.
ABŞ prezidenti Donald Tramp yazdığı Tvitter postunda FTB direktoru Ceyms Komini işdən çıxarması ilə bağlı təhqiqat altında olduğunu, deyəsən, etiraf edib. Lakin o, həm də işarə edib ki, bu araşdırmanı ona Komini işdən çıxarmağı təklif etmiş şəxs aparır.
İyunun 16 yazdığı tvitdə Tramp bildirir: “Mən FTB direktorunu vəzifəsindən çıxardığıma görə FTB direktorunu işdən çıxarmağı mənə məsləhət görmüş şəxs tərəfindən araşdırılıram. Əcinnə ovudur”.
Bəlli deyil ki, Trampa təhqiqat barədə rəsmi bildiriş gəlib, yoxsa o, sadəcə olaraq, media xəbərlərinə reaksiya verib.
Anonim mənbələrə istinadən bu həftə “The Washington Post” yazıb ki, xüsusi prokuror Robert Müller 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsinə dair araşdrımanın miqyasını genişləndirib və indi bu təhqiqata həm də Trampın Komini işdən azad etməklə ədalətə mümkün əngəl törətməsini daxil edib.
Müllerin ilkin təhqiqatı Trampın yaxın çevrəsinin, onun demokrat rəqibi, keçmiş dövlət katibi Hillari Klintona qarşı seçkidə şans qazanması üçün seçkiyə təsir göstərmək məqsədilə Rusiya rəsmiləri ilə mümkün sövdələşməsinə aid idi.
Mayın 9-da Tramp tərəfindən vəzifəsindən çıxarılanadək, FTB-nin direktoru kimi, bu təhqiqatı Komi aparırdı.
 
Rosenşteynin rolu?
 
Burası da aydın deyil ki, Trampın tvitində spesifik olaraq baş prokurorun müavini Rod Rosenşteyn nəzərdə tutulub, yoxsa yox? Baş prokuror Ceff Seşşins bu təhqiqatdan könüllü şəkildə aralandıqdan sonra, Rusiya rəsmiləri ilə Trampın seçki kampaniyasına daxil olan adamlar arasında mümkün əlaqələrin araşdırlmasına nəzarəti onun müavini Rosenşteyn həyata keçirir.
Baş prokurorun müavini Rod Rosenşteyn
 
Rosenşteyn, barəsində geniş məlumat verilən memonu təqdim edib. Onun prezidentə göndərdiyi bu memoda Kominin fəaliyyətindən narahatlıq ifadə olunurdu. Tramp əvvəlcə Komini bu memonun əsasında işdən çıxardığını desə də, sonradan bildirmişdi ki, Komini işdən çıxarmaq qərarına Rosenşteynin memosundan əvvəl özü gəlmişdi.
Komi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Rosenşteyn Rusiyanın seçki müdaxiləsinin araşdırılması üçün müstəqil xüsusi prokuror vəzifəsinə Mülleri təyib edib.
ABŞ-ın ABC televiziya şəbəkəsinin adı çəkilməyən mənbələrə istinadən verdiyi məlumata görə, Rosenşteyn baş prokurorun üçüncü müavini Reyçl Branda özünü bu təhqiqatdan aralamaq niyyətində olduğunu deyib. İddia olunduğuna görə, o, bunu Komi barədə Trampa göndərdiyi memo ilə bağlı etmək istədiyini söyləyib.
Tramp isə Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları rədd edir və bu barədə məlumatları “saxta xəbər” adlandırır.
İyunun 16-da yazdığı başqa bir tvitdə Tramp bildirir: “Mənim "ruslarla sövdələşmələrim”ə dair 7 ay davam edən təhqiqatlardan və komitə dinləmələrindən sonra heç kəs sübut göstərə bilməyib. Kədərlidir!”
 
Kominin ifadəsi
 
Trampın ədalətə mümkün maneçilik törətməsinə dair narahatlıqlar iyunun 8-də Kominin Senat palatası qarşısında verdiyi ifadədən sonra yaranıb.
Komi bu ifadədə inandığını bildirib ki, onun vəzifəsindən çxıarılması Rusiyanın mümkün müdaxiləsini və mümkün sövdələşməni araşdırmasına görə baş verib.
Komi habelə demişdi ki, Tramp ondan keçmiş müşaviri Maykl Flinnin Rusiya rəsmiləri ilə əlaqələrinə dair araşdırmanı dayandırmasını istəyib.
Trampın kürəkəni Cared Kuşner də təhqiqat altındadır
 
