.

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov uşaq pulunun bərpa olunması ilə bağlı məlumatlara münasibət bildirib.

Asiya.info Trend-ə istinadən xəbər verir ki, Ə.Əhmədov qeyd edib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir: “Ona görə də mən hesab edirəm ki, bu məsələyə ciddi şəkildə yanaşılmalıdır. Aztəminatlı ailələlərə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir və bura ünvanlı sosial yardımın verilməsi, müxtəlif müavinətlərin verilməsi aiddir. Uşaq pulları da bunlardan biri kimi tətbiq edilə bilər, amma mənim şəxsi fikrimdir ki, biz buna daha ciddi şəkildə, eyni zamanda ailələrin yaşayış şəraiti, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailələr var. Mən düşünmürəm ki, bu ailələrin uşaq puluna ehtiyacı var".
Baş nazirin müavini vurğulayıb ki, hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına məqsəd qoyub:
"Hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyaclarını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Ailələri ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq. Bu, daha düzgün yol ola bilər. O zaman hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərəcək. Əks halda biz bütün ailələrə yardım versək, onların hər hansı bir yenilik üçün düşünmək səyləri yəqin ki çox olmayacaq. Bütün dünyada inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaq, işlə təmin etmək faydalıdır”.

Şərh yaz


13 Sentyabr 2019 Ərdoğan: "Terrorçuların tutulması üçün nə lazımsa ediləcək"
12 Sentyabr 2019 ABŞ-la danışıqların mənası yoxdur - Ruhani
11 Sentyabr 2019 Əli Kərimli tədbirə niyə çağırılmayıb? - Açıqlama
09 Sentyabr 2019 Dövlətin milli maraqlar hər şeydən üstün olmalıdır - Əli Həsənov
07 Sentyabr 2019 Sabah yağış yağacaq, külək əsəcək
06 Sentyabr 2019 Türkiyədə "SOM-B2" qanadlı raketləri sinaqdan keçirilib
04 Sentyabr 2019 Əmlak Məsələləri Dövlət Komitəsindən "jurnalistlər binası -2"dəki kupça məsələsinə münasibət
03 Sentyabr 2019 Azərbaycan-Türkiyə birgə təlimlərinə helikopterlər də qoşuldu - FOTO/VİDEO
03 Sentyabr 2019 Yaxın Şərq qarışır: İranın aqibəti... - Ekspert
02 Sentyabr 2019 BMT İsrail və Livanı sülhə çağırır
30 Avqust 2019 "Relaks"da vergi yoxlamaları dayandı? - İcra hakimiyyətindən AÇIQLAMA
29 Avqust 2019 “Biz Rusiyaya elə-belə getmədik” - Ərdoğan
29 Avqust 2019 MiQ-29-un qalıqları necə tapıldı? - General danışdı
28 Avqust 2019 Azərbaycan XİN: Nikol Paşinyan hüquqi baxımdan savadsızdır və yalana əl atır
27 Avqust 2019 Rəsmi Bakıdan Mnatsakanyanın çıxışına sərt reaksiya: Vəziyyətin gərginləşməsini istəyirlər?!
27 Avqust 2019 Həftəsonu hava soyuyacaq, temperatur enəcək
24 Avqust 2019 BMT-dən ŞOK SƏNƏD - Dağlıq Qarabağ müstəqil respublika kimi təqdim olundu - FOTOFAKT
24 Avqust 2019 Putin İlham Əliyevi parada dəvət etdi
22 Avqust 2019 Əslində “Relax”da insdentə səbəb nə olub?- “Söyüş”
22 Avqust 2019 MN: MiQ-29-un qəzaya uğrama səbəbi müəyyən edilib: Təyyarə yad cisimlə toqquşub
21 Avqust 2019 Pilotumuz son mənzilə belə yola salındı
21 Avqust 2019 Tramp Rusiyanı “Böyük səkkizliyə” qaytarmaq istəyir
20 Avqust 2019 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI
19 Avqust 2019 “Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
13 Avqust 2019 Xəzərə düşən MİQ-29-un pilotunun qayınatası: "Xəbər almışıq, hadisə yerinə gedirik"
13 Avqust 2019 Nazir yeni tikilən hərbi hospitalda
13 Avqust 2019 İran xəbərdarlıq etdi – MÜHARİBƏ OLACAQ!
11 Avqust 2019 Gənc əsgərlərin andiçmə mərasimi olub
11 Avqust 2019 Güclü külək axşam saatlarınadək davam edəcək

Xəbər lenti