.

“Bu gün Baş Nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu, çox yaxşı seçimdir”.

Asiya.info xəbər verir ki bu sözləri  Modern.az-a sabiq Baş Nazir Artur Rasizadə yeni Baş Nazir təyinatı barədə danışarkən deyib.

O bildirib ki, Baş Nazirlik heç də asan vəzifə deyil:

“Novruz müəllim də ötən iki il ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş Nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş  ta səhiyyə, təhsil, mədəniyyətə qədər... Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş Nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş Nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”. 

Artur Rasizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:

“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun bu gün istefa verəcəyi gözlənilir. 

N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə Əli Əsədov gətirilir.

Şərh yaz


18 Oktyabr 2019 "Ərdoğan çox böyük lider və zəki insandır, dünya Türkiyəyə qarşı ədalətli deyil" - Tramp
18 Oktyabr 2019 ABŞ Türkiyə anlaşmasının DETALLARI
18 Oktyabr 2019 Azərbaycan Müstəqillik Gününü qeyd edir
16 Oktyabr 2019 Prezidentdən nazirə: Niyə artım böyük deyil?
16 Oktyabr 2019 Ərdoğan ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməkdən imtina edib
16 Oktyabr 2019 Paşinyanın vəd etdiyi “iqtisadi inqilab” yalnız onun və dostlarının həyatında öz əksini tapır
16 Oktyabr 2019 Keçmiş müdafiə nazirinə korrupsiya ittihamları
15 Oktyabr 2019 Ermənistan belə quruldu və… - Rus ekspertdən şok etiraf
13 Oktyabr 2019 Yaponiyada "Haqibis" qasırğası 14 nəfərin ölümünə səbəb olub - VİDEO - FOTO - YENİLƏNİB-2
12 Oktyabr 2019 Rusiyalı hərbi ekspert: "MDB sammitində Qaregin Njde ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər tarixi həqiqətdir"
12 Oktyabr 2019 "Terrorizmlə mübarizə sahəsində səyləri yüksək qiymətləndiririk" — Əli Həsənov
11 Oktyabr 2019 İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
10 Oktyabr 2019 "Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya "Qarabağ Azərbaycandır" olmalıdır"
10 Oktyabr 2019 Əli Həsənov: "Bakı ilə Moskva arasındakı münasibətlər yüksəlişdədir"
09 Oktyabr 2019 Türk komandosların hücum öncəsi videosu yayıldı
08 Oktyabr 2019 Gürcüstanın yeni Baş Naziri sabah Azərbaycana gəlir
07 Oktyabr 2019 Vilayət Eyvazov əsgər və hərbi qulluqçularla görüşdü
07 Oktyabr 2019 Mədəniyyət Nazirliyi:Gürcüstanla birlikdə “Keşikçidağ”da tədbirlər keçiriləcək
04 Oktyabr 2019 Əliyevin Soçidə...
04 Oktyabr 2019 İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
04 Oktyabr 2019 İlham Əliyevdən cavab: Qarabağ Azərbaycandır və nida! - Video
03 Oktyabr 2019 İlham Əliyev “Valday” Klubunun sessiyasında iştirak edir
01 Oktyabr 2019 Seyidov AŞPA-da iki erməninin cavabını belə verdi
28 Sentyabr 2019 “Araz Qara dənizə axar, Qarabağ Azərbaycanın tərkibinə daxil olmaz..."-Buna nə ilə cavab verək?..
26 Sentyabr 2019 Nazirlərin Keçikçidağ müzakirəsi - XİN açıqlama yaydı
26 Sentyabr 2019 Ərdoğandan şok açıqlama: "Nə Rusiya, nə də İran…"
25 Sentyabr 2019 Paşinyan İrəvanda Putinə şok “sürpriz” hazırlayır
24 Sentyabr 2019 İƏT Baş katibindən Ermənistana çağırış: Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxın
21 Sentyabr 2019 Rus ekspert: Ərdoğan doğru olanı etdi - Səudiyyə olayları
20 Sentyabr 2019 Türkiyədən ABŞ-a xəbərdarlıq: B planımız da var!

Xəbər lenti