.


"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın mənə göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacam".

Asiya.info DİN-ə istinadən xəbər verir ki, bu sözləri ​Daxili İşlər naziri Vilayət Eyvazov ​İyunun 29-da Daxili İşlər Nazirliyinin Polis Akademiyasında növbəti tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya ali diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib və göstərdikləri yüksək etimadı bundan sonrakı fəaliyyətində də doğrultmağa çalışacağını vurğulayıb.
Sonra o, Akademiyanın professor-müəllim heyətini, kursantları və onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik edib, bu polis ali təhsil müəssisəsinin daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında mühüm rol oynadığını, məzunlarının bir çoxunun ölkə miqyasında və nazirlik sistemində rəhbər vəzifələrdə xalqına, Vətəninə layiqincə xidmət etdiklərini, cinayətkarlıqla mübarizəyə, insan hüquq və azadlıqlarının təmini işinə dəyərli töhfələr verdiklərini məmnunluqla xatırladıb.
Daxili işlər orqanlarında xidmətin böyük vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, bilik, elm və təhsil tələb etdiyini vurğulayan Daxili İşlər naziri polisin professional səviyyəsini daim artırmasını bir vəzifə kimi qarşıya qoyan ümummilli liderimiz Heydər Əliyevin gələcəyə hesablanmış müvafiq tapşırıqlarının icrasının Akademiyanın inkişafında əhəmiyyətli rol oynadığını xüsusilə vurğulayıb.
​Nazir V.Eyvazov ölkəmizdə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər, Polis Akademiyasını da əhatə etdiyini, məhz dövlətin böyük diqqət və qayğısı sayəsində Akademiyanın da maddi-texniki bazasının gücləndiyini, təhsilin keyfiyyətinin yüksəldiyini qeyd edib.
Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran cənab V.Eyvazov ümidvar olduğunu bildirib ki, gənc zabitlər praktiki fəaliyyətdə masir tələblərə cavab verən, hüquqi və demokratik dövlət prinsiplərinə uyğun bilik və bacarığa yiyələnmək, yüksək hazırlıq səviyyəsinə nail olmaq üçün var qüvvə ilə çalışacaq, yüz ildən artıq tarixi, şanlı ənənələri olan Azərbaycan Polisinin fədakar və nəcib missiyasını, veteranlarımızın Vətənə və xalqa xidmət estafetini layiqincə davam etdirəcəklər. Sonra o, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edilib ki, demokratik dövlət quruculuğu yolunda irəliləyən Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır. ​General-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət bundan sonra da xalqımızın asayişinin, təhlükəsiz həyatının etibarlı qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсək, vətəndaşların əmin-amanlığını və qanunçuluğu etibarlı qoruyacaq.

Şərh yaz


16 Oktyabr 2019 Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
16 Oktyabr 2019 Paşinyanın vəd etdiyi “iqtisadi inqilab” yalnız onun və dostlarının həyatında öz əksini tapır
16 Oktyabr 2019 Keçmiş müdafiə nazirinə korrupsiya ittihamları
15 Oktyabr 2019 Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf
13 Oktyabr 2019 Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - VİDEO - FOTO - YENİLƏNİB-2
12 Oktyabr 2019 Rusiyalı hərbi ekspert: "MDB sammitində Qaregin Njde ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər tarixi həqiqətdir"
12 Oktyabr 2019 "Terrorizmlə mübarizə sahəsində səyləri yüksək qiymətləndiririk" — Əli Həsənov
11 Oktyabr 2019 İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
10 Oktyabr 2019 "Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 Türk komandosların hücum öncəsi videosu yayıldı
08 Oktyabr 2019 Gürcüstanın yeni Baş Naziri sabah Azərbaycana gəlir
08 Oktyabr 2019 “Əli Əsədovun çox böyük hörməti var”
07 Oktyabr 2019 Vilayət Eyvazov əsgər və hərbi qulluqçularla görüşdü
07 Oktyabr 2019 Mədəniyyət Nazirliyi:Gürcüstanla birlikdə “Keşikçidağ”da tədbirlər keçiriləcək
04 Oktyabr 2019 Əliyevin Soçidə...
04 Oktyabr 2019 İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
04 Oktyabr 2019 İlham Əliyevdən cavab: Qarabağ Azərbaycandır və nida! - Video
03 Oktyabr 2019 İlham Əliyev “Valday” Klubunun sessiyasında iştirak edir
01 Oktyabr 2019 Seyidov AŞPA-da iki erməninin cavabını belə verdi
28 Sentyabr 2019 “Araz Qara dənizə axar, Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..."-Buna nə ilə cavab verək?..
26 Sentyabr 2019 Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
26 Sentyabr 2019 Ərdoğandan şok açıqlama: "Nə Rusiya, nə də İran…"
25 Sentyabr 2019 Paşinyan İrəvanda Putinə şok “sürpriz” hazırlayır
24 Sentyabr 2019 İƏT Baş katibindən Ermənistana çağırış: Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxın
21 Sentyabr 2019 Rus ekspert: Ərdoğan doğru olanı etdi - Səudiyyə olayları
20 Sentyabr 2019 Türkiyədən ABŞ-a xəbərdarlıq: B planımız da var!
18 Sentyabr 2019 Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
17 Sentyabr 2019 Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir
13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"

Xəbər lenti