.

 

Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentlə bağlı AZƏRTAC-a müsahibə verib:

- Məlum olduğu kimi, iki gün əvvəl bir qrup şəxs Keşikçidağ mağaralar kompleksi ərazisində Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozaraq Azərbaycan sərhədçilərinə hücum edib, onları nalayiq ifadələrlə təhqir edib və güc tətbiq edərək silah-sursatlarını əllərindən alıblar. Bununla bağlı nə söyləyə bilərsiniz?

- Bəli, təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib. Güman edirəm ki, bu insidentin Gürcüstan Hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz ki, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.

-Bu günə qədər Keşikçidağ mağaralar kompleksi ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir. Bu barədə danışmağınızı xahiş edirik.

- Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır.

- Növbəti mərhələdə komissiyalar çərçivəsində hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Təəssüf hissi ilə qeyd etməliyəm ki, Gürcüstan və Azərbaycan komissiyalarının işində uzun fasilələr olub. Bu fasilələrə səbəb partnyorların tez-tez dəyişməsidir. Azərbaycan tərəfi komissiyaların iclaslarının davamlı və ardıcıl olması üçün səylər göstərib. Bu il mayın 23-24-də Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti 12-ci iclasda komissiyaların işçi qrupları səviyyəsində dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrinə yerində baxış və müvafiq ölçmə işlərinin aparılması barədə razılıq əldə olunub və tərəfimizdən bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsi təklif edilib. Həmin görüşün nəticələrinə görə, komissiyaların növbəti iclasının Gürcüstanda keçirilməsi nəzərdə tutulur.

 

Şərh yaz


20 Avqust 2019 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI
19 Avqust 2019 “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub
11 Avqust 2019 Güclü külək axşam saatlarınadək davam edəcək
09 Avqust 2019 Eldar Quliyev: “Kabinetdə oturan deputat, nazir camaatın etimadını qazana bilməz” - MÜSAHİBƏ
08 Avqust 2019 Ümumerməni oyunlarının baş sponsoru Rusiya holdinqi oldu...
08 Avqust 2019 “Biz torpaqlarımızı işğaldan azad etməliyik ki, “Paşolyan” kimilərin şouları qurtarsın...”
08 Avqust 2019 ABŞ-da ingilis qız, ardınca isə anası və iki bacısı
06 Avqust 2019 Paşinyanı “oynadan” nədir? - Təxribatçı çıxışın sirri
03 Avqust 2019 Gədəbəy rayonunun Şınıx bölgəsində asfalt örtüyü başa çatmaq üzrədir
03 Avqust 2019 Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində iştirak edib
02 Avqust 2019 Nazirlik tərəfindən bu il 900 nəfərə yaxın əlilliyi olan şəxsin istirahəti təşkil edilib
01 Avqust 2019 İlham Əliyev növbəti müjdəni verdi
31 İyul 2019 Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi – Təhlil
30 İyul 2019 İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı
27 İyul 2019 İlham Əliyev perulu həmkarını təbrik etdi
26 İyul 2019 İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
25 İyul 2019 Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub
25 İyul 2019 Ali Baş Komandanın tapşırığı ilə hərbi hissələrin yoxlanılması davam edir - VIDEO
23 İyul 2019 Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
22 İyul 2019 Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib
20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü

Xəbər lenti