.

Millət vəkili Q.Paşayeva Aprel zəfərini bizə yaşadan qəhrəman şəhidlərimizdən Ə.Axundov haqqında film təqdimatında televiziyalara, məktəblərə, cəmiyyətə çağırış edib
Asiya.info xəbər verir ki, millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidimiz Əbdülməcid Axundov haqqında çəkilmiş “Mən səninləyəm, Ana Vətən” adlı bədii-sənədli filmin təqdimatında çıxış edib, televiziyalara, məktəblərə, hərbi hissələrə, iş adamlarına, təşkilatlara çağırış edib. Millət vəkili Qənirə Paşayeva çıxışında Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların qarşısında baş əyirik deyib. Q.Paşayeva vurğulamışdır ki, Əbdülməcid Axundovun ömür yolu bugünkü gənclərə əsl örnəkdir. Nə qədər ki, Azərbaycan xalqı var, belə oğulların əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili Q.Paşayeva televiziyalara çağırış edərək qəhrəman şəhidlərimiz haqqında hazırlanan bu cür filmlərin televiziyalarda tez-tez nümayişinə çağırıb. Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün Əbdülməcid Axundov kimi qəhrəmanların həyat yolundan gənclərimiz örnək almalıdır, böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib, qəhrəman şəhidlərimiz haqqında çəkilən bu cür filmlərin orta məktəblərdə uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş olunmasının vacibliyini qeyd edib. Şəhidimizlə bərabər onun ailəsi qarşısında da baş əyirik deyən millət vəkili Q.Paşayeva dövlətimiz və xalqımız hər zaman yanınızdadır deyib. Ali Baş Komandanımız, cənab Prezident İ. Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Əbdülməcid Axundov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı
istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. Tədbir çərçivəsində millət vəkili Q.Paşayeva aprel şəhidlərinin ailələri ilə görüşüb, hər zaman yanınızdayıq deyib.
Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini izləyə bilərsiniz.







Şərh yaz


24 İyun 2019 İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi
23 İyun 2019 Zakir Qaralov rusiyalı həmkarı Yuri Çayka ilə görüşəcək
23 İyun 2019 Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır - RƏSMİ
20 İyun 2019 Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
20 İyun 2019 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
19 İyun 2019 Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
18 İyun 2019 Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi
18 İyun 2019 Mxitaryandan, Kardaşyandan az yazmaq lazımdır - Nazir
15 İyun 2019 Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilər
15 İyun 2019 Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
11 İyun 2019 Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
10 İyun 2019 Müdafiə naziri Naxçıvana gəlib
10 İyun 2019 Çox sayda ölən və itkin düşən var
10 İyun 2019 Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu
10 İyun 2019 Qazaxıstanın yeni prezidenti MƏLUM OLDU
07 İyun 2019 ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə ilk sanksiya
07 İyun 2019 Avtomobil dayanacağı mafiyası
05 İyun 2019 Zakir Həsənova “Şöhrət” ordeni verildi
04 İyun 2019 Türkiyəli hərbçilər Naxçıvana gəlib - FOTO/VİDEO
03 İyun 2019 Elmar Vəliyev haqqında ilginc gəlişmə: Keçmiş başçı bu dəfə həkimləri heyrətləndirdi...
03 İyun 2019  Azərbaycanda ilk dəfə Gənclərin İnternet İdarəçiliyi Forumu keçirilib
02 İyun 2019 “Xarici İşlər Nazirliyimiz dərhal Almaniya hökümətinə nota verməlidir"
31 May 2019 "Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" (FOTO)
30 May 2019 Azərbaycanlı məmurlar “Çelsi”-“Arsenal” matçında
29 May 2019 Zamirə Hacıyeva milyonları nəyə xərcləyib? - Siyahı
28 May 2019 Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili
25 May 2019 Ramil Səfərovu hədəfə alan Xədicə İsmayıla sərt- Reaksiya
25 May 2019 Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
24 May 2019 GƏRGİNLİK –Paşinyan və Qarabağ klanı
23 May 2019 Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq - Şərtlər

Xəbər lenti