.



Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun biznesi Avropadan okeanın o tayına – Kanadaya qədər uzanır.

Avropada daşınmaz əmlak biznesi ilə məşğul olan cənab Eyyubov Kanadada əsasən səhiyyə biznesi ilə məşğul olur və bu ölkədə klinikaları var.

“Yeni Sabah” xəbər verir ki, jurnalist Cavanşir Həsənli Kanada hökumətinə aid saytda (https://opengovca.com/corporation/8989613) şirkətlərlə bağlı bölümdə Orxan Eyyubova aid CANADA LTD haqqında məlumat əldə edib.

898961-3 saylı federal şirkətlə bağlı bilgilərdə qeyd olunur ki, Canada Ltd (841992399RC0001 saylı biznes nömrə) 2014-cü ilin avqustun 15-dən Ontario əyalətinin Mississauga şəhərində fəaliyyət göstərir. Hazırkı ünvanı Mississauga, Burnhamthorpe Road West 900 / 50-dir.

Bu ünvan baş nazirin müavininin oğlunun Ontario əyalətindəki şəxsi klinikalarının birinin yerləşdiyi məkandır.

Şirkətə aid digər bir ünvan isə belədir: 201-1300 Cornwall Road Oakville Ontario. Bu adresdə də məxsus daha bir estetik klinika fəaliyyətdədir. Burda 185 kv metrlik ofisin dəyəri 2.2 milyon Kanada dollarınadır.

Məlumat üçün bildirək ki, daha əvvəl Eyyubova məxsus Canada LTD şirkəti 2155 Leanne Blvd 105, Mississauga, Ontario ünvanında fəaliyyət göstərmiş Henley Medical Clinic-i də idarə edib. Lakin 2017-ci ilin oktyabrında şirkət klinikanın qeyri-rentabelliyi ilə bağlı rəsmi qurumlara müraciət edib bə fəaliyyətini dayandırıb. Şirkətin qeydiyyat sənədlərində isə Orxan Eyyubovun özünün qeydiyyatda olduğu rezidensiya ünvanı 2114 Glenforest Crescent Oakville, ON L6J 2G4 CA göstərilir. Bu ünvandakı ev hal-hazırda satışa təqdim olunub 1.999.000 min Kanada dollarında (2,5 milyon manata) qiymətləndirilir. Bundan əvvəl ev 2.150.000 CAD-a təqdim olunub.

Orxan Eyyubov Britaniyadakı biznesi isə daha əvvəldən başlayıb. Belə ki, o, özünün ilk şirkətini UNIFOOD LIQUORS (UK) LIMITED-i hələ 2009-cu ilin iyunun 9-da İngiltərədə Berkshire-də qeydiyyatdan keçirib. O zaman Yaqub Eyyubovun oğlunun 27 yaşı vardı və Azərbaycan vətəndaşı idi. Şirkətin qeydiyyat ünvanı London, PRINCES GATE 55 göstərilib.

Sənədlərdən məlum olur ki, 2009-cu ildə Orxan Eyyubov Londonda CHEVAL PLACE 45 – 47 ünvanında qeydiyyatda olub. Bir il sonra Eyyubov 15A ROTHERFIELD ROAD HENLEY-ON-THAMES OXFORDSHIRE ünvanında sahib olduğu villaya qeydiyyata düşür. Əmlak qiymətləndirilməsi üzrə məlumatlarda villanın qiyməti 4 milyon 466 min funt sterlinq göstərilir.

2010-cu ilin maliyyə hesabatına görə Eyyubovun şirkətinin aktivləri cəmi 30.737 funt sterlinq olub. Hətta növbəti il bu rəqəm 29.521 funt sterlinqə düşür. 2012-ci ilin sentyabrın 6-da cənab Eyyubov şirkəti NEW CANADA CAPITAL LTD olaraq yenidən qeydiyyatdan keçirdi(qeydiyyat nömrəsi 06928393).

