.



“Milli Qəhrəman” adı çox müqəddəs bir fəxri addır. Bu ucalığa hər kəs sahib ola bilmir. Biz həmişə qürur hissi ilə deyirik ki, ana yurdumuzun müdafiəsi yolunda öz qanı və canı hesabına “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülən igid oğul və qızlarımız xalqımız tərəfindən fəxarət rəmzi kimi qəbul edilir. Onların qəhrəman əməllərindən həmişə mənəvi güc alırıq. Yaxşı haldır ki, bu gün gənclərimiz “Milli Qəhrəman” həyatını cəsurluq məktəbi kimi öyrənərək nümunəvi ömür yaşamağa cəhd edir və onların qəhrəmanlıq ənənələrini mərdanə surətdə həyata keçirmək üçün yeni yollar axtarırlar.

Təəssüf ki, yaşadığımız ötən keşməkeşli tariximizdə “Milli Qəhrəman” adını aldıqdan sonra bu adın cavabdehliyini itirən, müəyyən xətalara yol verən şəxslərə də təsadüf etmişik. Əlbəttə, bu cür hallar hər bir azərbaycanlıya çox ağır və sarsıdıcı təəssürat bağışlayır. Bu mənada həmin mənfi hərəkətləri nəzərə alaraq ictimai fikir aləmində həyəcan siqnalı qaldırmağın məqamı yetişmişdir. Həqiqətən heç kim fəxri ada zidd olan o acılığı yenidən yaşamaq niyyətində deyil. Axı, biz mərd və yurdkeş azərbaycanlılarıq. Vətəninə sadiq olan hər bir kəs o qisməti kimsəyə rəva görməz!

 Bu günlərdə “Milli Qəhrəmanlar müharibə istəyir” sərlövhəli  yazılarda bayaq sadaladığım məqamların havası duyulmaqdadır. Qarabağ münaqişəsinin həlli ilə bağlı üç Milli Qəhrəmanımızın ürək sözləri açıqlanır. Maşallah Abdullayevin və Mirzə Quliyevin fikir və mühakimələrində əks olunan bədbinlik hissləri yurd eşqi ilə döyünən ürəklərin müəyyən mənada ixtiyarsız olaraq yayılan harayı kimi qiymətləndirilə bilər. Zənnimizcə, Qarabağ münaqişəsinin həlli ilə bağlı onlar tərəfindən müharibə variantının yeganə yol kimi irəli sürülməsi də bir subyektiv rəy olaraq mənfi qəbul edilməməlidir.

Milli Qəhrəman Fəxrəddin Cəbrayılovun isə ağrılı düşüncələri, şəxsi narahatlığı və yurd həsrəti ilə yanaşı bəyan etdiyi irad obyektiv sayıla bilərmi?! Gəlin aydınlıq üçün onun sözlərini konkret sitat şəklində oxuyaq: “Bilirsiz mən kiməm? Mən ehtiyatda olan generalam. Mənim fikrim yalnız bir olub. Qarabağı yalnız müharibə yolu ilə almalıyıq. Ordunun başında isə işini bilən, peşəkar biri durmalıdır. Ondan sonra biz nəsə edə bilərik. Bizim xalqımız mərddir. Mən bunun Birinci Qarabağ müharibəsində şahidi oldum. Xalqım torpaqlarını qaytarmaq üçün canından keçməyə hazırdır. Sadəcə olaraq onların üstündə ağıllı, vətənini sevən biri olmalıdır. Mənim əslim Qubadlıdandır. Mənim atamın, anamın yurdu hazırda işğaldadır. Bacımın 5 yaşlı ölən uşağının qəbri hazırda Qubadlıdadır. O gün həmin 63 yaşlı bacım məndən soruşur ki, qardaş, mən gedib qızımın qəbrini ziyarət edə biləcəyəm, ya yox?! Bunu bilin ki, torpaqlarımızı birdəfəlik müharibə yolu ilə almaq lazımdır”.

Özünüz ağıllı nəticə çıxarın: Milli Qəhrəman ordunun başında işini bilən, peşəkar bir insanın durmasını vacib problem kimi önə çəkir. Bu fikri üstüörtülü deyil, açıq şəkildə bəyan edir. Ordu sıralarından korrupsiya həvəskarı kimi çıxarılan bir şəxs görün necə düşünür. Onun əməli ilə sözləri düz gəlirmi?! Fəxrəddin Cəbrayılovun mənfilikləri hərbçilərə yaxşı məlumdur.

Fəxrəddin müəllim, öz yaxın keçmişinizi yada salın, bir özünüz baxın kim idiniz və bu doğma ordumuz üçün nə etmişsiniz?!

