.



Azərbaycanın dövlət rəhbərliyinin diqqət yetirdiyi vacib məsələlərdən biri də hərbi qulluqçuların sosial müdafiəsini gücləndirməkdir.


Bildiyimiz kimi, 2003-cü ildə xalqın yekdil səs çoxluğu ilə Prezident seçilən cənab İlham Əliyev özünün siyasi kursunu bəyan edərək bildirmişdi ki, Azərbaycanda ordu quruculuğuna ciddi önəm veriləcəkdir. Həmin vaxtdan etibarən Silahlı Qüvvələrimizin maddi-texniki təminatının gücləndirilməsi, habelə hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması üçün böyük həcmdə işlər görülüb.


Məhz bu səbəbdən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” dövlət başçımızın 28 dekabr 2011-ci il tarixli fərmanı xüsusilə də məişət şəraiti ilə əlaqəli problemlərlə üzləşən hərbçilərin böyük sevincinə səbəb olmuşdu. Prezidentin fərmanında, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi göstərilmişdir.

Xatırladaq ki, Prezidentin məlum fərmanı yalnız 20 təqvim ili və daha çox müddətdə qüsursuz xidmət etmiş zabit və gizirlərə şamil olunur. Prioritet müharibə və Silahlı Qüvvələrin veteranlarına, döyüş əməliyyatların iştirakçılarına, yaralanan, o cümlədən medal və ordenlərlə təltif olunan hərbi qulluqçulara verilir. “Qüsursuz xidmət” deyildikdə hərbi qulluqçunun xidmət ərzində məhkumluğa cəlb olunmaması, rütbəsinin alınmaması və ya aşağı vəzifəyə keçirilməməsi nəzərdə tutulur. Yalnız bu meyarlara cavab verməyən şəxslər qüsurlu hesab edilir və daimi mənzil almaq hüququndan məhrum olunur.

Bu məqsədlə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq hüququ olan şəxslərin siyahısını, tələb olunan mənzillərin sayını və bölgüsünü hazırlamaq üçün xüsusi komissiya yaradılmışdır. Artıq bu fərmanın icrası ilə əlaqədar xeyli işlər görülüb. Ötən müddət ərzində Bakıda 629, Gəncədə 632 və Naxçıvan şəhərində 18 mənzil tam təmirli şəraitdə hərbi qulluqçuların ixtiyarına verilib. Misal üçün, 2018-ci ilin dekabr ayında Bakının Sabunçu rayonunda yüzlərlə hərbçi dövlət vəsaiti hesabına müasir mənzillərlə təmin olundu və sevindirici haldır ki, bu mərasimdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev iştirak etdi. Yeni mənzillərin orderlərini bir neçə hərbi qulluqçuya şəxsən təqdim edən dövlətimizin rəhbəri əminliklə vurğuladı ki, Azərbaycanda bu sosial siyasət bundan sonra da uğurla davam etdiriləcək.


Azərbaycanın müharibə şəraitində olduğu bir dövrdə belə sosial layihələrin ardıcıl həyata keçirilməsi bir daha sübut edir ki, dövlət siyasətinin mərkəzində insanların taleyi dayanır. O cümlədən hərbçi peşəsi çətin və məsuliyyətli, lakin şərəfli peşədir. Dövlətimizin rəhbəri öz çıxışlarında qeyd edir ki, ömrünü Vətənə xidmətə həsr etmiş insanlara daim diqqət göstəriləcək, onların sosial qayğıları həll ediləcəkdir.
Təəssüflər olsun ki, xidmət müddətində ciddi qüsurlara yol vermiş şəxslər də dövlətin imtiyazlarından yararlanmaq üçün sosial şəbəkələrdə, mətbuat səhifələrində çıxışlar edir və dövlətin, ordunun rəhbərliyinə qarşı yersiz iradlarını bildirirlər. Məsələn, mayın 8-də “Sensasiya TV” nin ədabaz görkəmdə olan əməkdaşı bir şəxsin taleyindən bəhs edirdi. Onun sözlərinə görə, bu şəxs 20 il öncə mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən medalla mükafatlandırılıb, lakin buna baxmayaraq, indiyədək evlə təmin olunmayıb. Maraqlısı odur ki, ailə başçısından da çox onun həyat yoldaşı danışır, dövlətdən ev istəyir, amma ev yiyəsindən əsər-əlamət yoxdur. Heç bilinmir ki, həmin şəxs ümumiyyətlə zabit və ya gizir olub, ya olmayıb? Əllərini teatr səhnəsindəki kimi oynadan, sanki öz jestlərilə vəziyyətin nə dərəcədə “sensasion” olmasını göstərmək istəyən, gözəl-göyçək geyinmiş, hərdən qarın nahiyəsini də qaşımağı yaddan çıxarmayan aparıcı isə, öz “sensasiyasını” o qədər şən çatdırır ki az qalır gülsün. Allah bilir, özünü jurnalist sayan uşağın beynində nələr baş verir. Görünür ki, bu “qəhrəmanın” məqsədi başqalarının problemlərini qabartmaqla ucuz reytinq qazanmaq və ya maddi maraqdır. Üstəlik də, utanmaz-utanmaz həmin şəxsə kömək göstərilməsi üçün bank hesabını nümayiş etdirir, bəlkə bu yolla könlündən varlanmaq da keçir.

