.

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ölkəsində narazılıq böyüyür. Paşinyanı hakimiyyətə gətirmiş narazı kütlə ötən 1 ildə öz dolanışığında müsbətə doğru heç bir ciddi dəyişiklik hiss eləmədiyindən, artıq “demokrat” Paşinyandan da əlini üzməyə başlayıb.
Zaman-zaman yazdığımız kimi, istənilən xalqa yağlı vədlər verib hakimiyyətə gəlmək asandır, nəinki həmin vədləri tutmaq və hakimiyyətdə qalmaq. Nikol Paşinyan da istisna olmadı, olmayacaq. Üstəlik, Ermənistanın Dağlıq Qarabağa görə blokada və müharibə vəziyyətində olması onun durumunu ikiqat ağırlaşdırır. Belə vəziyyətdə sözsüz ki, “iqtisadi inqilab” vədi də boşa çıxacaqdı və çıxdı da. Nəticədə toplumda inqilabdan yana məyusluq artdı...
***** 
 Gevorq Poqosyan
Bu və digər səbəblərdən erməni cəmiyyətində Paşinyana etimad göstəricisi enməkdə davam edir. Son mötəbər rəy sorğularına görə (Gellup İnternational və başqaları), axır 6 ayda Nikol Paşinyanın reytinqi ən azı 20% düşüb. Erməni sosioloq Gevorq Poqosyan bunu postinqilab dönəmi üçün təbii hesab edir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am-a açıqlamasında deyib.
“Reytinq enməsi həqiqətən baş verib. O səbəbə ki, Pasinyandan gözləntilər olduqca böyük idi. Çox yuxarı blank qoyulmuşdu. Real həyatda isə ciddi dəyişikliklər hiss olunmur. Heç kəs öz gündəlik həyatında dəyişiklikləri hiss eləmir. Hətta əgər dəyişiklikıər varsa belə, adamlar hələ ki onu öz həyatında görmür. Bu, real mənzərədir”, - deyə o qeyd edib.
Sosioloq bunu normal hal saymasa da, baş verməsinin gözlənilən olduğunu bildirib: “Nədən ki, birincisi, post-inqilab dönəmlərində həmişə belə olur, çətinliklər yaranır. Bundan əlavə, çox böyük vədlər verilmşdi, gerçəkdə isə çox az şey dəyişib. Mən hələ neqativ məsələlərin olmasını demirəm: bu müddətdə inflyasiya qeydə alınıb, əmək haqlarında böyük dəyişikliklər baş verməyib və s. Elə problemlər var ki, həllini tapmadı, o cümlədən hətta o problemlər ki, baş nazir tərəfindən prioritet sayılırdı. Deməli, reytinqin enməsi gözlənilirdi. Adamlar real dəyişikliklər görmək istəyirlər”.
*****
Bu arada Paşinyan və arvadı Anna Akopyanın xarici səfərləri erməni mediasının sərt tənqid hədəfinə gəlib. Söhbət xüsusən də Paşinyanın Çinə təzəcə başa çatan iki günlük işgüzar səfərindən gedir. Ermənistan KİV-ləri bu uğursuz səfərin yekununu intensiv müzakirə edir.
“Bizim Çin səfəri barədə təəssüratımız Nikol Paşinyanın səfərlə bağlı şəkilləri və facebook-dakı statusları əsasında yaranıb. Paşinyan yazmışdı: ”Bizim tərəfdaşlar hə şeyi edirlər ki, biz unudulmaz təəssüratlarla Pekindən ayrılaq. Bu gün məni və Annanı 150 illik tarixi olan restorana Çin ördəyi dadmaq üçün dəvət etdilər. Çin qonaqpərvərliyi bizi valeh elədi". “Yeni Müsavat” xəbər verir ki, bu haqda “Qraparak” qəzetindəki məqalədə deyilir. Daha sonra hökumətin rəsmi xəbərlərində bildirilirdi ki, “Nikol Paşinyan bir sıra iri şirkətlərin təmsilçiləri ilə görüşüb. Ermənistanda müxtəlif investisiya proqramlarının reallaşması perspektivi və mümkünlüyü müzakirə edilib”.
Bu xüsusda erməni nəşri yazıb: “Əlbəttə ki, press-reliz yayğındır. Orada dəqiq deyilmir ki, hansı proqramlardan söhbət gedir. Biz isə həmin xəbərlərə, ələlxüsus Çin sərmayələrinin Ermənistana yatırılması ilə bağlı baş nazirin vədlərinə məmnuniyyətlə inanardıq, əgər bir ”əmma" olmasaydı. Məsələ ondadır ki, Paşinyanın Çinə apardığı hökumət nümayəndə heyətinin tərkibi tamam başqa şey deyir. Konkret onu deyir ki, Nikol Paşinyan və xanımı Çinə onlar üçün xoş olan və onlara qulluq edən böyük sayda adamlarla birgə, sadəcə, ölkəyə baxmaq, oranı gəzmək və əylənmək üçün gediblər. Nümayəndə heyətinin tərkibində iqtisadi, maliyyə, turizm, bütövlükdə konkret sferaların nümayəndələrindən başqa kimlər yoxdur? Yalnız bir istisna var - nəqliyyat naziri. Axı belə danışıqlar və anlaşmalar iqtisadiyyatdan elə də yaxşı baş açmayan baş nazir tərəfindən aparılmır və imzalanmır, deyək ki, iqtisadiyyat, sərmayə, maliyyə, kənd təsərrüfatı, investisiya siyasəti sahələri üzrə məmurlar tərəfindən aparılır - hansılar ki, nümayəndə heyətinin tərkibində yox idi".
Bəs tərkibdə əsasən kimlər olub?
“Qraparak”: “Rəsmi xəbərlərdə bildirilir ki, baş nazirlə birgə Çinə onun baş məsləhətçisi və köməkçisi, habelə aparatın protokol şöbəsinin rəisi, həmin şöbənin baş mütəxəssisi, protokol tədbirləri şöbəsinin məsul şəxsi, Xarici İşlər Nazirliyi dövlət protokol xidmətinin rəsmi səfərlər şöbəsinin attaşesi, baş nazir aparatının ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin baş mütəxəssisi, mətbuat katibi, 7 təhlükəsizlik əməkdaşı, üstəgəl, KİV təmsilçiləri və əlbəttə ki, Anna Akopyanın müşaviri və bərbəri. Adətən işgüzar səfərlər zamanı nümayəndə heyətinin tərkibində konkret sayda adamlar - sahə mütəxəssisləri olur, hansılar ki, öz ölkəsinin maraqları naminə gərgin qrafikdə işləyir. Və belə səfərlərə adətən həyat yoldaşlarını götürmürlər, nədən ki, iş və ailə səfərləri tam fərqli şeylərdir”.
*****
Ancaq Paşinyanı çox qınamağa da dəymir. Ermənistan özünün hazırkı miskin, Rusiyadan asılı və vassal durumu ilə, blokada vəziyyəti ilə hansı ciddi ölkə üçün maraq kəsb edə bilər ki? Odur ki, Paşinyan da fürsətkən arvadı Anna ilə birgə doyunca dünyanı gəzir. Avropadan vurub Çindən çıxır. Demək, Ermənistanda antiinqilab havası uzaqda deyil...  (musavat.com)

