləşdirdilər. 15 günə yaxın orda saxlamağın müqabilində məndən 20 min manata yaxın pul aldılar. İki gündən bir depozit yazırdılar, mən gedib ödəyirdim. Maraqlanandan deyirdilər ki, həmin pullar müalicə və xəstənin yeməyi üçün ödənilir. Maraqlıdır, “Reanimasiya”da olan xəstə nə yeyir ki, ona bu qədər məsrəf hesablanır? Artıq borc almağa da adam qalmadığı üçün, xəsətəxana rəhbərliyinə etirazımı bildirdim. Xeyiri olmadı bütün pulları qəpiyinə kimi mənə ödətdirdilər. Sizə məndən zorla, çıxılmaz vəziyyətdə alınan pulların çeklərini də təqdim edirəm. Əminəm ki, həkimlər xəstənin sağalmayacağını bilirdilər. Belə olan halda, onların xəstəni təkidlə orda saxlamaqda məqsədləri bizdən pul qoparmaq olub. Elə buraxaydılar xəstə gəlib evində canını tapırardı da. Bir sözlə, hazırda mən nəticəsiz olaraq Mərkəzi Klinik Xəstəxanaya ödədiyim pulların girovuna çevrilmişəm. Həm həyat yoldaşım dünyasını dəyişib, həm də mən külli miqdarda borc içindəyəm. Xəstəxananın həkimləri bilə-bilə bizi bu duruma saldılar. Səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirəm ki, bu məsələnin araşdırılmasını öz nəzarətinə götürsün və məndən zorla alınan pullar geri qaytarılmasına kömək etsin. Şikayətim nəticə verməyəcəyi təqdirdə, daha yuxarı instansiyalara müraciət etməli olacam”.


Mövzu ilə bağlı Mərkəzi Klinik Xəstəxanadan mövqe öyrənə bilmədik. Onların və Səhiyyə Nazirliyinin də fikirlərini dinləməyə hazırıq.






.


Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Ardını oxu...

.

Bu gün Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Ardını oxu...

.

NATO Baş katibi Yens Stoltenberq Türkiyəyə səfər edəcək.

Trend-in məlumatına görə, Baş katibin Ankaraya səfəri mayın 6-da baş tutacaq.

Bildirilir ki, Ankaraya səfəri çərçivəsində Y.Stoltenberq Türkiyənin yüksək vəzifəli rəsmiləri, eləcə də milli müdafiə naziri Hulusi Akarla da görüşəcək. 

.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib

Ardını oxu...

.

1-ci qrup əlil Fətullayev Oktay Zümrəddin oğlu və  Yusifov Nazim Polad oğlu tərəfindən Asiya.info saytına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, əvvəllər də torpaq alqı-satqısı ilə məşğul olan və bununla əlaqədar sənədləşmə işlərini görən Şükürov Kamil Şirin oğlu onları vahid niyyətlə aldadaraq, etimadlarından sui-istifadə edərək, külli miqdarda əmlaklarını talamaqla onlara maddi ziyan vurmuşdur.

                                                     
Pullarımızın geri qaytarılmasını tələb etsək də heç bir nəticə verməmişdir.

"5 ay öncə baş verənlərə ürəyi tab gətirməyərək dünyasını dəyişən  Abbasov Zayəddin Əhməd oğlunun həyat yoldaşı çarəsiz halda mıtbuata üz tutaraq kömək istədi.
Şikayətçilər bildirir ki, onun əməllərindən şübhələndikdən sonra araşdırma apardıq və məlum oldu ki, onun bizimlə olan razılaşmamız əsasında təklif etdiyi sahələr ilə, faktiki olaraq bizə göstərdiyi sənədlərdəki qeyd olunan sahələr eyniyyət təşkil etmir. Bizə verdiyi sənədlər isə  tamamilə saxta olmuşdur.
Bundan sonra ya bizə pulumuzu geri qaytarmağı ya da söz verdiyi kimi torpaq sahələrini verməsini ondan tələb etdikdə, o məcbur olub, məni sonradan formal olaraq 24 noyabr 2016-cı il tarixli “Kredit Müqaviləsini” bağlamağa razı saldı. Bizdən 2017-ci ilin mart ayına kimi möhlət istəyib, işləri qaydasına salacağına və  bizi torpaq sahələrini təhvil verəcəyinə bir daha inandırdı.
Lakin o vaxtdan uzun müddət keçməsinə baxmayaraq və dəfələrlə pullarımızın geri qaytarılmasını tələb etməyimizə baxmayaraq, bu heç bir nəticə verməmişdir. Hal-hazırda  isə Kamil Şükürovla əlaqə saxlaya bilmirik"-deyə məktubda deyilir.
İddiaya görə, Şükürov Kamil Şirin oğlu onların hər üçünün də etibarından sui-istifadə edərək aldatmışdır, külli miqdarda əmlakını talayaraq, ümumilikdə onlara 382.000 (üç yüz səksən iki min) manat maddi ziyan vurmuşdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq..  
Asiya.info








Xəbər lenti