.

Torpağın dəyişməz təbiəti insanlığa yaxşı bəllidir. Hər əkilən gül öz vədəsində solur. İnsan qəlbində əkilən güllər isə heç vaxt solmur. Doğma yurd savaşı veteranları üçün həmin qəbildən olan güllər əziz və unudulmaz səngər dostlarıdır. Onlar müqəddəs bir dünyanın sahibi və əvəzedilməz könül dayaqlarıdır. Bu gün cəsur səngər qardaşım Pyotr Kuvşinovdan söz açmaq istəyirəm.

Pyotr canı və qanı ilə Azərbaycanımıza bağlanmış qeyrətli Bakı rusudur. Əksər hallarda onu “azərbaycanlı Pyotr” deyə səsləyirəm. Bu, səbəbsiz deyil. Pyotr məmləkətimizin adi vətəndaşı sayılmır. Uzun illər Qırmızıbayraqlı Xəzər Donanmasının idman klubunda su polosu ilə məşğul olan Pyotr “KKF”in heyətində çempion olmuşdur. SSRİ Silahlı Qüvvələrinin kubok sahibi kimi dəfələrlə ölkə çempionatında yüksək yerlər tutmuşdur. SSRİ xalqlarının spartakiadasında xüsusi fəallıq göstərmiş və idman sahəsində əldə etdiyi yüksək müvəffəqiyyətlərə görə Azərbaycan rəhbərliyinin diqqətindən heç vaxt kənarda qalmamışdır. Daim ehtiram mərkəzi olaraq Azərbaycan məmləkətinin şərəfini uca tutmasına görə hamı tərəfindən səmimi bir şəkildə sevilmişdir.
Gizir Pyotr Kuvşinov 1992-ci ilin avqust ayından etibarən könüllü olaraq erməni işğalçılarına qarşı döyüşlərə atılmışdır. Milli hərb tariximizdə tanınmış 1-ci taborun igidlərindən biridir. Döyüşlərdə əyilməz döyüşçü xarakteri ilə seçilən bu gizirə briqadamızın fədakar komissarı İntiqam Mirzəyev tərəfindən “Polad” ləqəbi verilmişdi. Səngər tariximizdə onunla bağlı yazımdan çox maraqlı bir sitat gətirmək istəyirəm:

“...Mən Azərbaycan ordusunun könüllü döyüşçüsüyəm. Öz Vətənimin azadlığı uğrunda vuruşuram.

- Bunu necə başa düşək? Axı sən russan!

- 1957-ci ildə Bakı şəhərində doğulmuşam. Atam Anatoli, anam İvetta da bakılıdır. Dədə-babamız bu torpağın çörəyini yeyib, biz də. Demək, onu müdafiə etməyə borcluyuq.

- Səngər ömrü səni bezikdirmir?

- Bezikdirsə də, torpağımız düşməndən təmizlənənədək hər cür əzab-əziyyətə dözməliyik.

- Sən qorxmursan ki, döyüşməyin barədə qəzetdə yazaram, bütün Rusiya səndən xəbər tutar?!

- Mən bu barədə fikirləşmirəm. Qətiyyətlə bildirirəm: mən Azərbaycan rusuyam və öz ana yurdumu müdafiə etməyi özümə şərəf hesab edirəm”.

Bu dialoq 1994-cü ilin ilk günlərində Murovdağda uğurlu döyüşlərimiz gedən zaman “İzvestiya” qəzetinin müxbiri ilə “N” bölüyünün texniki, gizir Pyotr Kuvşinov arasında olub. Yaxşı xatırlayıram: qaşınmayan yerdən qan çıxartmağa, milli ədavəti qızışdırmağa həvəsli olan Rusiya müxbiri azərbaycanlı rusun dönməz və mətin mənəviyyatı qarşısında necə aciz göründü. Təəssüf ki, bu söhbət barədə “İzvestiya”nın nə cür yazı verdiyini izləyə bilmədim. Lakin mənim gözümdə Pyotr dağ kimi əzəmətləşdi.

... Murovdağda düşmənin ən güclü postları ayazlı-şaxtalı bir günün içində məhv edilmişdi. Yüksək döyüş əzmi, qələbəlik ruhu yaranmışdı. Axşamçağı idi. Yorğun döyüşçülər bir-birinə söykənib yuxulayırdılar. Səhər düşmən üzərinə hərtərəfli həmlə etmək planı hazırlanırdı. Pyotrun yuxusu gəlmirdi. Fikirli-fikirli siqaret çəkirdi. Gözlənilmədən sağ cinahdan bir güllə səsi gəldi. Axşamın əndişəli sakitliyində bu qəfil səs yaman əks-səda verdi. Pyotr ani olaraq hiss etdi ki, ayağına nəsə dəydi. Əyilib çəkməsinin iplərini açdı. Ağrını duydu. Gördü ki, güllə ayağını zədələyib. Amma bilmədi

ki, bu “ağılsız” güllə istiqamətini hara dəyişib. Bərdəli Musa Vəliyevin ağrılı-ağrılı ufuldadığını görən Pyotr ayağını unudub özünü Musanın üstünə atdı:

- Musa, nə oldu? Hara dəydi? Cavab ver!

Lakin Pyotrun ayağına dəyib istiqamətini dəyişən güllə Musanın həyatına son qoymuşdu. Pyotrun ürəyini parçalayan da hadisənin bu yolla baş verməsi idi.

- Kaş güllə mənim ayağımı dağıdaydı, amma bölüyümüzün pəhləvanı Musaya heç nə olmayaydı!.. – Pyotrun gözləri doldu.

