.
Son  zamanlar  Ermənistan  hərbçilərindən  Arkadiy Ter - Tadevosyanın ölkəmizin bəlli olan bir neçə mühüm nöqtələrini vuracaqları ilə bağlı yayılan məlumatlarına Azərbaycanlı Hərbi ekspert Üzeyir Cəfərov sərt açıqlama verib. 

Asiya.info
Üzeyir Cəfərovun sosial şəbəkə vasitəsilə yazdığı açıqlamasını olduğu kimi dərc edir:


"Əziz dostlar! Hörmətli həmkarlar!
Ermənistan ordusunun ən sarsaq və axmaq hərbçilərindən biri, özünü hansısa "komandos" ləqəbi ilə tanıtmağa cəhd edən giydirmə general-mayor Arkadiy Ter-Tadevosyan bu gün yenə ağlına və ağzına gələni danışıb. Bilirəm ki, onun bu sərsəmləmələrini yəqin ki, mətbuatda olan dostlarımız bir balaca incələməyə çalışacaqlar. Ona görə də, öz fikirlərimi burdan yazmağı qərara aldım ki, sizləri də bir balaca məlumatlandırım. 
Bəri başdan deyim ki, hər zaman olduğu kimi bu sarsaq erməni, yenə öz ənənəsinə sadiq qalaraq cəbhə bölgəsində baş verənlərə görə Azərbaycanı günahlandırmağa çalışıb. Yəni, oğru elə qışqırıb ki, doğrunun bağrını yarmağa cəhdlər edib. 
Bu sarsaq deyib ki, əgər Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün müharibəyə başlasa, onlar ölkəmizin bəlli olan bir neçə mühüm nöqtələrini vuracaqlar. Və sözünü də onunla əsaslandırmağa cəhd edib ki, guya onların hədəflədiyi həmən o "vacib nöqtələr" elə mühüm əhəmiyyətə malik obyektlərdir ki, onlara endiriləcək zərbələrdən sonra Azərbaycan yer üzündən silinəcək. Hədəf kimi də, erməni yaramazı neft və qaz infrastrukturlarını sıradan çıxaracaqlarını düşünürlər. 
İndiyə kimi, az qala "həftə səkkiz, mən doqquz" gah Mingəçevirdəki SES-i, gah da Bakı-Tbilisi-Ceyhan neft kəmərini az qala 50-100 dəfə, bəlkə də çox "vuran" bu və bunun ağlında olan erməni general və siyasətçiləri, indi də bizi Bakı və ətrafdakı neft rezervuarlarını partlatmaqla hədələmək variantına keçiblər. Bu erməni axmağı indi də Azərbaycanı tam yeni bir əməldə- İrəvanı zəbt etmək niyyətində olması ilə şantaj etmək kimi hədyanlar səsləndirib. Aydın məsələdir ki, onun məqsədi yalandan da olsa, Azərbaycanı gözdən salmaqdır. Hərçənd ki, özü də gözəl bilir ki, bu gün ölkəmizin qarşısında duran bir nömrəli vəzifə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin olunması məsələsidir. Bu haqqı heç kim bizə qadağan edə bilməz və inşallah tez bir zamanda həlli uzanan bu münaqişə də ədalətli şəkildə həllini tapacaqdır. 
Jurnalistin Arkadiy Ter-Tadevosyana ünvanladığı suallarından və verilən cavablardan hiss olunur ki, ermənilər çox çaşqın və qorxu içindədirlər. Özü də, onlar indi əvvəlki illərdən fərqli olaraq biri birini daha çox ittiham edir və işğal altında olan ərazilərimizi qaytarmağa cəhd edəcək şəxsləri vətən xainləri kimi qələmə verməyə çalışırlar. Sizi yormamaq üçün bu sarsağın söylədikləri fikirlərə qısa bir vaxt ayırıb tanış olsanız, özünüz də görüb hiss edəcəksiniz ki, Ermənistanın daxilində çox böyük əsəbilik və çaşqınlıq hökm sürür. Artıq onların havadarları da bunların "iplərini" tam yığa bilmirlər. Proseslərdən bir balaca məlumatlı olduqlarına görə, onlar Moskvanı da satqınçılıqda, Azərbaycanın mövqelərini daha çox müdafiə etməkdə suçlayırlar.
Bir sözlə, bədnam qonşularımızın daha çox güvəndiyi və ümid etdikləri bu Arkadiy Ter-Tadevosyan tipli sərsəm generallarının açıqlamalarından hiss olunur ki, vəziyyət onlar üçün heç də ürəkaçan deyil. Və əsla mən bu fikirləri özümüzü sakitləşdirmək, arxayın salmaq üçün yazmıram.
Tanrı bizi bu cür sarsaq və axmaq qonşulardan hifz eləsin!
P.S. Erməni sarsağın sayıqlamaları ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


