.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Asiya.info xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaani, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırıb. Qonaq vurğulayıb ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Vəlid bin Məhəmməd Əl-Səmaani paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd edib. O, Bakıda azərbaycanlı həmkarları ilə görüşlərin uğurla keçdiyini, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu deyib.
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al-Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.

Şərh yaz


15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub
11 Avqust 2019 Güclü külək axşam saatlarınadək davam edəcək
09 Avqust 2019 Eldar Quliyev: “Kabinetdə oturan deputat, nazir camaatın etimadını qazana bilməz” - MÜSAHİBƏ
08 Avqust 2019 Ümumerməni oyunlarının baş sponsoru Rusiya holdinqi oldu...
08 Avqust 2019 “Biz torpaqlarımızı işğaldan azad etməliyik ki, “Paşolyan” kimilərin şouları qurtarsın...”
08 Avqust 2019 ABŞ-da ingilis qız, ardınca isə anası və iki bacısı
06 Avqust 2019 Paşinyanı “oynadan” nədir? - Təxribatçı çıxışın sirri
03 Avqust 2019 Gədəbəy rayonunun Şınıx bölgəsində asfalt örtüyü başa çatmaq üzrədir
03 Avqust 2019 Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində iştirak edib
02 Avqust 2019 Nazirlik tərəfindən bu il 900 nəfərə yaxın əlilliyi olan şəxsin istirahəti təşkil edilib
01 Avqust 2019 İlham Əliyev növbəti müjdəni verdi
31 İyul 2019 Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi – Təhlil
30 İyul 2019 İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı
27 İyul 2019 İlham Əliyev perulu həmkarını təbrik etdi
26 İyul 2019 İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
25 İyul 2019 Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub
25 İyul 2019 Ali Baş Komandanın tapşırığı ilə hərbi hissələrin yoxlanılması davam edir - VIDEO
23 İyul 2019 Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
22 İyul 2019 Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib
20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan

Xəbər lenti