Pyotr Musaya yaxşı bələd idi. O, gülləyə baş əyən oğul deyildi. Ona görə ayağından qan axsa da, döyüşçü yoldaşını aparmağı öz üzərinə götürdü. Göz yaşını silə-silə, ayağını çəkə-çəkə qabağa durdu. Axsadığını görən əsgərlər onunla razı olmadılar...

1992-ci il avqustun 25-dən – cəbhəyə gəldiyi gündən Vətənə sədaqətlə xidmət edən bizim Pyotr belə Pyotrdur. Cəsur döyüşçü kimi biz onunla həmişə fəxr duyuruq.

Cəsur gizirimiz Pyotr Kuvşinov Azərbaycan Ordusunun ilk təməl daşını qoyan motoatıcı briqadanın tərkibində Ağdərə, Laçın, Kəlbəcər, Murovdağ, Füzuli, Ağdam, Tərtər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Erməni dığalarına divan tutulan uğurlu hərbi əməliyyatlarda öz fədakar əməlləri ilə fərqlənmiş və iki dəfə ağır yaralanmışdır. Onurğa nayihəsindən aldığı ağır qəlpə yaralarına görə üç ay müalicə olunduqdan sonra yenə cəbhəyə qayıtmışdır.

1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından tərxis olunan səngər qardaşımız yenə öz sevimli idman həyatına qayıtmışdır. Mətin müharibə əlili olaraq hazırda Bakı Ali Neft Məktəbində bədən tərbiyəsi kafedrasının baş müəllimi vəzifəsini də şərəflə daşıyır. Su polosu üzrə idman ustası olduğuna görə 2017-ci ilin İslam oyunlarında su polosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin edilmiş və layiqli nəticələr qazanmışdır.

Bu gün cəsur azərbaycanlı Pyotr barədə söz açmağımız onun ağır xəstəliyi ilə bağlıdır. İndi müqəddəs qazi ailəsi həyəcanlı günlər yaşayır. Onun bağırsağında xərçəng xəstəliyi yaranmışdır. Mərkəzi Neftçilər Xəstəxanasında bir dəfə əməliyyat olunsa da, hələ xəstəliyə tam son qoyulmamışdır. Xarici ölkədə müalicə olunmasına ehtiyac yaranmışdır. Amma maliyyə problemi ucbatından qazi ailəsi əlacsız bir durumdadır. Vətəncanlı igidimiz Pyotrun telefon nömrəsini açıqlayaraq xalqımızın imkanlı və xeyirxah insanlarını ona maddi kömək göstərməyə səsləyirəm:

055 496 23 35; 050 992 07 79

Azərbaycanlı Pyotr bizim fəxrimizdir, onu itirə bilmərik! Ulu Tanrımız səngər qardaşımıza daim yar və yardımçı olsun!

İbrahim MƏSİMOĞLU,

hərbi yazıçı-jurnalist, müharibə veteranı

Şərh yaz


09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb - Bəzi ixtisaslarda keçid balı çox qalxıb
06 İyul 2019 Rövnəq Abdullayevin oğlunun toyundan - Foto+Videolar
15 İyun 2019 26 il sonra Cocuq Mərcanlıda "Son zəng" çalındı - Foto
01 İyun 2019 Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
30 May 2019 Prezident onunla selfi çəkmək istəyən gəncə yaxınlaşdı - Video
23 May 2019 Ermənistanda komissiya yaradıldı-Aprel müharibəsini araşdırmaq üçün istintaq qurulur
20 May 2019 Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
11 May 2019 Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - YENİLƏNİB + FOTO
04 May 2019 Zakir Həsənov döyüş hazırlığı ilə bağlı TAPŞIRIQ VERDİ - FOTO
01 May 2019 NATO Baş katibi Türkiyəyə gedir –Səbəb
28 Aprel 2019 Mədət Quliyev Formula 1 trekində velosiped sürdü - FOTOLAR
02 Aprel 2019 Pullarımızın geri qaytarılmasını tələb etsək də heç bir nəticə verməmişdir-Şikayət (Video)
31 Mart 2019 Eldar Mahmudovun adamı 1- ci qrup Qarabağ əlilinin ölümünə səbəb olub-ŞİKAYƏT
18 Mart 2019 Bakı Avrasiya Universitetində Novruz təntənəsi
28 Fevral 2019 Rus raketlərini yalnız zərbə anında görə bilirik – ABŞ generalı
21 Yanvar 2019 "Bir binanın iki lövhəsi" -Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto
18 Yanvar 2019 Cinayət qurbanlarının hüquqi vəziyyəti haqqında dəyərli elmi əsər - FOTO
05 Yanvar 2019 Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili
01 Yanvar 2019 Müxtəlif ölkələrin maraqlı Yeni il adətləri
28 Dekabr 2018 Gədəbəydə güclü qar yağıb-Foto+Video
19 Dekabr 2018 Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın
04 Dekabr 2018 Bakıda binanın eyvanı uçdu - FOTO
20 Noyabr 2018 Qarakənd faciəsindən 27 il ötür
14 Noyabr 2018 “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” - Azərbaycanda şok hadisə
09 Noyabr 2018 Bakıda binalar bayrağa bürünüb
06 Noyabr 2018 Bağçadan gələn 2 yaşlı uşaq huşunu itirdi: "Müəllimə başıma vurub saçımı yoldu..." - FOTOLAR
26 Oktyabr 2018 “Tundra” və “Graf Ledoff” artıq Azərbaycanda istehsal olunacaq!
21 Oktyabr 2018 Tarixin milyonlarla insanı öldürən qorxunc xəstəlikləri... - FOTOLAR
19 Oktyabr 2018 Dövlət Agentliyindən BİABIRÇI SƏHV: "Azərbaycanı kiçiltdi"
18 Oktyabr 2018 DTX xarici casusu həbs etdi - Əməliyyat

Xəbər lenti