.

Politoloq: “Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət vasitəçilərin üzərinə düşür...”

 
Azərbaycan prezidenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyan arasında ötən ilin sentyabrında Düşənbə şəhərində görüş zamanı cəbhə xəttində atəşkəsə əməl olunması barədə razılaşmanı Ermənistan tərəfi artıq tamamilə pozub. Təkcə son 10 gündə baş verənlər bunun sübutudur.
Azərbaycan ordusunun mayor rütbəli tabor komandirinin snayperlə vurulması, cəmi bir neçə gün sonra ordumuzun əsgərinin şəhid edilməsi, Ermənistan müdafiə nazirinin azərbaycanlı əsgərin öldürülməsi əmrini şəxsən verdiyini bəyan edərək bu cinayəti həyata keçirən ermənini təltif etməsi, iki gün öncə Füzuli rayonu istiqamətində uçuş manevri eləyən Azərbaycan hərbi təyyarəsini ermənilərin raketlə vurmağa cəhd eləməsi son gündə baş verən hadisələrdir. Siyasi, hərbi ekspertlər hesab edir ki, Ermənistanın bu addımları iki ölkənin rəhbərləri arasında əldə edilmiş razılaşmanın, ümumiyyətlə isə uzun illərdir formal da olsa mövcud olan atəşkəs rejiminin aradan qalxması sayıla bilər.
Ermənistan tərəfi atəşkəs razılaşmalarını pozmaqla sülh danışıqlarının əhəmiyyətsiz olduğunu bir daha nümayiş etdirir, Minsk Qrupu və digər beynəlxalq qurumların bəyanatlarını da saya salmadığını göstərir.
Son 10 gündə Dağlıq Qarabağda digər ölkələrin daxilindəki separatçı qondarma respublikaların da iştirak etdiyi “Conİfa-2019" futbol yarışlarının keçirilməsi də münaqişənin sülh yolu ilə həll edilməyəcəyinə əyani sübut idi. Ermənilər Qarabağı qaytarmaq fikirlərinin olmadığını bu hadisə ilə bir daha sübut etdilər. Siyasi ekspertlər hesab edir ki, erməni rəhbərliyinin təxribat xarakterli davranışları haqqında ATƏT-in Minsk Qrupu başda olmaqla, bütün beynəlxalq təşkilatlara xəbərdarlıq edilməli və baş verənlər rəhbər tutularaq separatçı rejimə qarşı hərbi əməliyyatlara başlanmalıdır. Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə heç bir imkan yeri qoymadığı bəyan edilməlidir.
Milli Məclisin deputat Elman Nəsirov qeyd etdi ki, Ermənistan tərəfinin atəşkəs barədə razılaşmaları pozmasının arxasında müəyyən məqamlar dayanır: “Belə ki, Köçəryan-Sərkisyan bloku Nikol Paşinyanı münaqişənin həlli prosesində açıq xəyanətdə ittiham edərək söyləyirlər ki, o, yaxın zamanlarda münaqişənin həlli ilə bağlı Azərbaycanın xeyrinə addımlar atıb torpaqların Azərbaycana qaytarılmasına çalışır. Belə bir vəziyyətdə Paşinyan radikallaşır və kompromissiz siyasətçi olması ilə bağlı fon yaratmaq üçün münaqişənin həlli prosesində heç bir güzəştə getməyəcəyini bəyan edir. Paşinyan ona qarşı ünvanlanan əks çıxışları haqsız çıxarmaq üçün qoşunların təmas xəttində gərginliyin süni şəkildə artırılması ilə bağlı tapşırıqlar verib. Vəziyyətin gərginləşməsi bununla bağlıdır”.
E.Nəsirov hesab edir ki, vəziyyətin gərginləşməsində xarici amillərin də rolu var: “Bu məsələdə həmsədrlərin üzərinə çox böyük məsuliyyət düşür. Ermənistanın təxribatları ard-arda davam edir. Lakin həmsədrlər belə bir vəziyyətə adekvat münasibət ortaya qoymurlar. İşğalçının əməllərini kəskin tənqid edən, eyni zamanda onun üzərinə məsuliyyət qoyan davranış göstərmirlər. Ona görə də bu gün Nikol Paşinyan da Serj Sərkisyanın yolunu tutub. Erməni baş nazir törətdiyi cinayətlərə görə cəzasız qalacağını düşünür. Bu səbəbdən də məsuliyyətsiz və vəziyyəti gərginləşdirə biləcək addımlar atır. Nə qədər ki, vəziyyət daha da ağırlaşmayıb, Minsk Qrupu son dərəcə qətiyyətli və kəsərli mövqe ortaya qoymalıdır. Dağlıq Qarabağla bağlı yaranmış gərginlik müharibə riskini artırıb. Müharibə riski hər zaman var və daha da artmaqdadır. Bu gün hadisələrin inkişaf tendensiyasını təhlil etsək, bu qənaətə gəlmək olar ki, bir qığılcım müharibənin başlamasını real edə bilər. Hadisələrin bundan sonrakı inkişafına görə ən böyük məsuliyyət Ermənistanın, münaqişənin həlli missiyasını üzərinə götürən və heç bir real addım atmaq qabiliyyətinə malik omayan ATƏT-in Minsk Qrupunun üzərinə düşür”.
Bu arada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşün tarixi və yeri məlum olub. Azərbaycan XİN-in mətbuat xidməti idarəsindən Musavat.com-a bildirilib ki, nazirlər iyunun 20-də ABŞ-ın paytaxtı Vaşinqtonda görüşəcəklər. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Danışıqların əsas müzakirə mövzusunun son günlər təmas xəttində gərginliyin yaranması olacağını güman etmək olar. Lakin analitikləri fikrincə, nazirlərin keçirəcəyi görüşün də prosesə ciddi müsbət təsir edəcəyi ehtimalı çox azdır. Ermənistan dövlət başçılarının razılaşmasını pozursa, nazirlərin əldə edəcəyi hansısa razılaşmanın da təsirinin olmayacağı, qısa zamanda pozulacağı şübhəsizdir.(musavat.com)