Əfsuslar olsun ki, bu kimi insanlara və onlar tərəfindən düzüb-qoşulmuş yalanlara hələ də inananlar var. Azərbaycan müasir demokratik dövlətdir və dövlətin qanunlarına riayət etmək hər bir vətəndaşın və dövlət orqanlarının borcudur ki, bütün problemlər qanunvericilik əsasında öz həllini tapsın. Ev yiyəsinə məsləhətim belədir: şikayəti varsa, onu mütləq bildirmək lazımdır ki həll edilsin. Jurnalistə isə məsləhətim odur ki, ucuz sensasiya dalınca qaçmasın. Çünki onun təqdim etdiyi yalan “sensasiyanın” üstü bir gün açılacaq.
Son vaxtlar belə dirnaqarası telesüjetlər geniş yayılsa da, onlar maraq doğura bilmir. Çünki yalan ifadələrlə insanları aldatmağın zamanı çoxdan geridə qalıb. Yaxşı olar ki, ya tamaşaçıya, ya da oxucuya əsl həqiqətləri çatdırasan. Bax belə yerdə yaxşı deyiblər: yalan ayaq açar, amma yeriməz.

Arif PƏNAHLI
Asiya.info 
 

Şərh yaz


20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan
14 İyul 2019 İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü
14 İyul 2019 Mehriban Əliyeva: "Ümummilli lider bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib"
14 İyul 2019 Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür
13 İyul 2019 İlham Əliyevdən Makrona məktub
13 İyul 2019 Ordumuz Su-25-ləri havaya qaldırdı - Video
12 İyul 2019 Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT
11 İyul 2019 Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirildi - FOTOLAR
10 İyul 2019 Azərbaycanda daha bir məmurun oğlu İngiltərə vətəndaşlığı alıb
06 İyul 2019 Çox ciddi sosial paket təsdiqləndi - İlham Əliyev
04 İyul 2019 Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi
03 İyul 2019 “Yunis Səfərovu yeni “Gəncəbasar qisasçısı” elan etməyə tələsdilər” - Prezidentin köməkçisi
03 İyul 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
01 İyul 2019 Yeni nazirdən uğurlu addım: ilk dəfə… - Video
30 İyun 2019 KOREYA LİDERİ: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ
30 İyun 2019 ETSN: Havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib
29 İyun 2019 "Prezidentin etimadını fəaliyyətimlə doğruldacam" - Vilayət Eyvazov
29 İyun 2019 “TRAMPI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” – Eks-prezident Cimmi Karter
29 İyun 2019 SON DƏQİQƏ: Tramp bütün dünyaya elan etdi – Türkiyə S-400 və F-35-ləri…
27 İyun 2019 İlham Əliyevdən Vilayət Eyvazovla bağlı SƏRƏNCAM
27 İyun 2019 Regionda ən güclü orduya malikik - Nazir müavini
26 İyun 2019 İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi
24 İyun 2019 İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi

Xəbər lenti