.
Özünə “Amerikanın uşaqları”ndan ibarət komanda yaratmış Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya təzyiqləri qarşısında əyilməsi üçün uzun müddət gərək olmadı. Belə ki, hakimiyyətə gəlişinin “ili çıxmamış” Paşinyan ölkəsini ənənəvi forpost statusunda yenidən təqdim etməyə başladı.
Bu qənaətə gəlməkdən ötrü Ermənistanın baş nazirinin rusiyalı həmkarı Dmitri Medvedyevi evində qəbul etməsinə və onun hüzurunda olduqca aciz görünməsinə diqqət yetirmək lazımdır. Paşinyan Medvedyevin səfərini önəmli adlandıraraq deyib ki, öz evində ancaq “qiymətli qonaqları” qəbul edir. Əslində Rusiyanın baş naziri İrəvana Avrasiya İttifaqı Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün gəlmişdi, Paşinyanın hansısa ailə tədbirində iştirak etmək üçün yox. Lakin Paşinyan Rusiya ilə Ermənistan arasındakı “buzları” əritməkdən ötrü Medvedyevin səfərindən maksimum yararlanmaq istədi.
Paşinyan ötən ilin mayında baş nazir seçiləndən sonra Rusiya-Ermənistan münasibətlərində durğunluq müşahidə olunmaqdadır. Həm may ayında, həm də növbədənkənar seçkilərdən sonra, ilin sonunda N.Paşinyan iki dəfə baş nazir seçilsə də, Rusiya prezidentinin təbrikini eşitmək ona müyəssər olmadı. Üstəlik, Paşinyan ölkəsinin KTMT-dəki nümayəndəsi general Yuri Xaçaturovu geri çağırıb və istintaqa cəlb etməklə, Putinin dostu olan Robert Köçəryanı həbsə atmaqla Rusiya liderinin əsəblərini tarıma çəkməyə çalışdı. Bunun nəticəsi olaraq V.Putin hətta həbsxanada olan Köçəryana təbriklər yollasa da, Paşinyanın baş nazir seçilməsini “unutdu”.
Eyni zamanda erməni baş nazir ötkəm cavabları ilə ermənilərin dostu Sergey Lavrovu da hövsələdən çıxartdı. Amma maraqlısı budur ki, ötən bir ildə N.Paşinyanın ən çox üz tutduğu şəxs D.Medvedyev olub. Hesab olunur ki, indiki durumda rusiyalı baş nazir Ermənistanı xilas etməyə gəlib. Faktiki olaraq nə Avropa, nə də ABŞ İrəvanı düşdüyü dalandan çıxartmaq istəyir. Lakin sanksiyalar içərisində olan Rusiyanın Ermənistan adlı yükü daşımağa çox da həvəsli olmayacağını demək mümkündür.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da təsdiqləyir ki, Nikol Paşinyan hakimiyyətə gəlişinin bir ilində tamamən Rusiyaya əyilib: “Halbuki yeni gələndə balanslı xarici siyasətə üstünlük verəcəyinə işarə edirdi. Bizdə də bəziləri yanlış olaraq ”Rusiya Paşinyanı cəzalandıracaq" və “Rusiya-Ermənistan münasibətləri gərginləşəcək” kimi başlıqlar atırdılar. Bunların heç biri olmadı. Tam əksinə, Paşinyan Avropa və ABŞ-dan ümid etdiyi maliyyəni ala bilmədiyinə görə Serj Sərkisyandan daha çox Kremlin nökəri olmağı hazırdır. Təsadüfi deyil ki, Paşinyan son bir ildə İrəvana gələnlər arasında yalnız Rusiyanın baş naziri Dmitri Medvedyevi evinə qonaq dəvət edib. “Ermənistanda adətdir ki, evə yalnız əziz qonaqları dəvət edirlər” deyən Paşinyan sanki bununla demək istəyib ki, bu bir ildə İrəvana gələn başqa rəsmilərin, o cümlədən avropalıların və amerikalıların heç biri onun üçün əziz qonaq olmayıb".
Rusiya-Ermənistan münasibətlərinin perspektivlərinə gəldikdə, E.Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Medvedyevin səfəri ayrılıqda götürülmüş işgüzar və rəsmi səfər mahiyyəti daşımır: “O, Avrasiya İqtisadi Birliyinin baş nazirlərinin İrəvandakı toplantısında iştirak etmək üçün Ermənistana gəlib və bu toplantı çərçivəsində erməni rəsmilərlə görüşlər keçirib. Bəllidir ki, Rusiya ilə Ermənistan arasında sıx münasibətlər var. Ermənistan rəhbərliyi hər zaman çalışır daha çox yaltaqlıq edərək Rusiya rəsmilərini təmtəraqla qarşılasın, böyük qonaqlıqlar, ziyafətlər versin. Bununla da ictimaiyyətə göstərmək istəyirlər ki, Rusiya-Ermənistan birliyi əbədidir və Moskva Qarabağ məsələsində də Ermənistanı dəstəkləyir. Çox təəssüf ki, əslində burada bir həqiqət də var. Çünki Azərbaycanla münasibəti normal olsa belə, Rusiya münaqişənin həllini sürətləndirmir və işğalçıya demir ki, bölgədə sülhün və əmin-amanlığın bərpası üçün işğala son qoyulmalıdır”.
