.


Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov hərbi təlim zamanı həlak olan pilot Rəşad Atakişiyevin meyitinin tapılması prosesi barədə açıqlama verib.

Asiya.info-nun Trend-ə istinadən məlumatına görə, general-mayor Məhərrəm Həsənov təyyarənin “qara qutu”su və pilotun nəşinin axtarışlarının çox çətinliklə baş tutduğunu deyib.

O bildirib ki, hadisə haqqında məlumat alan kimi qəzanın baş verdiyi ehtimal edilən əraziyə toplaşıblar: “Dənizdə axtarış işlərinin öz spesifik xüsusiyyətləri var. Biz dövlət əhəmiyyətli bu mühüm tapşırığa ən bacarıqlı, yüksək hazırlığa malik dalğıcları cəlb etdik. Altı nəfər dalğıcın altısı da peşəkardır. Hər birinin beynəlxalq dərəcəli sertifikatı var və Türkiyədə Sualtı Hazırlıq Mərkəzində beynəlxalq dalğıc kursu keçib.

Əməliyyatın çətinliyi iki amillə bağlı idi. Qəza baş verən yer dəqiq məlum deyildi. Onun yerinin müəyyən edilməsində Hərbi Hava Qüvvələrinin böyük xidməti qeyd edilməlidir. Təyyarənin radardan itməsi anında onun istiqaməti, sürəti və uçuş hündürlüyü təyyarənin dənizə düşdüyü ərazini təxmin etməkdə əhəmiyyətli oldu”.

FHN rəsmisi əməliyyat zamanı üzləşdikləri çətinliklərdən də danışıb: “Axtarış böyük bir ərazidə aparılırdı. Bu işə Hərbi Dəniz Qüvvələrinin və ARDNŞ-nin gəmiləri də cəlb olunmuşdu. Buna baxmayaraq, qardaş Türkiyənin köməyindən də istifadə edilməsi qərara alındı. Hava şəraiti axtarışları normal aparmağa imkan vermirdi. Bəzən dalğanın hündürlüyü iki metrə çatırdı ki, bu da, sözün əsl mənasında, 20-23 metr dərinlikdə işləyən dalğıc üçün olduqca ciddi risk idi. Türkiyənin axtarış qrupunun texniki vasitələrindən də istifadə edildi.

Təxmini ərazidə ilk nişanələri gəmi heyəti aşkarladı. Bundan sonra dalğıclar həmin koordinata endirildi. İlk tapılan hissələr təsdiqlədi ki, axtarış üçün ərazi düzgün müəyyənləşdirilib. Əvvəlcə, dalğıclar təyyarənin kiçik bir hissəsini suyun üstünə çıxardılar. Bu, qanadın bir hissəsi idi və axtarışların uğurla davam etdirilməsində stimul oldu”.

M.Həsənov deyib ki, hava şəraitinə görə dalğıcların ciddi xəsarət alma ehtimalları da olub: “Suya endirilən robotlar su altında idarə olunmaqla 2 saatdan çox işləyə bilir. Robotun müəyyənləşdirdiyi obyekt haqqında məlumat aldıq. Mütəxəssislər o obyektin məhz “qara qutu” olduğunu qətiləşdirdilər. Həmin anlarda dənizdə güclü dalğa vardı. Dənizin sakitləşməsini gözləmək olmazdı. Sualtı axın “qara qutu”nu qeydə alındığı yerdən uzaqlaşdıra bilərdi. Son dərəcə təhlükəli bir şəraitdə gizir Elxan İsgəndərov suya endirildi. Elxanın “qara qutu”nu tapdığı məlumatını aldıq. Bu, olduqca böyük uğur idi. Yeri dəqiq bilinməyən ərazidə bu səviyyədə axtarış və bu qədər dəyərli bir tapıntı - əlbəttə ki, böyük nəticə idi. Axtarışlar pilotun tapılması istiqamətində davam etdirildi və polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapıldı”.

Xidmət rəisinin birinci müavini dalğıcların işini fədakarlıq kimi qiymətləndirib.

Şərh yaz


17 Sentyabr 2019 Paşinyanın məsuliyyətsiz davranışı gərginliyi artırır - Nazir
13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
12 Sentyabr 2019 ABŞ-la danışıqların mənası yoxdur - Ruhani
11 Sentyabr 2019 Əli Kərimli tədbirə niyə çağırılmayıb? - Açıqlama
09 Sentyabr 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
07 Sentyabr 2019 Sabah yağış yağacaq, külək əsəcək
07 Sentyabr 2019 Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədov açıqlama verdi
06 Sentyabr 2019 Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib
04 Sentyabr 2019 Əmlak Məsələləri Dövlət Komitəsindən "jurnalistlər binası -2"dəki kupça məsələsinə münasibət
03 Sentyabr 2019 Azərbaycan-Türkiyə birgə təlimlərinə helikopterlər də qoşuldu - FOTO/VİDEO
03 Sentyabr 2019 Yaxın Şərq qarışır: İranın aqibəti... - Ekspert
02 Sentyabr 2019 BMT İsrail və Livanı sülhə çağırır
30 Avqust 2019 "Relaks"da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA
29 Avqust 2019 “Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
28 Avqust 2019 Azərbaycan XİN: Nikol Paşinyan hüquqi baxımdan savadsızdır və yalana əl atır
27 Avqust 2019 Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!
27 Avqust 2019 Həftəsonu hava soyuyacaq, temperatur enəcək
24 Avqust 2019 BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT
24 Avqust 2019 Putin İlham Əliyevi parada dəvət etdi
22 Avqust 2019 Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş”
22 Avqust 2019 MN: MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib: Təyyarə yad cisimlə toqquşub
21 Avqust 2019 Pilotumuz son mənzilə belə yola salındı
21 Avqust 2019 Tramp Rusiyanı “Böyük səkkizliyə” qaytarmaq istəyir
20 Avqust 2019 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI
19 Avqust 2019 “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub

Xəbər lenti