.

Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəyə başlamasından bir il yarım keçdi, ancaq hər çıxışında xüsusilə vurğuladığı iqtisadi inqilab gerçəkləşmir, üstəlik, əksinə hazırkı proseslər onun vəd etdiyi iqtisadi inqilabın yaxınından belə keçmir.
      N.Paşinyan keçən il parlamentdəki çoxluğun onu narahat etdiyinə dair özünə haqq qazandırmağa çalışsa da, 2018-ci ilin dekabr seçkilərindən sonra belə bir bəhanələr gətirəməyə haqqı artıq qalmayıb. 

Ermənistan hökuməti müxtəlif göstəricilərlə irəliləyiş olduğunu və bu il üçün 7% iqtisadi artım proqnozu ilə göstərməyə çalışsa da, bu artım əhalinin həyatında öz əksini tapmır. Buna görə də erməni xalqı statistikaya şübhə ilə yanaşır və ölkənin iqtisadi artımının sadəcə göz oxşayan rəqəmdən başqa bir şey olmadığını anlayır. Xüsusilə, İrəvanda ən əsas narahatlıq yaradan amil yeni İş yerlərinin yaradılmamasıdır. Hökumət zaman-zaman yeni iş yerlərinin yaradılmasına dair bəzi məlumatlar verir, amma bu göstəricilər reallığı əks etdirmir. Real vəziyyət belədir ki, 2019-cu ildə Ermənistanda iş axtaranların yalnız 1 faizi iş tapa bilib. 46,400 işsiz Ermənistanı tərk edib, təbii ki, buna səbəb vətəndaşların ölkəsində iş tapa bilməməsidir.

Hökumət işçilərin müəyyən bir hissəsinin əmək haqlarını bir qədər artırmaqla problemi həll edə bilmir, çünki əmək bazarının digər hissəsində eyni vaxtda “azaldılma və optimallaşdırılma” da mövcuddur. Məsələn, bir tərəfdən müəllimlərin məvacibləri bir az artırılsa da, digər tərəfdən internat məktəbləri bağlanır ki, bu kimi addımlar işsizlərin sayını artırır. Maraqlıdır ki, iqtisadiyyata yeni təkan verməsi gözlənilən investisiyalar yoxdur.

Xarici sərmayəçilər bu bir il yarım ərzində Ermənistanda maliyyə vəsaitləri yatırımlarına maraq göstərmirdilərsə, Ermənistan iqtisadiyyatının tezliklə diqqətini cəlb etməsi ehtimalı azdır. Lakin Ermənistanın investorlara daha cəlbedici olması üçün hökumətin hansı addımları atmalı olduğu hələ məlum deyil.
Bundan əlavə, Amulsar qızıl mədəninin inkişafı perspektivi, qazın qiymətinin artması ilə bağlı gözləntilər, Yuxarı Lars keçid məntəqəsindəki yığımlar və Rusiya Dəmir Yollarının Ermənistan bazarından çıxma ehtimalı ilə əlaqədar hazırda Ermənistan iqtisadiyyatı üçün bir çox risklər mövcuddur.
2019-cu ilin yanvar-avqust ayları üçün makroiqtisadi rəqəmlərin təhlili göstərir ki, iqtisadiyyatın çox cüzi şəkildə böyüməsi əsasən turizm, emal sənayesi, dağ-mədən məhsulları və avtomobil satışları hesabına baş vermişdir.
Turizm baxımından, Rusiyanın Gürcüstana uçuşları dayandırması bir sözlə Gürcüstandakı hadisələr Ermənistana kömək etdi, bu da Ermənistana turist axınını nisbətən artırdı, lakin görülən bütün tədbirlərə rəğmən turizmin müsbət inkişafının davam etdiriləcəyinə zəmanət yoxdur. Digər tərəfdən, avtomobillərin idxalına dair rəqəmlərə etibar etməyə ehtiyac yoxdur və avtomobillərin idxalı gələn ilin yanvarında dayandırılacaqdır.
Emal sənayesində və mədən sənayesində qeydə alınan artım qalmaqdadır, bu, inqilabi dəyişiklikləri reallığa çevirmək üçün kifayət deyil.Beləliklə, mövcud çətinlikləri nəzərə alaraq, gələn il üçün Ermənistan iqtisadiyyatında böyük müsbət dəyişikliklərin olacağını gözləmək utopyadan başqa bir şey deyil. Ələlxüsus, ölkə iqtisadiyyatında monopoliyanın hökm sürməsi və korrupsiya hallarının artması Paşinyanın bəhs etdiyi “iqtisadi inqilab”ın reallaşmayacağının bariz nümunəsidir. “İqtisadi inqilab” dan bəhs edən Paşinyan ev təmiri, xarici səfərlərə yollanarkən şəxsi təyyarənin sifariş verilməsi, yeni zirehli maşının alınması və layihələrin əksəriyyətinin qızına verilməsi, nəşriyyat evinin rəhbəri olan dostuna maliyyə yardımlarının ayrılması kimi hallar ölkədə korrupsiyaya daha geniş meydan açmış olur. 

Ehtiram Aşırlı-Analitik

Şərh yaz


12 Noyabr 2019 Ərdoğanın ABŞ səfəri... - Amerikalı polkovnik terrorçularla müzakirə aparır
09 Noyabr 2019 Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
09 Noyabr 2019 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - VİDEO
08 Noyabr 2019 Tramp:«Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu"
08 Noyabr 2019 Prezident 9 Noyabr Bayraq günü münasibətilə video paylaşdı — VİDEO
08 Noyabr 2019 Generallar sərhədə getdi - Foto
04 Noyabr 2019 Baş prokurordan Əli Nağıyevin yerinə - YENİ TƏYİNAT
01 Noyabr 2019 Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu
01 Noyabr 2019 Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
01 Noyabr 2019 Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib
31 Oktyabr 2019 Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki...
31 Oktyabr 2019 Noyabra olan hava açıqlandı - Küləkli, yağıntılı…
30 Oktyabr 2019 "Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur" - Əli Həsənov
30 Oktyabr 2019 İsrailin Bakıdakı səfirliyi də işini dayandırdı
30 Oktyabr 2019 “ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR” – Ərdoğan ABŞ Nümayəndələr Palatasının qərarına münasibət
30 Oktyabr 2019 Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir
30 Oktyabr 2019 Oqtay Şirəliyev 3-cü istefa ərizəsini yazıb
27 Oktyabr 2019 “Kremldə 7 rayonun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir...”
27 Oktyabr 2019 Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı
26 Oktyabr 2019 19 oktyabr mitinqinin əsas məqsədi bu olub - Əli Həsənov
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
25 Oktyabr 2019 ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
25 Oktyabr 2019 ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə... - Ərdoğan
24 Oktyabr 2019 Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı
23 Oktyabr 2019 Elman Rüstəmov Baş Nazirin müavini gətirilir
23 Oktyabr 2019 Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi
23 Oktyabr 2019 Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”
23 Oktyabr 2019 Əli Əsədov köməkçiləri Natiq Əzizov və Tofiq Sarıcalinskini vəzifəsindən azad etdi.
21 Oktyabr 2019 Əliyevin çıxışından sonra Rusiyada iş başladı - Video
21 Oktyabr 2019 Prezident istefa ərizəsi yazan müavinləri qəbul edib

Xəbər lenti