.

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 29 aprel 2019-cu il

 

İman gücü ilə iqtisadiyyat düzəlmədiyi kimi, qulağa gələn yalnış məlumat qırıntıları ilə də müzakirə aparmaq olmaz.

Söylənən söz bir az əsaslı olsun deyə, Amerikanın may ayından sonra Türkiyəyə tətbiq etməyə hazırlaşdığı “ABŞ-ın düşmənlərilə sanksiyalarla mübarizəetmə qanunu”nun (CAATSA) oxunuşu son dərəcə cansıxıcı, ömür kəsən olan mətnini diqqətlə incələdim. Nyu York və Vaşinqtonda məsələnin mütəxəssislərilə də söhbət etdim. Gördüm ki, ABŞ istədiyi təqdirdə, may ayından sonra Türkiyə iqtisadiyyatına yönəlik yıxıcı təsirli qasırğa əsdirmə imkanına sahibdir. Sanksiyaların əsaslanacağı o qanun ABŞ-a bu gücü verir.

Bu cür sanksiyaları koordinasiya edən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (Office of Foreign Assets Control) və Vaşinqtonun güc iyerarxiyasının əsas oyunçuları olan Maliyyə naziri Mnuçin və Trampın sözündən çıxmadığı Milli təhlükəsizlik müşaviri Bolton Amerikanın bu gücünü Türkiyəyə yönəlik olaraq istifadə etməsini istəyirlər.

“Tramp istərsə, bu işlərə mane ola bilər” deyərək düşünməyin, çünki onun buna mane olmaq gücü yoxdur. Qeyd etdiyim oyunçular ABŞ Konqresində Türkiyəyə qarşı yaranmış mövcud ab-havadan da yaxşı istifadə edirlər. Doğrusu, Trampın Türkiyəni iqtisadi dağıntı ilə təhdid edən açıqlaması da artıq qeydlərə keçibdir.

Rus oyunu

ABŞ-da bütün bu prosesi iyun ayından etibarən başlatmağı düşünürlər. Çünki Türkiyəni Qərbdən qopartmaqla, özünə görə, böyük qələbə çalmış olacaq Rusiya, – Türkiyəyə ola biləcəklərə heç məhəl qoymadan, – S-400 raketlərinin göndərilməsinə iyunun sonundan etibarən başlaya biləcəyinin siqnalını verir.

Putin həm Trampla, həm də Türkiyə ilə oynamağa başlayıb. Bu səbəblə əgər Türkiyə sanksiyalar tətbiq edilməmişdən öncə nə isə etmək niyyətindədirsə, may ayının həlledici tarix olduğunu nəzərə almalıdır.

İqtisadi sanksiyalar

“ABŞ-ın düşmənlərilə sanksiyalarla mübarizəetmə qanunu” Türkiyəyə tətbiq edildiyi halda, prezident bu qanunda nəzərdə tutulan 12 sanksiya növünün, ən azı, 5-ini mütləq tətbiq etməyə məcburdur.

Bu qanunun 231 və 235-ci bölümlərini oxuyan zaman prezidentə verilən iqtisadi sanksiya gücünün Türkiyə baxımından nə qədər arzuolunmaz ola biləcəyini içiniz titrəyərək görə bilərsiniz.

Misal üçün, ABŞ Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Avropa İnvestisiya Bankı kimi qurumlarda Türkiyənin bütün səsvermə hüquqlarını dayandırmağa təşəbbüs göstərə bilər. Hətta ABŞ, Türkiyəyə yönəlik kredit, qrant və texniki yardım kimi işləri durdurma istiqamətində də addım ata bilər.

Bu üzdən deyirəm ki, bıçaq sümüyə dayanmadan ehtiyat tədbirləri görmək lazımdır.

Tərcümə Strateq.az-ındır

Şərh yaz


18 May 2019 Prezident İlham Əliyev kamerunlu həmkarına məktub göndərib
18 May 2019 Erməni mediası Paşinyana od püskürdü: “Bahalı dünya gəzintiləri, nəticəsiz səfərlər...”
17 May 2019 Prezident iki icra başçısının yerini dəyişdi
17 May 2019 “BÜTÜN SƏNƏDSİZ EVLƏRƏ SƏNƏD VERİLƏCƏK” – “Prezident məni şəxsən çağırıb və…”
17 May 2019 İlham Əliyev müsəlman səfir və diplomatları qəbul etdi
17 May 2019 Siyavuş Novruzov: "Orduxan və qardaşları Qarabağı qoyub Avropaya qaçıblar" — VİDEO
15 May 2019 Zakir Həsənovdan ordudakı vəzifəli şəxslərə tapşırıq
14 May 2019 İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında - FOTO
10 May 2019 Şuşanı ələ keçirməyimizə Azərbaycandakı vəziyyət KÖMƏK ETDİ – Sarkisyandan ŞOK SÖZLƏR
10 May 2019 YALAN AYAQ AÇAR, AMMA YERİMƏZ...
09 May 2019 Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ
09 May 2019 Zakir Həsənov Kaspşiklə cəbhədəki vəziyyəti müzakirə etdi
08 May 2019 Mehriban Əlyeva: “Qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır”
06 May 2019 Prezident İlham Əliyev 4 sərəncam, 4 fərman imzaladı
06 May 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
04 May 2019 Bu ərəb ölkələri Türkiyəyə qarşı İrəvanla birləşir
03 May 2019 Onların təhsil haqqını dövlət ödəyəcək - Prezidentdən SƏRƏNCAM
03 May 2019 “Azəriqaz”la bağlı prezidentə dosye verilib – Əkbər Hacıyev vəzifədən azad olunacaq
01 May 2019 İlham Əliyev: ““Azəriqaz” insanlara problemlər yaradır”
01 May 2019 Medvedyevi öz evində qonaq edən Paşinyanı Moskva bağışlayacaqmı?
30 Aprel 2019 Baş prokuror Səhiyyə nazirinə müraciət etdi - Özəl klinikadakı ölüm faktına görə
28 Aprel 2019 Prezident xanımı ilə “Formula 1” yarışlarını izləyir
27 Aprel 2019 İlham Əliyev Pekində "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib
27 Aprel 2019 Əli Həsənov “feyk” məlumat yayanlardan yazdı - “Cəhdləri iflasa uğradı”
25 Aprel 2019 Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib
24 Aprel 2019 İlham Əliyev: Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir
24 Aprel 2019 Misir prezidentinin fəaliyyət müddəti uzadılıb
24 Aprel 2019 Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib
20 Aprel 2019 Müdafiə naziri Zakir Həsənov Türkiyəyə başsağlığı verib
15 Aprel 2019 Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov

Xəbər lenti