.


“Bu gün Azərbaycanda iqtidarının bütün prosesləri nəzarət altında saxladığı və hökumətin iradəsindən kənar hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı”.

Bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində yazıb:
“Yəqin ki, 2003-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərindən sonra İlham Əliyevin möhtəşəm qələbəsi ilə barışmayan radikal müxalifətin şəhərin mərkəzi küçələrində törətdiyi dağıntıları, meydanları əsl döyüş səhnəsinə çevirmək cəhdlərini yaxşı xatırlayırsınız. O zaman qanun keşikçilərinin həyata keçirdiyi ciddi tədbirlər və öz səsini qorumağa qalxan vətəndaşların dəstəyi ilə bütün anti-demokratik hərəkətləкin qarşısı alındı, təşkilatçılar qanun qarşısında cavab verdi və radikal ovqatlı müxalif düşərgə ciddi iflasa uğradı. O hadisədən 16 il keçsə də, nə bəhs etdiyimiz həmin radikal müxalifətin siması, nə də ki, onların təşkil etdiyi aksiyaların xarakteri qətiyyən dəyişməyib.
Bəllidir ki, Bakı Şəhər İcra Hakimiyyəti “milli şura” adlanan bu antidövlət qurumunun və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq verdi və müvafiq olaraq yer ayırdı. Təəssüf ki, təşkilatçılar icazəli mitinqdən imtina edərək, qarşıdurma yolu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdilər. Onların belə destruktiv hərəkətlərinin nəticəsi olaraq, bu gün bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu. Bircə onu qeyd etmək yerinə düşər ki, Bakı Nəqliyyat Agentliyi 14 marşrutun istiqamətini dəyişdirməyə məcbur oldu ki, bu da təxminən 200 min vətəndaşın rahatlığının pozulması deməkdir. Bakı Metropoliteninin “28 May” stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi və diskomfort yaşamağa məcbur oldu. Avtomobil nəqliyyatının hərəkətində yaranmış problemlər, həmin ərazidə yaşayan insanların istirahətinin tam pozulması və radikal qrupların digər qeyri-qanuni əməlləri nəticəsində yaranmış başqa problemlər vətəndaşlarımıza həm fiziki, həm də mənəvi cəhətdən ciddi problemlər yaşatdı. Bəs bunun hesabını kim ödəməlidir? Bu qanunsuzluğa, özbaşınalığıa görə kim məsuliyyət daşımalıdır?
Xatırlatmaq istərdim ki, aksiyadan bir neçə gün qabaq təşkilatçılar və potensial iştirakçılar müvafiq qurumlara dəvət olunaraq xəbərdar edilmişlər. Lakin həmin insanlar polis şöbələrindən çıxan kimi, sevincək halda sosial şəbəkələrdə statuslar paylaşır, barələrində heç bir ölçü götürülmədiyini qeyd edir və oktyabrın 19-da təyin etdikləri qeyri-qanuni aksiyaya qoşulacaqlarını bildirirdilər. Təəssüf ki, onlar başa düşmədilər və təşkilatçılar da belələrinə başa salmadılar ki, müvafiq xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi artıq birbaşa cinayət məsuliyyəti doğuran haldır və buna görə cavab vermək lazım gələcək.
Beləliklə, oktyabrın 19-da “milli şura” və AXCP-nin hakimiyyətə “diş qıcayaraq”, “əzələ nümayiş etdirmək istəyi”, ən əsası, israrla tez-tez təkrarlanan “xalq bizimlədir” tezisini rəhbər tutaraq Bakı şəhərində inqilabi ssenari reallaşdırmaq cəhdi, yuxarıda qeyd etdiyim fəsadlardan əlavə, həm də onunla nəticələndi ki:
1. Əli Kərimlinin o zaman əsas rəhbərlərdən biri olduğu Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin səriştəsizliyi və anti-milli siyasi ambisiyaları ucbatından 1992-1993-cü illərdə Azərbaycanın uçurumun kənarına necə gətirildiyini və yalnız ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində fəlakətdən necə xilas edildiyini yaxşı xatırlayan xalqımız 2003 və 2019-cu ilin oktyabr aylarında bu dağıdıcı ünsürlərin yenidən ölkədə sabitliyi pozaraq, aranı qarışdırmaq və öz antimilli ambisiyalarını reallaşdırmaq istiqamətindəki cəhdlərini birmənalı şəkildə baykot etdi və ona layiq olduğu yerini göstərdi.
2. Xalqımızın dağıdıcı müxalifətin ölkəni yenidən qarışdırmaq cəhdlərinə qarşı nümayiş etdirdiyi münasibət bir daha təsdiq etdi ki, bu xalq 2003-cü ilin oktyabrında olduğu kimi, 2019-cu ilin oktyabrında da Prezident İlham Əliyevi Azərbaycan dövlətçiliyinin əsas qarantı, milli maraqlarımızı yüksək səviyyədə ifadə edən və xalqın iradəsini hər şeydən üstün tutan lider kimi ciddi dəstəkləyir, ona alternativ görmür, dövlət başçısına etimad və güvəni hədsizdir, öz rəhbərinin arxasında sona qədər dayanmağa hazırdır.
3. Vətəndaşlarımızın dağıdıcı müxalifətin bugünkü aksiya cəhdinə münasibəti nümayiş etdirdi ki, bu xalq Prezident İlham Əliyevin başdan-başa yenilədiyi və qüdrətli dövlətə çevirdiyi Azərbaycanın yenidən 1990-cı illərin təhlükəli riskləri və eksperimentləri ilə üz-üzə qoyulmasna heç zaman imkan verməyəcək.
4. Bugünkü aksiyanın digər maraqlı tərəfi ondan ibarət oldu ki, uzun müddətdir sosial şəbəkələrdə reklam aparılması, əhalinin israrla küçə və meydanlara dəvət olunması, mitinqdə yüz minlərin qoşulacağı barədə boğazdan yuxarı iddialara baxmayaraq, radikal qruplar müxtəlif nöqtələrdən 10-15 nəfərlik lokal qrupları səfərbər edərək Milli Bankın qabağına cəmi 100-150 nəfər çıxara bildi. Qeyri-qanuni aksiya cəhdi sosial şəbəkələrdə “xalq iqtidardan bezib”, “bu xalqın mitinqidir”, “xalq haqqını tələb etmək üçün meydanlarda olacaq” hayqıran Əli Kərimli və tərəfdarlarının, əslində, heç bir ictimai dəstəyə malik olmadıqlarını və dediklərinin yalnız ucuz piar xarakteri daşıdığını əyani şəkildə təsdiqlədi.
5. Müxalifətin qeyri-qanuni 19 oktyabr aksiyasının qarşısının qətiyyətlə alınması həm də Azərbaycan iqtidarının nə qədər güclü, monolit olduğunu, xalq tərəfindən birmənalı şəkildə necə dəstəkləndiyini, dövlət orqanlarının funksionallığının yüksək səviyyəsini, xüsusən hüquq mühafizə orqanlarının, polisin peşəkarlığını, hakimiyyətin bütün hadisələri, prosesləri nəzarət altında saxladığını və idarə etdiyini, onun iradəsindən kənar, xalqın maraqlarına uyğun olmayan hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyünü nümayiş etdirdi.
6. Bu aksiyanın nəticəsi bir daha göstərdi ki, “milli şura” adlanan quruma və AXCP adlı partiyaya rəhbərlik edən şəxslər və onların ətrafındakı bir ovuc radikallar 25 ildən artıq bir dövrdə xarici anti-Azərbaycan dairələrin təhriki ilə anti-milli fəaliyyət sürdürmüş, Azərbaycanın siyasi tarixində yalnız qeyri-etik qalmaqlallarla, daxili didişmələrlə, qopma və parçalanmalarla yadda qalmış və qeyri-konstruktiv müxalifət imici qazanaraq özü-özünü fəlakətin bir addımlığına gətirmişdir. Bu da onu göstərir ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyatını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz. Deməli, hakimiyyət uğrunda sivil mübarizə apara bilməyən belə radikal, dağıdıcı müxalifətlə nə iqtidar-müxalifət dialoqu aparmaq mümkündür, nə də onların bundan sonrakı dövrdə ölkənin siyasi səhnəsində qalması Azərbaycanın gələcək siyasi palitrası üçün yaxşı heç nə vəd etmir”.
“Qafqazinfo” 
 