Öz ata və ana yurdunun dərdini çəkən, doğma torpaqlarının azadlığı uğrunda müharibə arzusu ilə yaşayan şəxs, yaxud bir peşəkar hərbçi 1997-ci ildən Bakının isti göbəyində Qaradağ rayonunun Hərbi Komissarlığında heç qalardımı? Sizin orada 12 il ərzində çıxardığınız oyunlar haqqında dedi-qodular indiyədək səngimir. Törətdiyiniz çirkli əməllər, rüşvətxorluq və özbaşınalıq çoxuna aşkardır. Bunlar məgər doğma ana-ata yurdu sevgisindən irəli gələn hərəkətlərdir? O dövrdə sizinlə xidmət etmiş zabitlər arasında Teymur adlı şəxs, hüquqşünas Rəşad və sürücünüz Əziz sizin sədaqətli “maliyyə” vasitəçiləriniz idi və bu acı həqiqətlər heç kim üçün sirr deyil.
Ancaq bu deyilənlər hələ harasıdır! Fəxrəddin Cəbrayılovun Müdafiə Nazirliyinin Baş İnspeksiya rəisi vəzifəsində olan müddətdə yetərincə baş verən “qəhrəman” əməllərini qeyd etmək olar. Belə ki, gənc zabitlərə yardım göstərmək, onları öyrətmək, onlara Vətən uğrunda

düzgün yol göstərmək əvəzinə Fəxrəddin Cəbrayılov rəhbərlik etdiyi bölmə ilə onlarla hərbi hissə komandirinə qarşı əsassız cəza tədbirləri gördürsə də, səthi keçirilən yoxlama nəticələrini “qeyri-kafi” qiymətləndirsə də, sonradan həmin “çatışmazlıqları” rüşvət alaraq aradan qaldırmışdır. Bunun mənfi nəticəsidir ki, vaxtı ilə xidmət etdiyiniz dövrdə tabeliyinizdə olan üç zabitiniz hal-hazırda həbsxanadadır. Belə bir sual yaranır: bir rəis kimi sizin tabeliyinizdə olanlardan və onların törətdiyi əməllərdən xəbəriniz yox idimi? “Təmiz ürəklə vətəni sevən” bir şəxs kimi niyə tabeliyinizdə olanlara özünüzə xas olan cəhətləri aşılamamışsınız?

Lakin ədalətli olmaq sizə çətin əməl sayılırmış: sizin “yoxlamadan” keçənlərin əksəriyyəti deyir ki, yoxlama nəticələrinin “düzəldilməsi” üçün tərəfinizdən tələb olunan məbləğ yoxlama hədəfindən asılı idi: daha böyük bölmə daha çox çalışmalı, yəni daha böyük məbləğ ödəməli idi.

Uzaq keçmişiniz də heç parlaq deyil. Deyirlər ki, Fəxrəddin Cəbrayılov briqada komandiri olduğu illərdə heç vaxt ayıq olmamışdır. Murovdağ onu həmişə ön xətdə səndələyə-səndələyə yıxılan bir komandir kimi görmüş və peşəkar hərbçi kimi tanımamışdır. Bəli, söhbət uca dağlarımızdan gedir. Axı, ən yaxşı şahid dağlarımız deyilmi?! Məhz, bu səbəbdən də sizi idarə vəzifəsindən uzaqlaşdıraraq, ikinci dərəcəli vəzifəyə keçiriblər. Çünki şəxsi nizam-intizamı olmayan, özünü idarə etməyi bacarmayan hərbi qulluqçu heç vaxt tabelikdə olanları da idarə edə bilməz. Siz yaxşı şərab aşiqi və pul yığan komissar kimi ad qazanmış və ötən 12 il ərzində “ana-ata yurdunun” azad edilməsi həsrəti ilə biznesmen həyat tərzini sürmüşsünüz. Bu deyilənləri kim dana bilər?!  Əgər danılarsa, daha çox faktlar üzə çıxa bilər... Odur ki, ordu kontekstində qəti səhv etmək olmaz. Fəxrəddin Cəbrayılov vaxtında yəqin etsin ki, Milli Qəhrəman olaraq mənəvi cavabdehliyi itirmək halları onu müqəddəslik amalından kənarlaşdırma ehtimalını artırır.