Şərh yaz


20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan
14 İyul 2019 İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürdü
14 İyul 2019 Mehriban Əliyeva: "Ümummilli lider bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib"
14 İyul 2019 Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötür
13 İyul 2019 İlham Əliyevdən Makrona məktub
13 İyul 2019 Ordumuz Su-25-ləri havaya qaldırdı - Video
12 İyul 2019 Deputatdan bahalaşma ilə bağlı iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə MÜRACİƏT
11 İyul 2019 Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirildi - FOTOLAR
10 İyul 2019 Azərbaycanda daha bir məmurun oğlu İngiltərə vətəndaşlığı alıb
06 İyul 2019 Çox ciddi sosial paket təsdiqləndi - İlham Əliyev
04 İyul 2019 Zakir Qaralov Bakıya yeni hərbi prokuror təyin etdi
03 İyul 2019 “Yunis Səfərovu yeni “Gəncəbasar qisasçısı” elan etməyə tələsdilər” - Prezidentin köməkçisi
03 İyul 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
01 İyul 2019 Yeni nazirdən uğurlu addım: ilk dəfə… - Video
30 İyun 2019 KOREYA LİDERİ: TRAMPIN GÖRÜŞ TƏKLİFİ MƏNİ ÇOX TƏƏCCÜBLƏNDİRDİ
30 İyun 2019 ETSN: Havanın temperaturu ayın 29-u ilə müqayisədə 8-10 dərəcə aşağı enib
29 İyun 2019 "Prezidentin etimadını fəaliyyətimlə doğruldacam" - Vilayət Eyvazov
29 İyun 2019 “TRAMPI RUSLAR HAKİMİYYƏTƏ GƏTİRİB” – Eks-prezident Cimmi Karter
29 İyun 2019 SON DƏQİQƏ: Tramp bütün dünyaya elan etdi – Türkiyə S-400 və F-35-ləri…
27 İyun 2019 İlham Əliyevdən Vilayət Eyvazovla bağlı SƏRƏNCAM
27 İyun 2019 Regionda ən güclü orduya malikik - Nazir müavini
26 İyun 2019 İlham Əliyev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil hədiyyə etdi
24 İyun 2019 İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verdi

Xəbər lenti