.

Azərbaycanda sənədsiz evlər problemi bu yaxınlarda qəti həllini tapacaq.

Asiya.info-nun məlumatına görə, belə bir bəyanatla Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Binəqədi rayon sakinlərilə görüşü zamanı çıxış edib.
Demokrat.az saytı bildirir ki, BŞİH başçısı bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını da vurğulayıb: “Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.
Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Binəqədi rayonu Binəqədi qəsəbəsinin sakinləri ilə görüşü olub.
BŞİH-in mətbuat xidmətindən verilən məlumata görə, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Alahverdiyev, müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri, Binəqədi qəsəbəsinin ayrı-ayrı məhəllələrinin sakinləri, ağsaqqallar, həmçinin qonşu Biləcəri qəsəbəsinin nümayəndələri iştirak etmişlər.
Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır. Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov bildirmişdir ki, “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub”.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi Zakir Əliyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat vermişdir.
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən binəqədililər Bakı şəhərində, eyni zamanda, Binəqədi qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Maraqlı dialoq şəklində keçmiş görüşdə 39 nəfər sakin şıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdirilması, qəsəbədə yeni uşaq bağçası və məktəbin tikintisi və s. olmuşdur./“AzPolitika.info”/

Şərh yaz


20 Sentyabr 2019 Türkiyədən ABŞ-a xəbərdarlıq: B planımız da var!
18 Sentyabr 2019 Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
17 Sentyabr 2019 Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir
13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
12 Sentyabr 2019 ABŞ-la danışıqların mənası yoxdur - Ruhani
11 Sentyabr 2019 Əli Kərimli tədbirə niyə çağırılmayıb? - Açıqlama
09 Sentyabr 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
07 Sentyabr 2019 Sabah yağış yağacaq, külək əsəcək
07 Sentyabr 2019 Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədov açıqlama verdi
06 Sentyabr 2019 Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib
04 Sentyabr 2019 Əmlak Məsələləri Dövlət Komitəsindən "jurnalistlər binası -2"dəki kupça məsələsinə münasibət
03 Sentyabr 2019 Azərbaycan-Türkiyə birgə təlimlərinə helikopterlər də qoşuldu - FOTO/VİDEO
03 Sentyabr 2019 Yaxın Şərq qarışır: İranın aqibəti... - Ekspert
02 Sentyabr 2019 BMT İsrail və Livanı sülhə çağırır
30 Avqust 2019 "Relaks"da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA
29 Avqust 2019 “Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
29 Avqust 2019 MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı
28 Avqust 2019 Azərbaycan XİN: Nikol Paşinyan hüquqi baxımdan savadsızdır və yalana əl atır
27 Avqust 2019 Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!
27 Avqust 2019 Həftəsonu hava soyuyacaq, temperatur enəcək
24 Avqust 2019 BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT
24 Avqust 2019 Putin İlham Əliyevi parada dəvət etdi
22 Avqust 2019 Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş”
22 Avqust 2019 MN: MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib: Təyyarə yad cisimlə toqquşub
21 Avqust 2019 Pilotumuz son mənzilə belə yola salındı
21 Avqust 2019 Tramp Rusiyanı “Böyük səkkizliyə” qaytarmaq istəyir
20 Avqust 2019 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI
19 Avqust 2019 “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"

Xəbər lenti