.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 5-də DİN-in Daxili Qoşunlarının Quba rayonunda yerləşən hərbi hissəsində olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əsgər və hərbi qulluqçular qarşısında çıxış edən V.Eyvazov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, ulu öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib. Ölkə Prezidenti İlham Əliyevin Daxili İşlər Nazirliyinin və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində müstəsna rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini vurğulayan nazir, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirildiyini, məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi, onun öncül qurumlarından olan Daxili Qoşunların müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunduğunu, şəxsi heyətin iş, eləcə də sosial-məişət şəraitinin ilbəil daha da yaxşılaşdığını bildirib.
Nazir qeyd edib ki, bu gün ölkəmizdə demokratik prinsiplər əsasında insan hüquqlarının təmin olunması, qorunub-saxlanılması istiqamətində mühüm işlər görülür. Vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi məqsədilə ölkə rəhbərliyinin dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi qarşısında qoyduğu konkret vəzifələrə uyğun olaraq, müvafiq qərarlar verilir, Nazirliyin rəhbərliyi tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşlar qəbul edilir, onların hər bir müraciəti üzrə lazımi tədbirlər görülür, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapır.
Şəxsi heyətə tapşırıq və tövsiyələrini verən nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının əməkdaşları, o cümlədən Daxili Qoşunların hərbi qulluqçuları göstərilən ali diqqət və qayğıya cavab olaraq sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz nümunəvi xidməti ilə cavab verəcək, qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.

Şərh yaz


18 Oktyabr 2019 "Ərdoğan çox böyük lider və zəki insandır, dünya Türkiyəyə qarşı ədalətli deyil" - Tramp
18 Oktyabr 2019 ABŞ Türkiyə anlaşmasının DETALLARI
18 Oktyabr 2019 Azərbaycan Müstəqillik Gününü qeyd edir
16 Oktyabr 2019 Prezidentdən nazirə: Niyə artım böyük deyil?
16 Oktyabr 2019 Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
16 Oktyabr 2019 Paşinyanın vəd etdiyi “iqtisadi inqilab” yalnız onun və dostlarının həyatında öz əksini tapır
16 Oktyabr 2019 Keçmiş müdafiə nazirinə korrupsiya ittihamları
15 Oktyabr 2019 Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf
13 Oktyabr 2019 Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - VİDEO - FOTO - YENİLƏNİB-2
12 Oktyabr 2019 Rusiyalı hərbi ekspert: "MDB sammitində Qaregin Njde ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər tarixi həqiqətdir"
12 Oktyabr 2019 "Terrorizmlə mübarizə sahəsində səyləri yüksək qiymətləndiririk" — Əli Həsənov
11 Oktyabr 2019 İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
10 Oktyabr 2019 "Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 Türk komandosların hücum öncəsi videosu yayıldı
08 Oktyabr 2019 Gürcüstanın yeni Baş Naziri sabah Azərbaycana gəlir
08 Oktyabr 2019 “Əli Əsədovun çox böyük hörməti var”
07 Oktyabr 2019 Mədəniyyət Nazirliyi:Gürcüstanla birlikdə “Keşikçidağ”da tədbirlər keçiriləcək
04 Oktyabr 2019 Əliyevin Soçidə...
04 Oktyabr 2019 İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
04 Oktyabr 2019 İlham Əliyevdən cavab: Qarabağ Azərbaycandır və nida! - Video
03 Oktyabr 2019 İlham Əliyev “Valday” Klubunun sessiyasında iştirak edir
01 Oktyabr 2019 Seyidov AŞPA-da iki erməninin cavabını belə verdi
28 Sentyabr 2019 “Araz Qara dənizə axar, Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..."-Buna nə ilə cavab verək?..
26 Sentyabr 2019 Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
26 Sentyabr 2019 Ərdoğandan şok açıqlama: "Nə Rusiya, nə də İran…"
25 Sentyabr 2019 Paşinyan İrəvanda Putinə şok “sürpriz” hazırlayır
24 Sentyabr 2019 İƏT Baş katibindən Ermənistana çağırış: Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxın
21 Sentyabr 2019 Rus ekspert: Ərdoğan doğru olanı etdi - Səudiyyə olayları
20 Sentyabr 2019 Türkiyədən ABŞ-a xəbərdarlıq: B planımız da var!

Xəbər lenti