.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmaq cəhdi onun hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur. Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə".
Asiya.info "Report"-a istinadən xəbər verir ki,bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib. 
"Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilmişdir, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.
İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli "Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında" SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedura yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli proseduradan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.
Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərlərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.
Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki, bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır.
Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər", -XİN rəsmisi vurğulayıb. 

Şərh yaz


17 Sentyabr 2019 Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir
13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
12 Sentyabr 2019 ABŞ-la danışıqların mənası yoxdur - Ruhani
11 Sentyabr 2019 Əli Kərimli tədbirə niyə çağırılmayıb? - Açıqlama
09 Sentyabr 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
07 Sentyabr 2019 Sabah yağış yağacaq, külək əsəcək
07 Sentyabr 2019 Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədov açıqlama verdi
06 Sentyabr 2019 Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib
04 Sentyabr 2019 Əmlak Məsələləri Dövlət Komitəsindən "jurnalistlər binası -2"dəki kupça məsələsinə münasibət
03 Sentyabr 2019 Azərbaycan-Türkiyə birgə təlimlərinə helikopterlər də qoşuldu - FOTO/VİDEO
03 Sentyabr 2019 Yaxın Şərq qarışır: İranın aqibəti... - Ekspert
02 Sentyabr 2019 BMT İsrail və Livanı sülhə çağırır
30 Avqust 2019 "Relaks"da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA
29 Avqust 2019 “Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
29 Avqust 2019 MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı
27 Avqust 2019 Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!
27 Avqust 2019 Həftəsonu hava soyuyacaq, temperatur enəcək
24 Avqust 2019 BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT
24 Avqust 2019 Putin İlham Əliyevi parada dəvət etdi
22 Avqust 2019 Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş”
22 Avqust 2019 MN: MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib: Təyyarə yad cisimlə toqquşub
21 Avqust 2019 Pilotumuz son mənzilə belə yola salındı
21 Avqust 2019 Tramp Rusiyanı “Böyük səkkizliyə” qaytarmaq istəyir
20 Avqust 2019 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI
19 Avqust 2019 “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub

Xəbər lenti