.
Azərbaycan ərazisində seperatçılar tərəfindən qurulan qondarma "Artsax Respublikası"nın adından hazırlanan sənəd BMT-nin rəsmi veb-səhifəsində (un.org) yerləşdirilib.

Asiya.info Yeniavaz.com-a istinadən xəbər verir ki, Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan tərəfindən qurumun Baş katibinə təqdim olunan və daha sonra da rəsmi veb-səhifədə yerləşdirilən memoranduma əlavəyə ("non paper") Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimin hazırladığı 2030-cu ilə kimi inkişaf planı daxil edilib. Sənəd BMT-nin irəli sürdüyü və 2030-cu ilədək nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçiriləmsi barədə "Artsax Respublikası"nın hesabatı adlanır.
Qeyd edək ki, BMT-nin rəsmi veb-səhifəsində (un.org) yerləşdirilən bu sənəddə Azərbaycan əleyhinə olduqca ağır ittihamlara yer verilib. Sənəddə Azərbaycanın "Artsax Respublikası"na hücum etməsi, onun inkişafına mane olması qeyd olunur. Daha sonra qeyd olunur ki, Azərbaycanın təhdidlərinə və təcavüzünə baxmayaraq "Artsax Respublikası" BMT-nin irəli sürdüyü Minilliyin İnkişaf Məqsədlərini həyata keçirməyə çalışır.
Məlumat üçün bildirək ki, bu hesabat qondarma "Artsax Respublikası"nın adından BMT-nin rəsmi səhifəsinə yerləşdirilən ilk sənəd deyil. Daha əvvəl də Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan "Artsax Respublikası" adından hazırlanan sənədi Baş katibə təqdim edib və həmin sənəd də rəsmi veb-səhifədə yerləşdirilib. 2018-ci ilin dekabr ayında qondarma "Artsax Respublikası"nın XİN-i tərəfindən hazırlandığı qeyd olunan və BMT rəsmi veb-səhifədə yerləşdirilən sənəddə iddia olunurdu ki, Azərbaycan 1991-ci ildə "Artsax Respublikası"na hücum edərək insanları girov götürüb. Guya Azərbaycan hakimiyyəti 640 dinc sakini qanunsuz həbs edib, onlardan 31 nəfərinə işgəncələr verilib və s.
Onu da bildirək ki, heç bir rəsmi mahiyyəti olmayan bu sənədlərdən ("non paper") diplomatlar yalnız təbliğat vasitəsi kimi istifadə edirlər.
Təəssüflə qeyd etmək lazımdır ki, BMT kimi nüfuzlu bir qurumun rəsmi veb-səhifədə "Artsax Respublikası"nı müstəqil dövlət kimi təqdim edib Azərbaycanın təcavüzkar kimi göstərilməsinə qarşı Azərbaycan XİN tərəfində indiyə kimi heç bir adekvat tədbir görülməyib.
Məsələ ilə bağlı XİN-in mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, Ermənistan BMT-də üzvlük haqqından sui istifadə edərək BMT-dəki nümayəndəsinin Baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb: "Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir. Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq".
Sənədin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:
https://undocs.org/en/A/74/282



Şərh yaz


17 Sentyabr 2019 Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir
13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
12 Sentyabr 2019 ABŞ-la danışıqların mənası yoxdur - Ruhani
11 Sentyabr 2019 Əli Kərimli tədbirə niyə çağırılmayıb? - Açıqlama
09 Sentyabr 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
07 Sentyabr 2019 Sabah yağış yağacaq, külək əsəcək
07 Sentyabr 2019 Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədov açıqlama verdi
06 Sentyabr 2019 Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib
04 Sentyabr 2019 Əmlak Məsələləri Dövlət Komitəsindən "jurnalistlər binası -2"dəki kupça məsələsinə münasibət
03 Sentyabr 2019 Azərbaycan-Türkiyə birgə təlimlərinə helikopterlər də qoşuldu - FOTO/VİDEO
03 Sentyabr 2019 Yaxın Şərq qarışır: İranın aqibəti... - Ekspert
02 Sentyabr 2019 BMT İsrail və Livanı sülhə çağırır
30 Avqust 2019 "Relaks"da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA
29 Avqust 2019 “Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
29 Avqust 2019 MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı
28 Avqust 2019 Azərbaycan XİN: Nikol Paşinyan hüquqi baxımdan savadsızdır və yalana əl atır
27 Avqust 2019 Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!
27 Avqust 2019 Həftəsonu hava soyuyacaq, temperatur enəcək
24 Avqust 2019 Putin İlham Əliyevi parada dəvət etdi
22 Avqust 2019 Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş”
22 Avqust 2019 MN: MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib: Təyyarə yad cisimlə toqquşub
21 Avqust 2019 Pilotumuz son mənzilə belə yola salındı
21 Avqust 2019 Tramp Rusiyanı “Böyük səkkizliyə” qaytarmaq istəyir
20 Avqust 2019 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI
19 Avqust 2019 “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub

Xəbər lenti