Vətəndaş kimi kimliyindən, tutduğu vəzifənin böyük və ya kiçikliyindən, habelə aldığı mükafat və fəxri adlardan asılı olmayaraq hər kəs ordu anlamında yalnız obyektiv mövqe tutmalıdır. Ordumuz bizdən təcrid edilmiş bir qurum deyil. Ordu xalqın ordusudur. Onu şəxsi mənafe hədəfinə çevirmək nankorluq əlaməti sayılır. Biz daim fəxr etməliyik ki, xalqımız indi güclü orduya malikdir və ordumuzun başında yüksək dəyərli peşəkar komandirlər dururlar.

     Yol verdiyi utanc hərəkətlərə görə Fəxrəddin Cəbrayılova yalnız “ayıb olsun!” demək qalır. Məgər, onun dünya miqyasında ön mövqe tutan kamil ordumuzdan xəbəri yoxdur?! Yoxsa öz silahdaşlarını silkələyərək hövsələdən çıxarmaq istəyir. Əgər onlar öz sözünün məsuliyyətini dərk etməyən Milli Qəhrəmana keçdiyi yolları xatırlatsalar çox həqiqətlərin üstü açılacaq. Misal kimi sizin mənzil tələbinizi yada salmaq olar. Dövlətdən bir yox, iki mənzil tələb etdiyinizlə bağlı iddialardan da hamının xəbəri vardır.

    Öz çıxışımı Milli Qəhrəman adının çox müqəddəs bir fəxri ad olması fikri ilə başladım və bizi düşündürən həmin tezisə yenidən qayıdıram. 2016-cı il aprel döyüşləri məhz onu göstərmişdir ki, Azərbaycan Ordusunun mərd, döyüşkən, cəsarətli oğulları vardır. Xatırladıram ki, o əməliyyatları şəxsən Müdafiə naziri və Baş Qərargah rəisi şəxsən idarə edirdilər. Apreldə qazanılmış uğurumuza heç kəs şübhə ilə yanaşmır və bu müsbət münasibətin aydın təsdiqi cənab Prezident, Ali Baş Komandan tərəfindən ordumuza verilmiş yüksək qiymətdir. Siz isə öz çıxışınızda bu qiyməti şübhə altına qoyursunuz.

    Tarixən bir sıra görkəmli hərbi sərkərdələr, dahi şəxslər öz ləyaqətinə, ali rütbəsinə, mənliyinə və digər üstün hesab etdiyimiz mənəvi amillərə ləkə salındığı hallarda şəxsi və milli şərəfini qorumaq naminə özlərinə qəsd etmişlər ki, baş verən rüsvayçılıqla yaşamasınlar. Əslində bu ibrətamiz bir haldır. Axı, şərəfsiz yaşamağın nə mənası var?! Törədilən hallardan aydın olur ki, Fəxrəddin Cəbrayılov hələ ona dövlət tərəfindən verilmiş fəxri adın və ali rütbənin məsuliyyətini indiyədək dərk etməyib. Ola bilsin ki, özünün “general” olduğunu hələ də fərz etməkdədir.

 

Elşən VƏTƏNOĞLU

müharibə veteranı

Şərh yaz


15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub
11 Avqust 2019 Güclü külək axşam saatlarınadək davam edəcək
09 Avqust 2019 Eldar Quliyev: “Kabinetdə oturan deputat, nazir camaatın etimadını qazana bilməz” - MÜSAHİBƏ
08 Avqust 2019 Ümumerməni oyunlarının baş sponsoru Rusiya holdinqi oldu...
08 Avqust 2019 “Biz torpaqlarımızı işğaldan azad etməliyik ki, “Paşolyan” kimilərin şouları qurtarsın...”
08 Avqust 2019 ABŞ-da ingilis qız, ardınca isə anası və iki bacısı
06 Avqust 2019 Paşinyanı “oynadan” nədir? - Təxribatçı çıxışın sirri
03 Avqust 2019 Gədəbəy rayonunun Şınıx bölgəsində asfalt örtüyü başa çatmaq üzrədir
03 Avqust 2019 Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində iştirak edib
02 Avqust 2019 Nazirlik tərəfindən bu il 900 nəfərə yaxın əlilliyi olan şəxsin istirahəti təşkil edilib
01 Avqust 2019 İlham Əliyev növbəti müjdəni verdi
31 İyul 2019 Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi – Təhlil
30 İyul 2019 İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı
27 İyul 2019 İlham Əliyev perulu həmkarını təbrik etdi
26 İyul 2019 İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
25 İyul 2019 Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub
25 İyul 2019 Ali Baş Komandanın tapşırığı ilə hərbi hissələrin yoxlanılması davam edir - VIDEO
23 İyul 2019 Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
22 İyul 2019 Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib
20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan

Xəbər lenti