.

Ötən gün 2019-2020-ci tədris ili üçün ali məktəbə qəbulun nəticələri açıqlanıb. Nəticələrdən məlum olub ki, bu il xüsusilə III ixtisas qrupunda keçid balları fantastik dərəcədə yüksəlib. Nəticədə hətta 400-500 bal toplayan bir neçə abituriyent seçdikləri ixtisaslara qəbul oluna bilməyib, kənarda qalıb.

 

Qəbul ballarının ciddi fərqlə yüksəlməsinin səbəbləri haqqında Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov məlumat verib ki, bu il ali məktəblərə qəbul imtahanlarından sonra yüksək keçid balı BANM-da qeydə alınıb. Belə ki, 673 bal informasiya təhlükəsizliyi ixtisasının keçid balı olub:

 

“Qeyd edim ki, 2018-ci ildə III ixtisas qrupunda qeydə alınmış ən aşağı bal ADU-da tərcümə (alman dili) idi. Bu ixtisas üzrə keçid balı 200 bal idi. Bu il həmin ixtisasın keçid balı 455 bal oldu. Beləliklə, 255 bal yüksəlmə baş verdi. III ixtisas qrupu üzrə keçid balları öncədən də proqnozlaşdırdığım kimi, ciddi şəkildə qalxdı. Amma digər qruplarda, xüsusilə I və II, eyni zamanda IV ixtisas qrupu üzrə azaldı. Tibb Universitetində müalicə işi ixtisası üzrə ödənişli keçid balı 575,40, dövlət sifarişi üzrə 578,70 oldu. Bu da keçən illə müqayisədə azalma deməkdir”.


K.Əsədov vurğulayıb ki, ümumilikdə 2019-cu ildə ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent və subbakalavr mübarizə aparırdı. Ekspertin hesablamasına görə, 10447 nəfər hazırda plan yerindən kənarda qalıb:

“Bunun da üzərinə təxminən 4300-ə yaxın düzgün seçim etməyərək, qəbul ola bilməyənləri gələk. Təxminən 13447 nəfər qəbul ola bilməyən abituriyent və subbakalavr olacaq. Hesab edirəm ki, növbəti tədris ilindən plan yerlərinin sayı artırılmalıdır. Çünki burda ali təhsil müəssisəsinə daxil ola bilməyənlər xarici ölkələrə üz tutur və bu ölkənin həm maddi, həm də beyin axınının itirilməsi deməkdir. Eyni zamanda, III ixtisas qrupuna Beynəlxalq münasibətlər, Regionşünaslıq kimi ixtisaslar əlavə olunmalıdır”.


Kamran Əsədov ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayını aşağıdakı kimi göstərib:


“I qrup: 2459 yer

II qrup: 2542 yer

III qrup: 142 yer

IV qrup: 354 yer

V qrup: 288 yer

Ümumilikdə bu il 47847 plan yeri var idi və 42062 abituriyent ali məktəbə qəbul olunub, 5785 plan yeri boş qalıb”.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədə iştirak edənlərin sayı 58258 nəfər təşkil edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820  nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242  nəfər (o cümlədən 2956 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Şərh yaz


21 Avqust 2019 Şəhidimiz dəfn edildi
15 İyul 2019 AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.
06 İyul 2019 Rövnəq Abdullayevin oğlunun toyundan - Foto+Videolar
15 İyun 2019 26 il sonra Cocuq Mərcanlıda "Son zəng" çalındı - Foto
01 İyun 2019 Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
30 May 2019 Prezident onunla selfi çəkmək istəyən gəncə yaxınlaşdı - Video
23 May 2019 Ermənistanda komissiya yaradıldı-Aprel müharibəsini araşdırmaq üçün istintaq qurulur
20 May 2019 Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
11 May 2019 Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - YENİLƏNİB + FOTO
04 May 2019 Zakir Həsənov döyüş hazırlığı ilə bağlı TAPŞIRIQ VERDİ - FOTO
01 May 2019 NATO Baş katibi Türkiyəyə gedir –Səbəb
28 Aprel 2019 Mədət Quliyev Formula 1 trekində velosiped sürdü - FOTOLAR
02 Aprel 2019 Pullarımızın geri qaytarılmasını tələb etsək də heç bir nəticə verməmişdir-Şikayət (Video)
31 Mart 2019 Eldar Mahmudovun adamı 1- ci qrup Qarabağ əlilinin ölümünə səbəb olub-ŞİKAYƏT
18 Mart 2019 Bakı Avrasiya Universitetində Novruz təntənəsi
28 Fevral 2019 Rus raketlərini yalnız zərbə anında görə bilirik – ABŞ generalı
21 Yanvar 2019 "Bir binanın iki lövhəsi" -Bakıda xəstəxananın adında gülünc yanlışlıq - Foto
18 Yanvar 2019 Cinayət qurbanlarının hüquqi vəziyyəti haqqında dəyərli elmi əsər - FOTO
05 Yanvar 2019 Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili
01 Yanvar 2019 Müxtəlif ölkələrin maraqlı Yeni il adətləri
28 Dekabr 2018 Gədəbəydə güclü qar yağıb-Foto+Video
19 Dekabr 2018 Hava XƏBƏRDARLIĞI – yağış, qar, daşqın
04 Dekabr 2018 Bakıda binanın eyvanı uçdu - FOTO
20 Noyabr 2018 Qarakənd faciəsindən 27 il ötür
14 Noyabr 2018 “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” - Azərbaycanda şok hadisə
09 Noyabr 2018 Bakıda binalar bayrağa bürünüb
06 Noyabr 2018 Bağçadan gələn 2 yaşlı uşaq huşunu itirdi: "Müəllimə başıma vurub saçımı yoldu..." - FOTOLAR
26 Oktyabr 2018 “Tundra” və “Graf Ledoff” artıq Azərbaycanda istehsal olunacaq!
21 Oktyabr 2018 Tarixin milyonlarla insanı öldürən qorxunc xəstəlikləri... - FOTOLAR
19 Oktyabr 2018 Dövlət Agentliyindən BİABIRÇI SƏHV: "Azərbaycanı kiçiltdi"

Xəbər lenti