.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri zamanı yenidən sərsəm fikirlər səsləndirib. O, əvvəlcə söyləyib ki, Ermənistanda 1.5 milyon iş yeri yaradılmalıdır. Ardınca Ermənistanın ümumdaxili məhsulunun 15 dəfə artırmaqdan bəhs edib.
İşğalçı ölkənin baş naziri daha da irəli gedərək bildirib ki, Ermənistan hətta futbol üzrə dünya çempionu olmalıdır. Eyforiyaya qapılan Paşinyan bir qədər də irəli gedərək iddia edib ki, guya “Qarabağ - Ermənistandır”. Halbuki, o, bir gün öncə "Ermənistandan daha dövlət olmaz" kimi bəyanatla çıxış etmişdi. Bu dəfə Nikol daha sərsəm və daha gülünc çıxışı ilə gündəmə gəlməyi bacardı... 
Paşinyan nə istəyir və onu "oynadan" nədir? 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azvision.az -a şərhində diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən bir-birini təkzib edən açıqlamalar verir. Bu gün də eyni halın davam etməsi onun ciddi siyasətçi olmadığını və reallıqdan uzaq olduğunu göstərir.
"Paşinyan Dağlıq Qarabağ ermənilərinin ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə tərəf olmağını gündəliyə gətirdi, lakin beynəlxalq dəstək görmədi. İndi Xankəndində verdiyi bu açıqlamalar ilə beynəlxalq aləmə, xüsusən, Minsk Qrupuna göstərmək istəyir ki, ictimaiyyət bunu tələb edir və bu məsələdə mənim arxamdadır". C.Vəliyev deyib ki, dünənçi çıxış Paşinyanın məsələnin həllində ikinci mərhələdəki hədəfini ortaya qoyur: "Bildiyiniz kimi, Azərbaycan mərhələli həlli planını təklif edir. Yəni birinci mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı rayonlar azad edilsin və sonra Qarabağın statusu müəyyənləşsin. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət ola bilməz və Azərbaycanın suverenliyinə qayıtmalıdır. Paşinyan “Qarabağ Ermənistandır" deyərək erməni ictimaiyyətinə mesaj verməyə çalışır ki, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Lakin bir daha Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini ortaya qoyur. Düşünürəm ki, bu açıqlama Azərbaycana imkan verir ki, Ermənistan üzərində təzyiqləri artırsın". 
Şöbə müdiri vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən başlıca amildir: "Belə demək olar ki, Ermənistan müstəqillik əldə etdiyi tarixdən etibarən daxili və xarici siyasəti Dağlıq Qarabağ məsələsinin əsiri olub. Bu, əslində Ermənistanın bugünkü vəziyyətə düşməsi ilə nəticələnib. Daxildəki qruplar Qarabağ məsələsini radikallaşmış və millətçi kütlənin dəstəyini almaq və ya rəqibinə qarşı istifadə etmək üçün vasitə olaraq istifadə edir. Əslində Dağlıq Qarabağ məsələsinin həllinin qarşısında Ermənistan tərəfindən duran ən böyük maneələrdən biridir və erməni siyasətçilər bir tərəfdən erməni ictimaiyyətini Qarabağ məsələsində radikallaşdırır, digər tərəfdən Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə bunu bəhanə olaraq ortaya qoyur". C.Vəliyev qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Paşinyan üçün də daxili və xarici siyasətdə "ayaq bağı" olub: "Onun əleyhinə olan qüvvələr xaricdən aldıqları dəstəklə Paşinyana qarşı bunu istifadə edir. O da radikallaşmış və millətçi kütləni idarə etmək üçün belə açıqlamalar verir. Amma, nəticədə bilərəkdən və ya bilməyərəkdən onun əsirinə çevrilir. Bu isə erməni cəmiyyətində Dağlıq Qarabağ məsələsinin həllində gözləntiləri daha üst səviyyəyə çatdırır və məsələnin diplomatik yolla həllini çətinləşdirir. Paşinyan erməni ictimaiyyətini radikallaşdırmaq yerinə Dağlıq Qarabağın erməni klanının istifadə etdiyi ritorikanı dəyişdirərsə, həm özünə, həm də Ermənistana böyük yaxşılıq etmiş olar". \\Azvizion.az


Şərh yaz


15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub
11 Avqust 2019 Güclü külək axşam saatlarınadək davam edəcək
09 Avqust 2019 Eldar Quliyev: “Kabinetdə oturan deputat, nazir camaatın etimadını qazana bilməz” - MÜSAHİBƏ
08 Avqust 2019 Ümumerməni oyunlarının baş sponsoru Rusiya holdinqi oldu...
08 Avqust 2019 “Biz torpaqlarımızı işğaldan azad etməliyik ki, “Paşolyan” kimilərin şouları qurtarsın...”
08 Avqust 2019 ABŞ-da ingilis qız, ardınca isə anası və iki bacısı
03 Avqust 2019 Gədəbəy rayonunun Şınıx bölgəsində asfalt örtüyü başa çatmaq üzrədir
03 Avqust 2019 Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının açılış mərasimində iştirak edib
02 Avqust 2019 Nazirlik tərəfindən bu il 900 nəfərə yaxın əlilliyi olan şəxsin istirahəti təşkil edilib
01 Avqust 2019 İlham Əliyev növbəti müjdəni verdi
31 İyul 2019 Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi – Təhlil
30 İyul 2019 İki ölkə lideri İlham Əliyevə məktub ünvanladı
27 İyul 2019 İlham Əliyev perulu həmkarını təbrik etdi
26 İyul 2019 İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
25 İyul 2019 Müdafiə naziri hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında olub
25 İyul 2019 Ali Baş Komandanın tapşırığı ilə hərbi hissələrin yoxlanılması davam edir - VIDEO
23 İyul 2019 Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
22 İyul 2019 Prezident İlham Əliyev Misirin dövlət başçısını təbrik edib
20 İyul 2019 Belçikalıların Kralı Əlahəzrət Filipə
20 İyul 2019 FƏXRƏDDİN CƏBRAYILOVA YALNIZ “AYIB OLSUN” DEMƏK QALIR...
20 İyul 2019 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - YENİLƏNİB
19 İyul 2019 İlham Əliyev səudiyyəli nazirlə görüşdü
18 İyul 2019 Zakir Həsənov İranın Azərbaycandakı səfiri ilə görüşdü
18 İyul 2019 Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib
16 İyul 2019 Prezidentin xüsusi nümayəndəsi: Keşikçidağ hər zaman Azərbaycan ərazilərinə aid olub
16 İyul 2019 “Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan

Xəbər lenti