.

Gədəbəy rayonunun Ermənistanla sərhəd Şınıx bölgəsinin 13 kəndini birləşdirən avtomobil yollarının asfalt örtüyü vurulmaqla yenidən qurulması işləri başa çatmaq üzrədir.
Avtomobil Yolları Dövlət Agentliyi Novosaratovka-Qaravəllər avtomobil yolundan ayrılan və Şınıx bölgəsinin 27 kəndindən 13-nü əhatə edən həmin yolların çəkilişinə 2019-cu ilin yaz aylarından başlayıb. Yol çəkilişini podratçı qismində “1 saylı Yol İstismar İdarəsi” MMC həyata keçirir.
Bölgənin Qasımağalılar, Dördlər, İsalı, Arabaçı, Zamanlı, Mor-Mor və digər bir neçə kəndini birləşdirən torpaq yolun yenidən qurulması  işlərinə çoxsaylı texnika və işçi qüvvəsi cəlb olunub. Ümumi uzunluğu 24 kilometrdən çox yolun qrunt örtüyünün vurulması tamamilə başa çatdırılıb, asfalt işləri isə yolun üçdə ikisindən çox hissəində artıq görülüb. 4-cü texniki dərəcəyə uyğun yol layihəsi üçün 10 milyon manata yaxın vəsait ayrılıb, işlər yüksək keyfiyyətlə görülür, ikiqat asfalt örtüyü vurulur, zəruri yerlərdə suötürücülər qoyulur. Habelə bir körpü əsaslı təmir edilib, iki yeni körpü inşa olunub. O cümlədən Zamanlı kəndinin orta məktəbinə gedən və əsas kənd yolundan ayrılan 2 kilometrlik yol da şagirdlərin dərsə rahat gedib-gəlişi üçün yenidən qurulmaqdadır. İşlərin yaxın 1-2 aya tamamilə başa çatması gözlənilir.
Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev virtualaz.org-a bildirib ki, həmin yol layihəsi rayonda 2019-cu il ərzində həyata keçirilən ikinci kənd yolu layihəsidir və sakinlərin gediş-gəlişini xeyli asanlaşdırmaqla bərabər rayonun turizm potensialından daha yaxşı istifadə üçün də imkanlar yaradacaq.
“Bəlli olduğu kimi prezident İlham Əliyev tərəfindən respublikada kənd yollarının yenidən qurulması proqramı irəli sürülüb və bu proqram çərçivəsində təkcə 2018-ci ildə 600-dan yuxarı kəndi birləşdirən, ümumi uzunluğu 2 min kilometrdən çox olan yollar təmir edilib, asfaltlanıb. Əsasən il ərzində hər rayonda prioritet olaraq bir kənd yolu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur, amma sakinlərin, rayon rəhbərliyinin  müraciətləri əsasında,  Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşməsi, strateji əhəmiyyəti də nəzərə alınaraq rayonda iki kənd yolu layihəsi təsdiqləndi. Bunlardan biri başlanğıcını strateji əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolundan götürən, ümumi uzunluğu 23 kilometrə yaxın olan Arıqdan-Söyüdlü-Soyuqbulaq avtomobil yolu, digəri isə Novosaratovka-Qaravəllər avtomobil yolundan ayrılan və Şınıx kəndlərini əhatə edən həmin yol layihəsidir”,-icra hakimiyyətinin başçısı bildirib.
İbrahim Mustafayev qeyd edib ki, ötən il Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması mürəkkəb dağlıq relyefə, hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq tamamilə başa çatdırılıb. Hazırda rayonda kəndlərin qazlaşdırılması işləri davam etdirilir.
“Gədəbəy rayonunda qazlaşdırmanın səviyyəsi hazırda 70 faizdən yuxarıdır. Bu da rayonun mürəkkəb dağlıq relyefi nəzərə alınarsa kifayət qədər yüksək qazlaşdırma səviyyəsidir. Yol infrastrukturunun yenidən qurulması, qazlaşdırma rayonun turizm potensialından istifadə, yeni investisiyaların cəlb edilməsi və ümumilikdə sosial-iqtisadi inkişaf üçün fundamental şərtləri təmin edəcək”,-İ.Mustafayev əlavə edib.
Qeyd edək ki, Şınıx kəndlərinin sakinləri yolsuzluq problemi ilə əlaqəli ötən il prezident İlham Əliyevə, o cümlədən Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova həm də saytımız vasitəsilə müraciət etmişdilər. Göründüyü kimi sakinlərin müraciəti qısa vaxtda nəzərə alınıb və artıq Ermənistanla sərhəd bölgədə asfalt yolların çəkilməsi başa çatmaq üzrədir. Bu yol layihəsinin əhəmiyyəti həm də ondadır ki, ordumuzun bölmələrinin Ermənistanla sərhədin həmin istiqaməti boyu yerləşən döyüş mövqelərinə də hərbi təyinatlı avtomobil nəqliyyatının hərəkəti asanlaşacaq. Başqa sözlə, İlham Əliyevin kənd yollarının yenidən qurulması proqramı ən ucqar bölgələrdə, o cümlədən düşmənlə təmas xətti boyu kəndlərdə mənzərəni dəyişir, iqtisadi inkişaf və rifah gətirir.//Virtualaz.org

Şərh yaz


15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub
11 Avqust 2019 Güclü külək axşam saatlarınadək davam edəcək
09 Avqust 2019 Eldar Quliyev: “Kabinetdə oturan deputat, nazir camaatın etimadını qazana bilməz” - MÜSAHİBƏ
08 Avqust 2019 Ümumerməni oyunlarının baş sponsoru Rusiya holdinqi oldu...
08 Avqust 2019 “Biz torpaqlarımızı işğaldan azad etməliyik ki, “Paşolyan” kimilərin şouları qurtarsın...”
08 Avqust 2019 ABŞ-da ingilis qız, ardınca isə anası və iki bacısı
06 Avqust 2019 Paşinyanı “oynadan” nədir? - Təxribatçı çıxışın sirri
03 Avqust 2019 Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində iştirak edib
02 Avqust 2019 Nazirlik tərəfindən bu il 900 nəfərə yaxın əlilliyi olan şəxsin istirahəti təşkil edilib
01 Avqust 2019 İlham Əliyev növbəti müjdəni verdi
31 İyul 2019 Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi – Təhlil
30 İyul 2019 İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı
27 İyul 2019 İlham Əliyev perulu həmkarını təbrik etdi
26 İyul 2019 İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
25 İyul 2019 Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub
25 İyul 2019 Ali Baş Komandanın tapşırığı ilə hərbi hissələrin yoxlanılması davam edir - VIDEO
23 İyul 2019 Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
22 İyul 2019 Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib
20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan

Xəbər lenti