*****
N.Paşinyanın durumunu ağırlaşdıran faktorlardan biri də daxildəki gərgin situasiyadır. 2016-cı ilin yayında İrəvan polisinin post-patrul alayına hücum etmiş “Sasna srer” silahlı qrupunun (terror qruplaşması Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra partiyaya çevrilib və seçkilərdə iştirak edib - red.) üzvlərinin azad edilməsi Ermənistan üçün “saatlı bomba” olub.
Publika.az xəbər verir ki, bu haqda “Sputnik” agentliyinə müsahibəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirib. Şarmazanovun fikirincə, baş nazir Paşinyanda Qarabağ problemi üzrə konsepsiya yoxdur. O qeyd edib ki, Paşinyan problemlə bağlı mövqeyini bir neçə dəfə dəyişdirib. “O deyirdi ki, onun konsepsiyası əvvəlki prezidentlərin - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın konsepsiyalarına bənzəmir. Bu konsepsiya haradadır?” - Şarmazanov soruşub.
Mətbuat katibinin sözlərinə görə, Paşinyan anlamalıdır ki, o, yalnız öz tərəfdarları və silahdaşları üçün baş nazir deyil. Şarmazanov son bir il ərzində ölkədə nifrət və yalanın yayılmasından başqa heç nəyin olmadığını bildirib. O, Paşinyanı qaranlıq otaqda qara pişiyi axtarmamağa çağırıb. “Çünki pişik daim onun çiyinlərindədir” - Şarmazanov vurğulayıb.
Ermənistanda narahatlıq var ki, N.Paşinyanın davranışları ölkəni məhvə apara bilər. Belə bir yanaşmanı bir sıra xarici ekspertlər də bölüşürlər. “Biz Ermənistan tarixində misli görünməmiş halla üz-üzəyik. Hakimiyyət danışıqlar formatının dəyişdirilməsi barədə söhbətlər istisna olmaqla danışıqlar prosesini hansı prinsiplər əsasında aparmağa hazırlaşdığını bəyan etmir”. Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Köçəryanın administrasiyasının rəhbəri olmuş Viktor Soqomonyan Rusiyanın “FAN” (“Federal Xəbərlə Agentliyi”-"Kremlin aşbazı" kimi tanınan oliqarx Yevgeni Priqojinə məxsusdur) agentliyinə müsahibəsində deyib. “Bununla bağlı çox böyük narahatlıqlar var. Konkret olaraq belə narahatlıq var ki, erməni tərəfinin bu siyasəti beynəlxalq birlik-Minsk Qrupunun həmsədrləri, vasitəçilər tərəfindən qeyri-konstruktiv olaraq qiymətləndiriləcək və hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Bu, olduqca arzuolunmaz ssenaridir” - Soqomonyan əlavə edib.
Köçəryanın tərəfdaşı ümid edir ki, Paşinyan hökuməti tezliklə formatla bağlı mövqeyini müəyyən edəcək və danışıqlar prosesində hansı prinsiplər əsasında iştirak edəcəyini açıqlayacaq. “Ancaq bundan sonra Qarabağ məsələsinin nizamlanması perspektivləri barədə danışmaq olar” - o bildirib.
Bu arada 2008-ci il martın 1-də İrəvanda baş vermiş qanlı olaylara görə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və digər keçmiş dövlət rəsmiləri ilə bağlı ibtidai istintaq yekunlaşıb. Məhkəmə prosesinin isə heç də rahat keçməyəcəyi şübhə doğurmur.
Belə bir durumda Ermənistanın baş nazirinin Qarabağla bağlı konstruktiv mövqe sərgiləyəcəyi barədə ehtimallar səslənsə də, ciddi ekspertlər bunu real saymırlar.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a bildirib ki, ermənilər danışıqların mahiyyətindən qaçmağa çalışırlar: “Son zamanlar XİN rəhbərləri, dövlət başçıları öz siyasi iradələrini ortaya qoyublar. Rəsmi İrəvan isə yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq, tamam başqa məqamları gündəmə gətirməyə cəhd edir. Ermənistan danışıqlarda iştirak edə-edə sanki bu prosesdə yoxdur. Bizimlə müzakirə aparırmış kimi özlərini göstərsələr də, ortaya heç bir danışıq qoymurlar”.
