.

Ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərinə müxtəlif xarici ölkələrin nümayəndələrinin, siyasi dairələrdə təmsil olunan şəxslərinin qanunsuz səfərlərini təşkil etməkdə davam edirlər. Qondarma “Dağlıq Qarabağ Respublikası”na səfərə gələnlər sırasında Almaniya nümayəndələri də var.
Erməni mətbuatının yazdığına görə, qondarma “respublika”nın “Xalq yığıncağı” təşkilatının sədr müavini Vaqram Valayan Almaniyadan olan “Almaniya üçün alternativ” adlı qrupun nümayəndələrini qəbul etdiyinə dair məlumat yayıb. Bu şəxslərin Almaniyanın federal və regional parlamentinin nümayəndələri olduğu bildirilir. Görüşdə Ermənistanın Baş naziri Paşinyanın “Mənim addımım” fraksiyasının üzvləri də iştirak ediblər.
Məlumata görə, 26 may tarixində Avropa Parlamentində keçirilən seçkilərlə bağlı Valayan gələn qonaqları təbrik edib və onların yerli parlamentdə möhkəmlənməsini alqışlayıb.
Maraqlıdır ki, qondarma rejimin təmsilçisi ilə görüşdə Almaniya ilə qondarma rejim arasındakı əlaqələrin perspektivindən də danışılıb, bu əlaqələrin zəruriliyi barədə fikir bildirilib. Nümayəndə heyətində təmsil olunan Stefan Konen qeyd edib ki, bundan sonra da “Artsax”la (qondarma “respublika”) Almaniya arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Qəribədir ki, bu şəxslərin qanunsuz olaraq bizim torpaqlara səfər etdikləri azmış kimi, onlar Xankəndidə Qarabağ müharibəsində ölən erməni əsgərlərinin xatirəsinə qoyulan abidəni də ziyarət ediblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı “Moderator.az”a bildirdi ki, Almaniyadan qondarma “respublika”ya səfər edən qrupun sərgilədiyi mövqe tamamilə əsassızdır. N.Orduxanlının sözlərinə görə, bu şəxslər Almaniyadakı erməni lobbisinin təsiri altında olan adamlardır və bu səfərdə də həmin xətlə təmsil olunurlar. Hansısa bir qrupun səsləndirdiyi fikirlərin Almaniya dövlətinin mövqeyi olmadığına inandığını deyən N.Orduxanlının bildirdiyinə görə, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. 
“Birincisi, bu səfər bütün diplomatik, demokratik qaydalara, prinsiplərə ziddir. Yəni Almaniya dövləti rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu şəxslərin Dağlıq Qarabağa səfəri hər şeydən əvvəl öz dövlətlərinə hörmətsizlik kimi qəbul edilməlidir. Onu da qeyd edim ki, qondarma rejimin “müstəqilliyini” bu gün Ermənistanın özü belə tanımayıb. Dağlıq Qarabağ bütün dünyada Azərbaycan ərazisi olaraq tanınmaqda və qəbul edilməkdədir. Onların bu hərəkəti həmin şəxslərin özfəaliyyətidir, bu, siyasətçiyə yaraşmayan bir hərəkətdir. Bu şəxslərin səfərini, burada etdiyi çıxışları Almaniyanın mövqeyi kimi qəbul etmək olmaz. Bu şəxslər bu addımı atmaqla öz dövlətlərinin qanunlarını ayaq altına atırlar”.
N.Orduxanlı hesab edir ki, bununla belə, Azərbaycan dövləti Almaniya vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərinə öz narazılığını bildirməli və bu barədə Almaniya dövlətinə etiraz edilməlidir. Həmin şəxslərin Azərbaycan üçün arzuolunmaz şəxs kimi elan edilməsinin də vacib olduğunu deyən N.Orduxanlının sözlərinə görə, o insanların mövcud hərəkətinə siyasi mənada qiymət verilməlidir. “Düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu istiqamətdə işlər aparır. İnanıram ki, bu addımlar susqunluqla qarşılana bilməz. Onlara qarşı qanunlara uyğun addımlar atılmalıdır və atılar da. Qondarma rejimlə “Almaniya üçün alternativ” adlı qrupun hansısa sahədə əməkdaşlığının baş verəcəyi inandırıcı görünmür, bu mümkün olmayan bir məsələdir. Tanınmayan qondarma rejimin hansısa bir müstəqil siyasi davranışının olması mümkünsüzdür. Almaniyanın bu qrupunun erməni lobbisinin təsiri altında olması şübhə doğurmur. Həmin siyasətçilər erməni lobbisinin təsirinə düşüblər. Bu insanlar bizim ölkənin ərazisinə qanunsuz səfər ediblər. Bu halda da dünyanın tanımadığı “DQR”ə səfər təşkil edilib və bu səfər üçün Azərbaycandan viza alınmayıb. O insanlar dərhal öz layiqli cəzalarını almalıdırlar. İnanıram ki, o şəxslər bundan sonra Azərbaycana gəlmək şansını birdəfəlik itirəcəklər. Bu səfər erməni diasporunun planlaşdırdığı bir səfərdir. Onlar bununla rəy yaratmaq istəyirlər ki, dünyanın inkişaf etmiş ölkələrindən olan Almaniyadan da deputatlar qondarma rejimə səfər edirlər. Bu, ermənilərin marağına birbaşa xidmət edən məsələdir. Biz bu halı qətiyyətlə pisləyirik və hesab edirik ki, Azərbaycan bu qanunsuz səfərlə bağlı Almaniyanın ölkəmizdəki səfirliyinə nota təqdim etməli, etirazını bildirməlidir” - deyə N.Orduxanlı vurğuladı.

