.

Azəriqaz İB tərəfindən “Qaz təchizatı haqqında” Qanunun, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur.

Bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. O, bildirib ki, 16 dekabr 2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi ”Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyələr"ə əsasən “Azəriqaz” tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qanunsuz düzəliş nəticəsində abonentlərə tətbiq olunan cərimə ikiqat artırılıb. 
“Belə ki, SOCAR tövsiyələrinin 1.4.1 bəndinə əsasən abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmində hesablanması nəzərdə tutulsa da, Əkbər Hacıyev tərəfindən hazırlanan qaydalarda bu, 180 günlə əvəz olunub. Bundan əlavə, qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) qaz abonentlərə (xüsusən də qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. 
Qaz kəsilir, veriləndə isə 15-20 dəqiqə sistemə yüksək təzyiqlə hava vurulur. Bunu da guya əhalinin təhlükəsizliyi üçün etdiklərini deyirlər. Halbuki yüksək təzyiqlə gələn hava sayğacları da sürətlə fırladaraq əhalinin pulunun mənimsənilməsinə səbəb olur. Yəni insanlar faktiki olaraq, adi havaya görə qaz qiymətində pul ödəyirlər".
Komitə sədri “Azəriqaz” rəhbərliyinin bəzi müəssisələrə verilən qazı itki və əhalinin boynuna qoymaq istədiyi qənaətindədir: “Rəsmi mənbələrin hesabatlarında qaz təchizatında böyük miqdarda qaz itkisinin olduğu qeyd olunur. 2016-cı ildə audit şirkəti ”Ernst & Young"  və ölkənin Hesablama Palatası “Azəriqaz”da yoxlama apararkən bir çox qüsurlarla yanaşı, istehlakçıların qazla təminatı zamanı böyük qaz itkilərinin də olduğunu qeyd etmiş və itkilərin aradan qaldırılması üçün həmin qurumlar tərəfindən təklif və göstəriş də verilmişdi. Rəqəmləri təhlil etdikdə, ən yüksək itkilərin regionlarda baş verdiyi müşahidə olunur. 
Təbii ki, bunun da əsas səbəbi rayon və kəndlərdə sayğaclaşmanın tam aparılmaması, infrastrukturun keyfiyyətinin aşağı olmasıdır. Eyni zamanda broylerlərin və istixanaların (“parnik”lərin-red.) da qaz itkilərində payı az deyil. Mətbuat buraya yönələn qanunsuz qaz xətləri barədə dəfələrlə araşdırma aparıb. Məhz bu səbəblərdən, qaz itkilərinin həcmi ildən-ilə artır. Halbuki 2009-2010-cu ildə “Azəriqaz”da struktur islahatları aparılarkən əsas məqsədlərdən biri itkilərin minimum endirilməsi idi".
M.Qəhrəmanlının sözlərinə görə, qaz təchizatında itkilərin çox olmasının bir neçə mühüm səbəbləri var: “Qaz uçotu işinin düzgün qurulmaması, bir çox iri müəssisələrə qeydiyyatsız qazın ötürülməsi, sayğacların xarab olması (əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Ona görə də qaz emal olunmamış vəziyyətdə ötürüldüyündə sayğacın sərf qeyd edən diafraqmaları tozdan, zir-zibildən tutulduğundan sərfiyyat tam qeyd edilmir), cari təmir işlərinin ümumiyyətlə aparılmaması, qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmaması, təbii qazın mexaniki qarışıqlardan təmizlənmədən, qurudulmadan sistemə daxil olması və sair”.
Komitə sədri deyir ki, ötən il Əkbər Hacıyevin tapşırığı ilə Bakıda və rayonlarda əhaliyə qanunsuz  və böyük həcmdə cərimələr tətbiq olunub: “İstismar müddəti 5 il olan sayğaclara 6 ildən sonra müdaxilə adı altında cərimələr yazılırdı. Bizim də yardımımızla abonentlər ”Azəriqaz"ı məhkəməyə verib cərimələri ləğv etdirdilər. Məhkəməyə üz tutanların sayı sürətlə artdı deyə, bu qanunsuzluğu azaltmalı oldular".
Qazın keyfiyyətinə gəlincə, M.Qəhrəmanlı bildirir ki, sovet dövründə  hətta birbaşa mədəndən alınan qazdan istifadə edilsə də, zəhərlənmə hallarına rast gəlinməyib: “Biz indiki Qumadasında iş yerində mədəndən birbaşa çəkilən qazı ceyran sobasında yandırırdıq, heç nə də olmurdu. İndi necə olur ki, bütöv ailələr qazdan zəhərlənib ölür? Düşünürəm ki, bu, qazın tərkibi ilə bağlıdır. Bu sahədə sovet dövründəki ciddi nəzarət indi yoxdur. Burada korrupsiya ehtimalları da böyükdür. Müstəqil nəzarət qurumu olmalıdır - şəbəkəyə verilən qazın tərkibi müntəzəm olaraq yoxlanmalıdır”.
Neft sahəsi üzrə ekspert İlham Şabanın bildirdiyinə görə, Azərbaycanda istehlakçılara paylanan qazın emalı aşağı səviyyədədir: “Metan qazı bütün yanma boyu mavi rəngdə olmalıdır. Bunun üçün hasil olunan qaz emal zavodunda bütün fraksiyalardan təmizlənməlidir. Bu fraksiyaların özü qiymətli xammaldır, kimya sənayesinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 
Rəsmi statistikaya baxsaq, görərik ki, Azərbaycanda istehlak olunan qazın cəmi 20 faizə qədəri emal olunur. Çünki emal zavodunun imkanları bundan artığına çatmır. 1959-cu ildə tikilmiş zavoddur, istismar müddətini çoxdan başa vurub. Belə zavodların ömrü maksimum 40 ildir, modernizasiya ilə 50 ilə çatdırmaq olar. Böyük Britaniyanın ”Con Braun" şirkətinin 19 il əvvəl - 2000-ci ildə verdiyi rəyə əsasən bu zavodun modernizasiya imkanları mövcud deyil".
Ekspert bildirir ki, qaz emalı zavodunun vəziyyətini nəzərə alaraq hökumət yeni zavodun tikintisinə vaxtında başlamalı idi: “Bu işə 10 il əvvəl başlamaq lazım idi. Bizimkilər isə hələ gələn il başlamağı nəzərdə tuturlar. Halbuki yeni qaz emalı zavodunun inşası həm istehlakçıların təhlükəsizliyi baxımından, həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Emal nəticəsində qazdan əldə olunan maddələr kimya sənayesini qiymətli xammalla təchiz edərdi”.
Prezidentin müşavirədəki çıxışından anlaşılır ki, Əkbər Hacıyevin fəaliyyəti ilə bağlı ölkə başçısına dosye verilib. Görünür, həmin dosyedə “Azəriqaz” rəhbərinin qanunsuzluqları faktlarla göstərilib. Və dosye o qədər çirkli olub ki, Əkbər Hacıyevin əhaliyə verdiyi çirkli qaz bunun yanında “toya getməli”di. Əgər doğrudan da belədirsə, Əkbər Hacıyevin vəzifədə çox qalacağı inandırıcı deyil. Prezidentin müşavirədəki tövründən də bunu müşahidə etmək mümkün idi.  
Xatırladaq ki, prezident müşavirədə yarıtmaz fəaliyyətlərinə görə tənqid etdiyi məmurları vəzifədə çox saxlamır. Yaxın keçmişdə bunun xeyli nümunələri var.
“Yeni Müsavat”