Mayın sonlarında Tramp ona uzun müddət xidmət etmiş hüquq məsləhətçisi Mark Kasovitsi Rusiya ilə bağlı məsələlərdə onu təmsil etmək üçün kirayələyib.
İyunun 15-də vise-prezident Mayk Pens də Rusiya ilə bağlı məsələlərdə onu təmsil etməsi üçün vəkil tutduğunu bildirib.
Bu arada “The New York Times” iyunun 16-da xəbər verib ki, Trampın keçid komadasının baş müvəkkilinin ofisi işçi heyətə, Rusiya və Ukraynaya dair səfər sənədləri də daxil, bütün sənədlərin saxlanması göstərişini verib.
Başqa bir məqalədə “The Washington Post” xəbər verir ki, Müller həmçinin Trampın müşaviri Cared Kuşnerin maliyyə və biznes fəaliyyətini araşdırır.
Mülk biznesi ilə məşğul olan Kuşner həm də Trampın qızı İvankanın əridir. O, hazırda keçid administrasiyası dövründə Rusiya səfiri Sergey Kislyak və bir Rusiya bankiri ilə görüşdüyünə görə araşdırlır.
azadliq.org
Submit to DiggSubmit to FacebookSubmit to Google PlusSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


20 Fevral 2018 Prezident İlham Əliyev 5 sərəncam, 4 fərman imzaladı
20 Fevral 2018 Ərdoğan: “Xocalı qətliamını unutmadıq və əsla unutdurmayacağıq”
20 Fevral 2018 Deputatlarımız ATƏT PA-nın qış sessiyasına gedirlər
18 Fevral 2018 İsrail Baş Naziri: İrana Yol Verməyəcəyik!
18 Fevral 2018 Qənirə Paşayeva Uludağ Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans verib
14 Fevral 2018 Bu məsələlər müzakirəyə çıxarılacaq - Mətbuat Şurasının qurultayında
12 Fevral 2018 İlham Əliyev general rütbəsi verdi
12 Fevral 2018 Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın nümayəndə heyəti ilə görüşüb
11 Fevral 2018 Afrindən Qara Xəbər!-Türkiyə bir gündə 11 şəhid verdi
10 Fevral 2018 Son Dəqiqə! İsrail Təyyarələri Suriyanı Yenidən Vurdu!
10 Fevral 2018 Rusiyanın çöküş prosesi: Oliqarxlar Putinə qarşı
08 Fevral 2018 Prezident: “Azərbaycanda bütün azadlıqlar təmin olunub”
08 Fevral 2018 İstinadsız xəbər verənlər məsuliyyət daşıyır — Müəllif Hüquqları Agentliyi
08 Fevral 2018 İlham Əliyev YAP-ın namizədi oldu
08 Fevral 2018 ABŞ generalından şok: YPG-ni qorumaq üçün burdayıq - Foto
07 Fevral 2018 Q.Paşayeva: “Biz hamımız xalqın xidmətçiləriyik,problemlərin həllində səylərimizi daha da artırmalıyıq”
07 Fevral 2018 "Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm"-Mübariz İbrahimovun doğum GÜNÜDÜR
06 Fevral 2018 İlham Əliyevdən iki mühüm təyinat – Sərəncam
06 Fevral 2018 Roma papası ilə görüşü zamanı Ərdoğan: “Oturacağımı dəyişin” – FOTO
05 Fevral 2018 Ərdoğan: Terrorçulara silah verən onlarla əlbirdir
03 Fevral 2018 Kiyevdən Ərdoğana dəstək - BMT-də sui-istifadə...
01 Fevral 2018 "Mətbuat Şurasının səlahiyyəti artırılsa..." Əflatun Amaşov
01 Fevral 2018 Hökumətə müraciət: İcazə verin, köklərini kəsək
31 Yanvar 2018 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür
30 Yanvar 2018 Əflatun Amaşov saytlara maliyyə ayrılması ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi
29 Yanvar 2018 Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri geri çağırılıb
29 Yanvar 2018 Prezident: “Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə nümunəvi ölkələrdən biridir”
28 Yanvar 2018 Ərdoğandan türk xalqına: Afrinə gedirəm, arxamca gəlin...
26 Yanvar 2018 Media nəhəngləri xəbər başlıqlarından danışdılar - "Başlıq seçimi məzmuna uyğun olmalıdır”
26 Yanvar 2018 Əliyevin Davosdan verdiyi anons İrəvanı qarışdırdı

Xəbər lenti