Şərh yaz


24 İyun 2019 İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi
23 İyun 2019 Zakir Qaralov rusiyalı həmkarı Yuri Çayka ilə görüşəcək
23 İyun 2019 Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır - RƏSMİ
20 İyun 2019 Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
20 İyun 2019 Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
19 İyun 2019 Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
18 İyun 2019 Zakir Həsənov: Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi
18 İyun 2019 Mxitaryandan, Kardaşyandan az yazmaq lazımdır - Nazir
15 İyun 2019 Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə hər an başlaya bilər
15 İyun 2019 Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
11 İyun 2019 Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək
10 İyun 2019 Müdafiə naziri Naxçıvana gəlib
10 İyun 2019 Çox sayda ölən və itkin düşən var
10 İyun 2019 Misir Mərdanovun qardaşı yeni vəzifəyə təyin olundu
10 İyun 2019 Qazaxıstanın yeni prezidenti MƏLUM OLDU
07 İyun 2019 ABŞ-dan S-400-lərlə bağlı Türkiyəyə ilk sanksiya
07 İyun 2019 Avtomobil dayanacağı mafiyası
05 İyun 2019 Zakir Həsənova “Şöhrət” ordeni verildi
04 İyun 2019 Türkiyəli hərbçilər Naxçıvana gəlib - FOTO/VİDEO
03 İyun 2019 Elmar Vəliyev haqqında ilginc gəlişmə: Keçmiş başçı bu dəfə həkimləri heyrətləndirdi...
03 İyun 2019  Azərbaycanda ilk dəfə Gənclərin İnternet İdarəçiliyi Forumu keçirilib
31 May 2019 "Atanız evə gəlir", deyib şəhidin övladlarını məktəbdən evə göndərdik" (FOTO)
30 May 2019 Azərbaycanlı məmurlar “Çelsi”-“Arsenal” matçında
29 May 2019 Zamirə Hacıyeva milyonları nəyə xərcləyib? - Siyahı
28 May 2019 Azərbaycanda Respublika Günüdür - Cümhuriyyətin 101 ili
25 May 2019 Ramil Səfərovu hədəfə alan Xədicə İsmayıla sərt- Reaksiya
25 May 2019 Döyüşçü yoldaşından Nəcməddin Sadıkova özünəməxsus doğum günü TƏBRİKİ...
24 May 2019 GƏRGİNLİK –Paşinyan və Qarabağ klanı
23 May 2019 Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq - Şərtlər
23 May 2019 Erməni əsgərin anası telefonda nəyi etiraf etmişdi

Xəbər lenti