Şərh yaz


24 İyun 2019 İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi
23 İyun 2019 Zakir Qaralov rusiyalı həmkarı Yuri Çayka ilə görüşəcək
23 İyun 2019 Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır - RƏSMİ
20 İyun 2019 Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
20 İyun 2019 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
19 İyun 2019 Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
18 İyun 2019 Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi
18 İyun 2019 Mxitaryandan, Kardaşyandan az yazmaq lazımdır - Nazir
15 İyun 2019 Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilər
15 İyun 2019 Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
11 İyun 2019 Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
10 İyun 2019 Müdafiə naziri Naxçıvana gəlib
10 İyun 2019 Çox sayda ölən və itkin düşən var
10 İyun 2019 Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu
10 İyun 2019 Qazaxıstanın yeni prezidenti MƏLUM OLDU
07 İyun 2019 ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə ilk sanksiya
07 İyun 2019 Avtomobil dayanacağı mafiyası
05 İyun 2019 Zakir Həsənova “Şöhrət” ordeni verildi
04 İyun 2019 Türkiyəli hərbçilər Naxçıvana gəlib - FOTO/VİDEO
03 İyun 2019 Elmar Vəliyev haqqında ilginc gəlişmə: Keçmiş başçı bu dəfə həkimləri heyrətləndirdi...
03 İyun 2019  Azərbaycanda ilk dəfə Gənclərin İnternet İdarəçiliyi Forumu keçirilib
02 İyun 2019 “Xarici İşlər Nazirliyimiz dərhal Almaniya hökümətinə nota verməlidir"
31 May 2019 "Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" (FOTO)
30 May 2019 Azərbaycanlı məmurlar “Çelsi”-“Arsenal” matçında
29 May 2019 Zamirə Hacıyeva milyonları nəyə xərcləyib? - Siyahı
28 May 2019 Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili
25 May 2019 Ramil Səfərovu hədəfə alan Xədicə İsmayıla sərt- Reaksiya
25 May 2019 Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
24 May 2019 GƏRGİNLİK –Paşinyan və Qarabağ klanı
23 May 2019 Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq - Şərtlər

Xəbər lenti