.
Təhsil Nazirliyinin dəstəyi, UNEC, "Clarivate Analytics" ("Thomson Reuters"), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Trend-in məlumatına görə, respublikanın tanınmış elm və təhsil mərkəzlərinin rəhbərlərinin qatıldığı konfransda Nobel mükafatçısı Əziz Sancar da iştirak edib. Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan UNEC rektoru professor Ədalət Muradov konfransda iştirak edən qonaqlara təşəkkürünü bilirib. O deyib ki, bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsi təsadüfi deyil:
“Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" əsas tutulmaqla universitetlərdə həyata keçirilmiş islahatlar nəticəsində universitetlərdən gözləntilər artıb. Universitetlər təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil”.
Ə.Muradov bildirib ki, keyfiyyətli təhsil həm də ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva edir: “Universitetlər insan kapitalı formalaşdıran ixtisaslaşmış müəssisələrdir. İnsan kapitalının dəyəri isə onun tətbiqi zamanı yarada biləcəyi əlavə dəyərin həcmi ilə ölçülür. Yüksək əlavə dəyər yarada bilən insan kapitalı isə innovativ, praktiki əhəmiyyətli araşdırma bacarığını tələb edir. Beləliklə, təhsil-elm-istehsal üçbucağında elm mərkəzi halqanı təşkil edir və universitetlərdə elmi fəaliyyətin idarə edilməsinə ənənəvi yanaşmanın dəyişməsini zəruri edir. İnanıram ki, bu gün elmi fəaliyyətin idarə edilməsi istiqamətləri müzakirə ediləcək və faydalı tövsiyələr veriləcək”.
Daha sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi özünün elmin idarə edilməsi sistemini müasirləşdirir: “Bizim zəngin ənənələrə malik olan elmimiz mövcud olub və bu gün də mövcuddur. Biz onu müasirləşdirir və elmin beynəlmiləşdirilməsi prosesini həyata keçiririk. Bu gün bizim təhsil sistemimiz müasir çağırışlara cavab verir”.
Təhsil naziri qeyd edib ki, Azərbaycanda universitetlərin yeni idarəetmə modeli yaradılır.
Nazir deyib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: "Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Bu da gənclərin elmə marağını bir daha artırır".
M.Cabbarov vurğulayıb ki, milli ali təhsilin dayanaqlılığının təmin edilməsini əsas iş kimi görürük: "Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz var. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq".
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


28 İyun 2017 Millət vəkili Q.Paşayeva AŞPA-da Monteneqronun Baş naziri və Mərakeş heyəti ilə görüşüb.
28 İyun 2017 Müdafiə naziri NATO toplantısında iştirak edəcək
28 İyun 2017 "Formula 1 üzrə Azərbaycan Qran Prisini 70 minədək tamaşaçı izləyib"
28 İyun 2017 Tramp və Makron razılaşdı: Suriya vurulacaq
27 İyun 2017 Araşdırmalar bitdi: Tramp ABŞ-ın Dünyadakı İmicini Zədələdi
27 İyun 2017 Prezident İlham Əliyev Varşavada biznes forumunda - Foto
27 İyun 2017 Ağ ev Əsədlə bağlı açıqlama yaydı
26 İyun 2017 Putinin sözçüsü Bakıda sensasion açıqlama verdi: “Apreldə Azərbaycan Qarabağı qaytara bilərdi”
26 İyun 2017 Bu gün Silahlı Qüvvələr Günüdür
25 İyun 2017 Ərdoğandan Ermənistana xəbərdarlıq – “Önünüzdə bizi görərsiniz...”
24 İyun 2017 Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirildi - VİDEO+FOTOLAR
24 İyun 2017 Trampla Putinin görüşəcəyi tarix və yer bilindi –Ağ Evdən açıqlama
24 İyun 2017 Qarabağla bağlı mühüm qərar verilə bilər – Görüş
23 İyun 2017 İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında iştirak edib
23 İyun 2017 İlham Əliyev: "Formula-1 yarışı ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi işinə xidmət edir "
23 İyun 2017 Ordumuzun şərəfinə yeni medal təsis olunur
22 İyun 2017 Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub - VİDEO
22 İyun 2017 Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar
22 İyun 2017 ABŞ Müdafiə Naziri Fikri İşığa məktub yazdı: ... Silahlar Geri Alınacaq!
22 İyun 2017 Cəbhədəki gərginlik vəziyyəti hansı istiqamətə aparır? - “ATƏT-in nə özü, nə də missiyası...”
22 İyun 2017 Azərbaycanda iki Universitetə publik hüquqi şəxs statusu verilir
21 İyun 2017 Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb
21 İyun 2017 Biz o torpaqlara qayıdacağıq - Prezident
20 İyun 2017 Hərbi qulluqçular orden və medallarla təltif olundu - SİYAHI
20 İyun 2017 "Həmsədrlərə ayıb olsun" - Əli Həsənov
20 İyun 2017 “NAZİR DEDİ Kİ, İŞİN İÇİNDƏN HÖRMƏTLİ ADAMIN ADI ÇIXIR, SAXLAYIN!” – Çovdarov
20 İyun 2017 Hərbi Konvoya Hücum- Ölən və yaralananlar var-FOTO
19 İyun 2017 Spiker və deputatların narazı olduğu qanun layihəsi yenidən Milli Məclisdə müzakirəyə çıxarılır
19 İyun 2017 Bunları oxusun, sonra ruslara alqış desin- Firudin Cəlilovdan deputatın fikrinə sərt reaksiya
19 İyun 2017 Həmsədrlərin Azərbaycana səfəri başladı

Xəbər lenti