.


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanla Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında əsasnamədə deyilir:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Azərbaycan Respublikası Prezidentinin rəsmi hərbi simvoludur.

2. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı 3 növdə hazırlanır:

2.1. etalon (bayrağın orijinalı) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır;

2.2. dublikat (bayrağın surəti) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir;

2.3. kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

3. Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır.

4. Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri aşağdakı formadadır:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir.

2. Bayrağın hər iki üzünün ortasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi təsvir edilmişdir. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılmışdır.

3. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlmişdir. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir.

4. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.

Şərh yaz


20 Aprel 2019 Müdafiə naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verib
15 Aprel 2019 Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov
12 Aprel 2019 Zakir Həsənov tapşırıq verdi - Hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılsın
11 Aprel 2019 ELİNANIN ÖLÜMÜ HAQDA ŞOK: QANINI YUYUB, DİREKTORUN OTAĞINA APARIBLAR
11 Aprel 2019 Müdafiə Nazirliyinin nümayəndələri “Beynəlxalq ordu oyunları - 2019”da
10 Aprel 2019 Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib
08 Aprel 2019 Hərbi Hava Qüvvələri helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib – VİDEO
08 Aprel 2019 "Bu agentlikdə kimsə boyaları şəxsi istehlakına yönəltmişsə...." - Millət vəkilindən BNA-ya İTTİHAM
07 Aprel 2019 Tarix İnstitutu soyqırımı faktları barədə video paylaşıb - VİDEO
06 Aprel 2019 Müdafiə naziri müşavirə keçirdi – döyüşə hazır olmaq əmr edildi
06 Aprel 2019 Düşmən Laçın “dəhlizi”ndə öz köklərini bərkidir...-Bəs biz?..- FOTOLAR
05 Aprel 2019 Nəcməddin Sadıkov Səudiyyə Ərəbistanına gedir
04 Aprel 2019 Mirşahin ermənilərə satılan polkovnikin adını açıqladı - SENSASİON FAKTLAR / VİDEO
04 Aprel 2019 "Hər an döyüşlərə başlaya bilərik” - Zakir Həsənov
03 Aprel 2019 Millət vəkili Q.Paşayeva Aprel zəfərini bizə yaşadan qəhrəman şəhidlərimizdən Ə.Axundov haqqında film təqdimatında televiziyalara, məktəblərə, cəmiyyətə çağırış edib
03 Aprel 2019 İlham Əliyev Bakı-Tbilisi-Qars qatarı ilə belə tanış oldu - FOTOLAR (YENİ-2)
03 Aprel 2019 Ərdoğan əleyhinə yeni partiya qurulur – Keçmiş nazirlərdən gözlənilməz həmlə
03 Aprel 2019 “Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq” – Mehriban Əliyeva + FOTO
02 Aprel 2019 Prezident yeni icra başçısı təyin etdi
01 Aprel 2019 “Diqlas” təzminatını onun sahibi ödəməlidir… - Azər Həsrət
31 Mart 2019 Müdafiə Nazirliyinin baş idarə rəisi beynəlxalq federasiya prezidenti seçildi
30 Mart 2019 Tonoyanın şok bəyanatına Bakıdan - Kəskin cavab
30 Mart 2019 Prezident: "Avstriya Azərbaycan və Ermənistan liderlərinin gələcək danışıqlarına ev sahibliyi etməyə hazırdır"
29 Mart 2019 Mehriban Əliyevadan TAPŞIRIQ - Şəhid zabitin ailəsinə yeni mənzil verilsin!
29 Mart 2019 Şahin Mustafayev "Diqlas" yanğınından danışdı - Video
28 Mart 2019 Zərərçəkmiş sahibkarlar: “Prezident İlham Əliyev səsimizə səs verdi” - VİDEO
28 Mart 2019 Prezident “Diqlas”dakı yanğınla bağlı müşavirə keçirdi
27 Mart 2019 “Diqlas”da malları yananlar: “Obyektin sahibi qarşımıza çıxsın, pullarımızı ödəsin” – İcra başçısı sahibkarları sakitləşdirə bilmədi
26 Mart 2019 "İşimiz yanğını söndürməkdir, kompensasiya vermək yox..." - Nazir
26 Mart 2019 Dəhşətli yanğının ilkin səbəbi bəlli oldu-Video

Xəbər lenti