Şərh yaz


18 Noyabr 2019 Bu, doğrudan da tarixi nəaliyyətdir - İlham Əliyev
18 Noyabr 2019 Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri nə vəd edir?-Şərh
16 Noyabr 2019 Rusiya Prezidenti Türkiyəyə gedəcək
14 Noyabr 2019 Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video
14 Noyabr 2019 Nazarbayevin qızı İrəvana getdi
14 Noyabr 2019 Paşinyandan müəmma: Qarabağın həllindəki bu prinsip...
12 Noyabr 2019 Ərdoğanın ABŞ səfəri... - Amerikalı polkovnik terrorçularla müzakirə aparır
09 Noyabr 2019 Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
09 Noyabr 2019 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - VİDEO
08 Noyabr 2019 Tramp:«Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu"
08 Noyabr 2019 Prezident 9 Noyabr Bayraq günü münasibətilə video paylaşdı — VİDEO
08 Noyabr 2019 Generallar sərhədə getdi - Foto
04 Noyabr 2019 Baş prokurordan Əli Nağıyevin yerinə - YENİ TƏYİNAT
01 Noyabr 2019 Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu
01 Noyabr 2019 Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
01 Noyabr 2019 Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib
31 Oktyabr 2019 Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki...
31 Oktyabr 2019 Noyabra olan hava açıqlandı - Küləkli, yağıntılı…
30 Oktyabr 2019 "Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur" - Əli Həsənov
30 Oktyabr 2019 İsrailin Bakıdakı səfirliyi də işini dayandırdı
30 Oktyabr 2019 “ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR” – Ərdoğan ABŞ Nümayəndələr Palatasının qərarına münasibət
30 Oktyabr 2019 Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir
30 Oktyabr 2019 Oqtay Şirəliyev 3-cü istefa ərizəsini yazıb
27 Oktyabr 2019 “Kremldə 7 rayonun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir...”
27 Oktyabr 2019 Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı
26 Oktyabr 2019 19 oktyabr mitinqinin əsas məqsədi bu olub - Əli Həsənov
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
25 Oktyabr 2019 ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
25 Oktyabr 2019 ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə... - Ərdoğan
24 Oktyabr 2019 Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı

Xəbər lenti