Deputat Rasim Musabəyov isə bildirib ki, Azərbaycan Ermənistanın danışıqlar prosesini ləngitməsi üçün atdığı addımlara əhəmiyyət vermir: “Əslində biz paralel olaraq, düşmənin başının üzərindən Rusiya ilə danışıqlar aparırıq. Çünki Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında deyil. Onu himayə edən Rusiya var. Biz isə onu mövqeyini nəzərə almadan hansısa sərt tədbirlərə əl atmaq imkanında deyilik. Ona görə Rusiya ilə, ABŞ-la, Ermənistana təsir edə biləcək, himayəçi dövlətlərlə danışıqları davam etdiriik. Ya həmin dövlətlər erməniləri ağıla gətirəcəklər, ya da Azərbaycan məcbur olub ayrı variantlara əl atacaq. Müharibə bərpa olunmayana kimi diplomatlar bu işi görməlidirlər. Bütün bunlarla bərabər Azərbaycan hərbi təsirlərini həyata keçirir, hərbi təlimlər, hazırlıqlar nümayiş olunur. Bütün bu addımlar Ermənistanı himayə edən dövlətləri məcbur edir ki, rəsmi İrəvana diktə etsinlər”.
Maraqlıdır ki, Ermənistanda keçirilən Avrasiya İqtisadi Birliyinin toplantısı ərəfəsində Belarus prezidenti Aleksandr Lukaşenko İrəvanın narahatlığını artıran mövqe sərgiləyib. O, ATƏT PA-nın sədri Giorgi Tsereteli ilə görüşü zamanı deyib ki,  ATƏT Avropa regionunda münaqişələrə göz yummamalıdır. “Bizim burada, ümumi evimizdə həll olunmalı xeyli problemlər - Dağlıq Qarabağ, Dnestryanı bölgə var. Bu siyahıya Ukrayna da əlavə olunub və bu, olduqca ciddi münaqişədir. Çoxları bunu müharibə olaraq da adlandırır” - Azərbaycanın dostu olan prezident bildirib. Bu mövqe ermənilərin status-kvonu saxlamaq cəhdinə cavabdır.(musavat.com)

Şərh yaz


18 May 2019 Prezident İlham Əliyev kamerunlu həmkarına məktub göndərib
18 May 2019 Erməni mediası Paşinyana od püskürdü: “Bahalı dünya gəzintiləri, nəticəsiz səfərlər...”
17 May 2019 Prezident iki icra başçısının yerini dəyişdi
17 May 2019 “BÜTÜN SƏNƏDSİZ EVLƏRƏ SƏNƏD VERİLƏCƏK” – “Prezident məni şəxsən çağırıb və…”
17 May 2019 İlham Əliyev müsəlman səfir və diplomatları qəbul etdi
17 May 2019 Siyavuş Novruzov: "Orduxan və qardaşları Qarabağı qoyub Avropaya qaçıblar" — VİDEO
15 May 2019 Zakir Həsənovdan ordudakı vəzifəli şəxslərə tapşırıq
14 May 2019 İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında - FOTO
10 May 2019 Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət KÖMƏK ETDİ – Sarkisyandan ŞOK SÖZLƏR
10 May 2019 YALAN AYAQ AÇAR, AMMA YERİMƏZ...
09 May 2019 Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ
09 May 2019 Zakir Həsənov Kaspşiklə cəbhədəki vəziyyəti müzakirə etdi
08 May 2019 Mehriban Əlyeva: “Qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır”
06 May 2019 Prezident İlham Əliyev 4 sərəncam, 4 fərman imzaladı
06 May 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
04 May 2019 Bu ərəb ölkələri Türkiyəyə qarşı İrəvanla birləşir
03 May 2019 Onların təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən SƏRƏNCAM
03 May 2019 “Azəriqaz”la bağlı prezidentə dosye verilib – Əkbər Hacıyev vəzifədən azad olunacaq
01 May 2019 İlham Əliyev: ““Azəriqaz” insanlara problemlər yaradır”
01 May 2019 TÜRKİYƏ ÜÇÜN HƏLLEDİCİ AY:Ankara geri çəkilməsə, ABŞ iyundan sanksiyaları işə salacaq - TƏHLİL
30 Aprel 2019 Baş prokuror Səhiyyə nazirinə müraciət etdi - Özəl klinikadakı ölüm faktına görə
28 Aprel 2019 Prezident xanımı ilə “Formula 1” yarışlarını izləyir
27 Aprel 2019 İlham Əliyev Pekində "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib
27 Aprel 2019 Əli Həsənov “feyk” məlumat yayanlardan yazdı - “Cəhdləri iflasa uğradı”
25 Aprel 2019 Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib
24 Aprel 2019 İlham Əliyev: Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir
24 Aprel 2019 Misir prezidentinin fəaliyyət müddəti uzadılıb
24 Aprel 2019 Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib
20 Aprel 2019 Müdafiə naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verib
15 Aprel 2019 Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov

Xəbər lenti