.

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günündə Prezident İlham Əliyevin hədiyyəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 60 şəhid ailəsinə və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib. 

Asiya.info Report-a istinadən xəbər verir ki, mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq verilib. 
Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, dövlət başçısının uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın güclü orduya malik bir ölkə olmasının hər birimizdə sonsuz qürur hissi doğurduğunu vurğulayıb.
A.Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. 2019-cu il ərzində də təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılmasına, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib: "Dövlət sektorunda işləyənlərin də əməkhaqqıları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulmaqla bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil bu kateqoriyalardan olanlara təqdim edilib. Cari ildə isə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 60 mənzil hazırda təqdim edilir. Ümumilikdə, indiyədək Nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara 6714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edilibsə, cari ildə həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil təqdim edilib. Bununla indiyədək 6300-dək avtomobil müharibə əlillərinə təqdim edilib".
A.Kərimov yeni mənzillə təmin olunan vətəndaşları təbrik edərək onlara xoş arzularını çatdırıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, sosial təminatlarının gücləndirilməsindən, müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. 
İctimai təşkilatların rəhbərləri sosial sahədə atılan inqilabi addımların əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm uğurlara nail olmağa imkan verdiyini qeyd ediblər. Vurğulanıb ki, atılan bu addımlar, eyni zamanda Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin yeni mənzillərlə təmin edilməsi işlərinin ildən-ilə güclənməsi dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.
Sonra yeni mənzillərə baxış olub. Mənzillərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.

Şərh yaz


12 Noyabr 2019 Ərdoğanın ABŞ səfəri... - Amerikalı polkovnik terrorçularla müzakirə aparır
09 Noyabr 2019 Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
09 Noyabr 2019 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - VİDEO
08 Noyabr 2019 Tramp:«Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu"
08 Noyabr 2019 Prezident 9 Noyabr Bayraq günü münasibətilə video paylaşdı — VİDEO
08 Noyabr 2019 Generallar sərhədə getdi - Foto
04 Noyabr 2019 Baş prokurordan Əli Nağıyevin yerinə - YENİ TƏYİNAT
01 Noyabr 2019 Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu
01 Noyabr 2019 Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
01 Noyabr 2019 Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib
31 Oktyabr 2019 Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki...
31 Oktyabr 2019 Noyabra olan hava açıqlandı - Küləkli, yağıntılı…
30 Oktyabr 2019 "Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur" - Əli Həsənov
30 Oktyabr 2019 İsrailin Bakıdakı səfirliyi də işini dayandırdı
30 Oktyabr 2019 “ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR” – Ərdoğan ABŞ Nümayəndələr Palatasının qərarına münasibət
30 Oktyabr 2019 Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir
30 Oktyabr 2019 Oqtay Şirəliyev 3-cü istefa ərizəsini yazıb
27 Oktyabr 2019 “Kremldə 7 rayonun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir...”
27 Oktyabr 2019 Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı
26 Oktyabr 2019 19 oktyabr mitinqinin əsas məqsədi bu olub - Əli Həsənov
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
25 Oktyabr 2019 ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
25 Oktyabr 2019 ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə... - Ərdoğan
24 Oktyabr 2019 Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı
23 Oktyabr 2019 Elman Rüstəmov Baş Nazirin müavini gətirilir
23 Oktyabr 2019 Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi
23 Oktyabr 2019 Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”
23 Oktyabr 2019 Əli Əsədov köməkçiləri Natiq Əzizov və Tofiq Sarıcalinskini vəzifəsindən azad etdi.
21 Oktyabr 2019 Əliyevin çıxışından sonra Rusiyada iş başladı - Video
21 Oktyabr 2019 Prezident istefa ərizəsi yazan müavinləri qəbul edib

Xəbər lenti