18 Avqust 2017 Ə.Amaşovdan "Turan" açıqlaması: "Son zamanlar agentlik media məkanımızda sanki yox kimidir".
18 Avqust 2017 İlham Əliyev İspaniya kralına başsağlığı verdi
16 Avqust 2017 Sabah Bakıda 32 dərəcə isti olacaq, rayonlarda yağış yağacaq
16 Avqust 2017 "Astan Şahverdiyevə yenə qulaqburması veriləcək" - Ağacan Abıyev
16 Avqust 2017 Zakir Həsənov və Yaqub Eyyubov cəbhə bölgəsində - FOTOLAR
15 Avqust 2017 DSX Xəzərdə təlimlərə başladı - Foto
14 Avqust 2017 Azərbaycanda mədəniyyət sahəsinin inkişafına 7 milyon manat ayrılıb
14 Avqust 2017 Azərbaycanda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
13 Avqust 2017 Sabaha olan hava proqnozu açıqlanıb
13 Avqust 2017 Gənc əsgərlərimizin andiçmə mərasimi keçirilib
12 Avqust 2017 Azərbaycanın dövlət başçısı Misir prezidentinə başsağlığı verib
12 Avqust 2017 Mütəllim Rəhimli:"Azərbaycanı zəli kimi sorub yeyənlərdənsə, başını aşağı salıb üzərinə...."
11 Avqust 2017 Prezident İlham Əliyev yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi təbrik edib
10 Avqust 2017 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
10 Avqust 2017 ABŞ-dan Putinin Abxaziya səfərinə sərt - Reaksiya
09 Avqust 2017 Özbəkistan prezidenti Allahşükür Paşazadəyə təşəkkür məktubu göndərdi
09 Avqust 2017 İlham Əliyev Belarus Dövlət Sərhəd Komitəsinin sədrini qəbul edib
08 Avqust 2017 Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
08 Avqust 2017 MN: Düşmənin təxribat qrupunun bir üzvü sərrast atəşlə belə məhv edildi - Video
08 Avqust 2017 “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
08 Avqust 2017 Ermənilər Tovuzda əhalini atəşə tutub - 13 yaşlı yeniyetmə xəsarət alıb - FOTOLAR
07 Avqust 2017 Millət Vəkili:"Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir!"
07 Avqust 2017 Astan Şahverdiyev deputat mandatından məhrum ola bilər - Parlamentin İntizam Komissiyasının sədri ƏSƏBİLƏŞDİ
06 Avqust 2017 İslam həmrəyliyi təkcə müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər
03 Avqust 2017 İlham Əliyev Qax rayonunda Bayraq Muzeyinin açılışında iştirak edib
03 Avqust 2017 Millət Vəkili: "Üçüncü dəhşətli hadisədir ki, “kaş ölüm hökmü olsaydı”- demişəm
02 Avqust 2017 Prezident İlham Əliyev 3 sərəncam imzaladı
02 Avqust 2017 “Qarabağı geri alırdım, AXC-Müsavat imkan vermədi” — Sürət Hüseynovdan TARİXİ MÜSAHİBƏ
01 Avqust 2017 Tramp bu prezidenti diktator adlandırdı
31 İyul 2017 MTN əməkdaşlarının əmlakına həbs qoyuldu – 56 milyon

Xəbər lenti