.

Mədəniyyət Nazirliyi “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Gürcüstan ilə birlikdə tədbirlər keçirməyi planlaşdırır.

Nazirlikdən bildirilib ki, bu ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunmuş “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib və tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində baş verib: “Yürüşün əsas məqsədi bu tarixi mədəni abidənin ortaq Avropa irsimiz olduğunu nümayiş etdirmək və onu qorumaq üçün səylərimizin gücləndiriliməsinə vurğu etməkdən ibarət olub. Azərbaycan tərəfi Gürcüstan ilə birlikdə hər iki ölkənin sərhədində yerləşən bu kimi abidələrin gələcəkdə həm YUNESKO, həm də digər formatlar çərçivəsində azərbaycan və gürcü xalqlarının mədəni dəyərinin nümunəsi kimi və iki xalq arasında tarixi mədəni körpü kimi təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır”.
Nazirlikdən bildirilib ki, qurum tərəfindən mütəmadi olaraq həm “Avropa İrs Günləri”, həm də “Ümumdünya Abidələrin qorunması” günü çərçivəsində bir çox qoruq və abidələrin ərazisində, xüsusilə də Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və digər qoruq ərazilərində təbliğat və təşviqat tədbirləri həyata keçirilir: “Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunur, mədəni irsimizin qorunmasına həsr olunmuş sərgilər açılır və s. Burada əsas məqsəd abidələrin qorunması, bu məsələdə vətəndaş dövlət həmrəyliyinin gücləndirilməsi, onların tarixi və dəyəri barədə ictimaiyyətin məlumatlandırılmasıdır. Azərbaycan və gürcü xalqlarının tarixi yaddaşı və mədəni irsi mehriban qonşuluq və dostluq ənənələrinə söykənir və bu əlaqələr bundan sonra da xalqlarımızın birliyi və tarixi-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə yüksək səviyyədə inkişaf edəcəkdir”.

Şərh yaz


18 Oktyabr 2019 "Ərdoğan çox böyük lider və zəki insandır, dünya Türkiyəyə qarşı ədalətli deyil" - Tramp
18 Oktyabr 2019 ABŞ Türkiyə anlaşmasının DETALLARI
18 Oktyabr 2019 Azərbaycan Müstəqillik Gününü qeyd edir
16 Oktyabr 2019 Prezidentdən nazirə: Niyə artım böyük deyil?
16 Oktyabr 2019 Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
16 Oktyabr 2019 Paşinyanın vəd etdiyi “iqtisadi inqilab” yalnız onun və dostlarının həyatında öz əksini tapır
16 Oktyabr 2019 Keçmiş müdafiə nazirinə korrupsiya ittihamları
15 Oktyabr 2019 Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf
13 Oktyabr 2019 Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - VİDEO - FOTO - YENİLƏNİB-2
12 Oktyabr 2019 Rusiyalı hərbi ekspert: "MDB sammitində Qaregin Njde ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər tarixi həqiqətdir"
12 Oktyabr 2019 "Terrorizmlə mübarizə sahəsində səyləri yüksək qiymətləndiririk" — Əli Həsənov
11 Oktyabr 2019 İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
10 Oktyabr 2019 "Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 Türk komandosların hücum öncəsi videosu yayıldı
08 Oktyabr 2019 Gürcüstanın yeni Baş Naziri sabah Azərbaycana gəlir
08 Oktyabr 2019 “Əli Əsədovun çox böyük hörməti var”
07 Oktyabr 2019 Vilayət Eyvazov əsgər və hərbi qulluqçularla görüşdü
04 Oktyabr 2019 Əliyevin Soçidə...
04 Oktyabr 2019 İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
04 Oktyabr 2019 İlham Əliyevdən cavab: Qarabağ Azərbaycandır və nida! - Video
03 Oktyabr 2019 İlham Əliyev “Valday” Klubunun sessiyasında iştirak edir
01 Oktyabr 2019 Seyidov AŞPA-da iki erməninin cavabını belə verdi
28 Sentyabr 2019 “Araz Qara dənizə axar, Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..."-Buna nə ilə cavab verək?..
26 Sentyabr 2019 Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
26 Sentyabr 2019 Ərdoğandan şok açıqlama: "Nə Rusiya, nə də İran…"
25 Sentyabr 2019 Paşinyan İrəvanda Putinə şok “sürpriz” hazırlayır
24 Sentyabr 2019 İƏT Baş katibindən Ermənistana çağırış: Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxın
21 Sentyabr 2019 Rus ekspert: Ərdoğan doğru olanı etdi - Səudiyyə olayları
20 Sentyabr 2019 Türkiyədən ABŞ-a xəbərdarlıq: B planımız da var!

Xəbər lenti