Şərh yaz


20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan
14 İyul 2019 İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü
14 İyul 2019 Mehriban Əliyeva: "Ümummilli lider bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib"
14 İyul 2019 Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür
13 İyul 2019 İlham Əliyevdən Makrona məktub
13 İyul 2019 Ordumuz Su-25-ləri havaya qaldırdı - Video
12 İyul 2019 Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT
11 İyul 2019 Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirildi - FOTOLAR
10 İyul 2019 Azərbaycanda daha bir məmurun oğlu İngiltərə vətəndaşlığı alıb
06 İyul 2019 Çox ciddi sosial paket təsdiqləndi - İlham Əliyev
04 İyul 2019 Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi
03 İyul 2019 “Yunis Səfərovu yeni “Gəncəbasar qisasçısı” elan etməyə tələsdilər” - Prezidentin köməkçisi
03 İyul 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
01 İyul 2019 Yeni nazirdən uğurlu addım: ilk dəfə… - Video
30 İyun 2019 KOREYA LİDERİ: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ
30 İyun 2019 ETSN: Havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib
29 İyun 2019 "Prezidentin etimadını fəaliyyətimlə doğruldacam" - Vilayət Eyvazov
29 İyun 2019 “TRAMPI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” – Eks-prezident Cimmi Karter
29 İyun 2019 SON DƏQİQƏ: Tramp bütün dünyaya elan etdi – Türkiyə S-400 və F-35-ləri…
27 İyun 2019 İlham Əliyevdən Vilayət Eyvazovla bağlı SƏRƏNCAM
27 İyun 2019 Regionda ən güclü orduya malikik - Nazir müavini
26 İyun 2019 İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi
24 İyun 2019 İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi

Xəbər lenti