.

“Hazırda “Relaks” istirahət mərkəzində vergi yoxlamaları davam edir. Eyni zamanda, istirahət mərkəzi normal qaydada fəaliyyətini davam etdirir”.

Asiya.info xəbər verir ki, bunu Modern.az-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov adıçəkilən istirahət mərkəzində aparılan vergi yoxlamalarına münasibət bildirərkən deyib.
İcra rəsmisi bildirib ki, vergi yoxlamalarını çox zaman yanlış anlayırlar:
“Vergi yoxlamaları həm də sənədləşmə işlərini qaydasına salır. Gələcək fəaliyyət üçün məsləhətlər verir. Ümumiyyətlə, vergi yoxlamasını çox vaxt yanlış anlayırlar. Elə bilirlər gəlib “biz deyəni etməlisən” deyirlər. Halbuki belə deyil. Bu işlərin mərkəzində profikaltika, maarifləndirici işlər də dayanır”.
Avqustun 18-də  Lerikdəki “Relaks” istirahət və turizm mərkəzində insident baş verib. 
Baş prokurorluq, Daxili İşlər və Vergilər nazirliklərinin insidentlə bağlı birgə məlumatında bildirlib ki, Vergilər Nazirliyi avqustun 16-da “Relaks” istirahət və turizm mərkəzində vergidənyayınma ehtimalı yüksək olan hallara qarşı vergi nəzarəti tədbirləri həyata keçirmək istəyib. Çünki faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərib.
Ancaq Vergilər Nazirliyiinin əməkdaşları obyektdən döyülərək qovulub. Baş verən hadisələrdə iştirak edən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, deputatın qardaşı oğlu Orxan Nərimanlı və digərləri həbs olunub.

Şərh yaz


13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
12 Sentyabr 2019 ABŞ-la danışıqların mənası yoxdur - Ruhani
11 Sentyabr 2019 Əli Kərimli tədbirə niyə çağırılmayıb? - Açıqlama
09 Sentyabr 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
07 Sentyabr 2019 Sabah yağış yağacaq, külək əsəcək
07 Sentyabr 2019 Uşaq pulu bərpa olunacaq? - Əli Əhmədov açıqlama verdi
06 Sentyabr 2019 Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib
04 Sentyabr 2019 Əmlak Məsələləri Dövlət Komitəsindən "jurnalistlər binası -2"dəki kupça məsələsinə münasibət
03 Sentyabr 2019 Azərbaycan-Türkiyə birgə təlimlərinə helikopterlər də qoşuldu - FOTO/VİDEO
03 Sentyabr 2019 Yaxın Şərq qarışır: İranın aqibəti... - Ekspert
02 Sentyabr 2019 BMT İsrail və Livanı sülhə çağırır
29 Avqust 2019 “Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
29 Avqust 2019 MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı
28 Avqust 2019 Azərbaycan XİN: Nikol Paşinyan hüquqi baxımdan savadsızdır və yalana əl atır
27 Avqust 2019 Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!
27 Avqust 2019 Həftəsonu hava soyuyacaq, temperatur enəcək
24 Avqust 2019 BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT
24 Avqust 2019 Putin İlham Əliyevi parada dəvət etdi
22 Avqust 2019 Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş”
22 Avqust 2019 MN: MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib: Təyyarə yad cisimlə toqquşub
21 Avqust 2019 Pilotumuz son mənzilə belə yola salındı
21 Avqust 2019 Tramp Rusiyanı “Böyük səkkizliyə” qaytarmaq istəyir
20 Avqust 2019 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI
19 Avqust 2019 “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub
11 Avqust 2019 Güclü külək axşam saatlarınadək davam edəcək

Xəbər lenti