Şirkət profilini dəyişərək daşınmaz əmlak biznesi sahəsində fəaliyyət göstərməyə davam etdi. Həmin ilin sentyabrın 18-də şirkətin direktoru ilə bağlı təqdim edilən sənəddə artıq Yaqub Eyyubovun oğlu İngiltərə vətəndaşı kimi qeyd olunub.

Yəni anlaşılan odur ki, Orxan Eyyubov hələ 2012-ci ildə Britaniya vətəndaşlığına keçib. O zaman Yaqub Eyyubov Azərbaycan respublikasının baş nazirinin birinci müavini idi. Britaniya vətəndaşlığı alan Orxan Eyyubov həmin tarixdə həm də yeni ünvana daşınır: ONE FORBURY SQUARE THE FORBURY READING UNITED KINGDOM. Şirkətin aktivləri həmin azalaraq 17.736 funt sterlinqə düşür.

2013-cü ildə şirkət birdən-birə daşınmaz əmlak biznesinə iri vəsait yatırır və aktivləri 6 milyon 382 min 638 funt sterlinqə çatır. 2014-cü ilin aprelin 26-da Günay Bayramova adlı qadın şirkətin səhmdarlarından biri kimi rəsmiləşdirilir. 2014-cü ilin 8 dekabr tarixli maliyyə sənədlərinə görə NEW CANADA CAPITAL LTD-nin aktivləri 8 milyon 244 min 489 funt sterlinqə yüksəlir. 2015-ci ilin iyunun 23-də Orxan Eyyubov şirkətin tək səhmdarı olur.

Şərh yaz


16 Oktyabr 2019 Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
16 Oktyabr 2019 Paşinyanın vəd etdiyi “iqtisadi inqilab” yalnız onun və dostlarının həyatında öz əksini tapır
16 Oktyabr 2019 Keçmiş müdafiə nazirinə korrupsiya ittihamları
15 Oktyabr 2019 Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf
13 Oktyabr 2019 Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - VİDEO - FOTO - YENİLƏNİB-2
12 Oktyabr 2019 Rusiyalı hərbi ekspert: "MDB sammitində Qaregin Njde ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər tarixi həqiqətdir"
12 Oktyabr 2019 "Terrorizmlə mübarizə sahəsində səyləri yüksək qiymətləndiririk" — Əli Həsənov
11 Oktyabr 2019 İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
10 Oktyabr 2019 "Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 Türk komandosların hücum öncəsi videosu yayıldı
08 Oktyabr 2019 Gürcüstanın yeni Baş Naziri sabah Azərbaycana gəlir
08 Oktyabr 2019 “Əli Əsədovun çox böyük hörməti var”
07 Oktyabr 2019 Vilayət Eyvazov əsgər və hərbi qulluqçularla görüşdü
07 Oktyabr 2019 Mədəniyyət Nazirliyi:Gürcüstanla birlikdə “Keşikçidağ”da tədbirlər keçiriləcək
04 Oktyabr 2019 Əliyevin Soçidə...
04 Oktyabr 2019 İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
04 Oktyabr 2019 İlham Əliyevdən cavab: Qarabağ Azərbaycandır və nida! - Video
03 Oktyabr 2019 İlham Əliyev “Valday” Klubunun sessiyasında iştirak edir
01 Oktyabr 2019 Seyidov AŞPA-da iki erməninin cavabını belə verdi
28 Sentyabr 2019 “Araz Qara dənizə axar, Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..."-Buna nə ilə cavab verək?..
26 Sentyabr 2019 Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
26 Sentyabr 2019 Ərdoğandan şok açıqlama: "Nə Rusiya, nə də İran…"
25 Sentyabr 2019 Paşinyan İrəvanda Putinə şok “sürpriz” hazırlayır
24 Sentyabr 2019 İƏT Baş katibindən Ermənistana çağırış: Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxın
21 Sentyabr 2019 Rus ekspert: Ərdoğan doğru olanı etdi - Səudiyyə olayları
20 Sentyabr 2019 Türkiyədən ABŞ-a xəbərdarlıq: B planımız da var!
18 Sentyabr 2019 Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
17 Sentyabr 2019 Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir
13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"

Xəbər lenti