.
Prezident İlham Əliyev V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıram:
Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin”.
***
Prezident İlham Əliyev R.F.Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Ramil Famil oğlu Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 675-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 675-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


12 Dekabr 2017 “Heydər Əliyevi aeroportdan yola saldıq...” - Məhərrəm Əliyev
12 Dekabr 2017 Heydər Əliyevlə indiyədək dərc olunmamış - Müsahibə
11 Dekabr 2017 İlham Əliyev 7 sərəncam, 2 fərman imzaladı
11 Dekabr 2017 Liderlərin İstanbul sammiti - Ərdoğan və Əliyevdən sərt mövqe
10 Dekabr 2017 Ərdoğandan Trampa Sərt Cavab: "Ey Tramp, Tək Başına Əmlakmı Alıb Satırsan!"
09 Dekabr 2017 Türkiyə və Fransa ABŞ-ı Qüdslə bağlı mövqeyindən çəkindirməyə çalışacaq
09 Dekabr 2017 Beynəlxalq sülh mükafatına namizəd kimi Azərbaycan və Türkiyə prezidentləri İRƏLİ SÜRÜLDÜ - FOTO
09 Dekabr 2017 Ərdoğan Əliyevi Qüdslə bağlı fövqəladə toplantıya dəvət edib
08 Dekabr 2017 Milli Məclis bu il vacib qanunlar qəbul etdi… - SİYAHI
08 Dekabr 2017 Rektor tələbənin dərsdən çıxarılmasını tələb edib
08 Dekabr 2017 Amerikalı alim ADAU-da əməkdaşlarla birgə təhsil proqramı üzərində işləyir
08 Dekabr 2017 Günün iddiası: Məleykə Abbaszadə Təhsilə nazir gəlir
08 Dekabr 2017 İsrail: “Tramp Qüds qərarını ərəb liderləriylə məsləhətləşərək verib”
07 Dekabr 2017 Putindən ölkəmizə böyük jest - səfir məsələsində anlaşma
06 Dekabr 2017 Ərdoğan ermənilərin son ümidini də qırdı - nə sərhədlər açılacaq, nə də...
05 Dekabr 2017 Q.Paşayeva:“Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir”
05 Dekabr 2017 Vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olundu, yerinə Mikayıl Cabbarov gətirildi
05 Dekabr 2017 Trampın iradəsi əleyhinə olan Zərrab oyunu – Ərdoğan
05 Dekabr 2017 Türk generalların Bakı səfərləri intensivləşir
05 Dekabr 2017 Türkiyə söz sahibidir: ABŞ geri çəkiləcək – Rus ekspert
04 Dekabr 2017 Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin tam hüquqlu üzvü seçilib
04 Dekabr 2017 Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək
04 Dekabr 2017 Elmar Məmmədyarov bu gün Moskvada olacaq –Xəzər dənizinin statusu ilə bağlı iclas keçiriləcək
03 Dekabr 2017 "Qarabağ Azərbaycanındır" - Rusiyalı politoloqdan müraciət - VİDEO
02 Dekabr 2017 Quba rayonuna yeni icra başçısı təyin olunub
02 Dekabr 2017 Tramp da dövlət katibinin istefasını təkzib etdi:"Tillerson getmir"
01 Dekabr 2017 Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb
01 Dekabr 2017 Azərbaycan prezidenti həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
01 Dekabr 2017 Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub
01 Dekabr 2017 "Azərbaycan İslam aləmində həmrəyliyin gücləndirilməsinə böyük önəm verir" - Əli Həsənov

Xəbər lenti