.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib. 
Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.
Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.
Yekun Sənəddə dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş Sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.
Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: “Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu.
Yekun Sənəddə deyilir: “Üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Bakı Sammiti çərçivəsində oktyabrın 24-25-də ilk dəfə olaraq Qoşulmama Hərəkatı Gənclər Sammitinin təşkil olunmasını alqışlayır və dayanıqlı tərəqqinin təmin edilməsi sahəsində çağırışlar barədə və onların cavablandırılmasına yönəlmiş birgə səylərə dair üzv dövlətlərin gəncləri arasında fikir mübadiləsinin aparılmasına imkan yaradan Gənclər Şəbəkəsinin yaradılmasını dəstəkləyirlər”.
Dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar.
Yekun Sənədə Azərbaycanın təklifi ilə aşağıdakı bəndlər daxil edilib:
Dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlər üçün, o cümlədən onların təhlükəsiz və ləyaqətli geri qayıdışı və insan hüquqlarının təmin edilməsi, qorunması sahəsində davamlı həll yollarının təşviqində üzv dövlətlərin başlıca məsuliyyəti olduğunu təsdiqlədilər. Bundan başqa, dövlət və hökumət başçıları Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş “Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasına töhfəsini qiymətləndirdilər.
Azərbaycan xalqı və hökumətinə təşəkkür və həmrəylik Sənədində deyilir: “Biz, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşü zamanı göstərdikləri yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürümüzü bildiririk. Biz, həmçinin Prezident İlham Əliyevi Qoşulmama Hərəkatının tarixi Sammitinin uğurlu keçməsi üçün sərgilədiyi liderliyə görə təbrik edirik. Biz, dövlət və hökumət başçıları Azərbaycan Respublikasının Hərəkatın təməl prinsiplərinə, o cümlədən Bandunq Prinsiplərində əks olunan ideya və məqsədlərə, həmçinin BMT-nin Nizamnaməsində əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini yüksək qiymətləndiririk. Biz çoxtərəfliliyin təbliği, ədalət və bərabərhüquqlu beynəlxalq düzənə əsaslanan dinc və inkişaf edən dünyanın təşəkkül tapması istiqamətində Azərbaycan Respublikasının yorulmaz səylərini də alqışlayırıq. Biz, dövlət və hökumət başçıları Azərbaycanın müxtəlifliyə hörmət və qarşılıqlı anlaşmanın təşviq olunması sahəsində səylərini təqdir edirik. Bu xüsusda, Azərbaycan Prezidentinin rəhbərliyi ilə başlanmış və mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi “Bakı Prosesi”nin töhfəsini yüksək qiymətləndiririk. Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Oxu.Az

Şərh yaz


18 Noyabr 2019 Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri nə vəd edir?-Şərh
16 Noyabr 2019 Rusiya Prezidenti Türkiyəyə gedəcək
14 Noyabr 2019 Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video
14 Noyabr 2019 Nazarbayevin qızı İrəvana getdi
14 Noyabr 2019 Paşinyandan müəmma: Qarabağın həllindəki bu prinsip...
12 Noyabr 2019 Ərdoğanın ABŞ səfəri... - Amerikalı polkovnik terrorçularla müzakirə aparır
09 Noyabr 2019 Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
09 Noyabr 2019 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - VİDEO
08 Noyabr 2019 Tramp:«Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu"
08 Noyabr 2019 Prezident 9 Noyabr Bayraq günü münasibətilə video paylaşdı — VİDEO
08 Noyabr 2019 Generallar sərhədə getdi - Foto
04 Noyabr 2019 Baş prokurordan Əli Nağıyevin yerinə - YENİ TƏYİNAT
01 Noyabr 2019 Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu
01 Noyabr 2019 Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
01 Noyabr 2019 Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib
31 Oktyabr 2019 Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki...
31 Oktyabr 2019 Noyabra olan hava açıqlandı - Küləkli, yağıntılı…
30 Oktyabr 2019 "Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur" - Əli Həsənov
30 Oktyabr 2019 İsrailin Bakıdakı səfirliyi də işini dayandırdı
30 Oktyabr 2019 “ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR” – Ərdoğan ABŞ Nümayəndələr Palatasının qərarına münasibət
30 Oktyabr 2019 Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir
30 Oktyabr 2019 Oqtay Şirəliyev 3-cü istefa ərizəsini yazıb
27 Oktyabr 2019 “Kremldə 7 rayonun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir...”
26 Oktyabr 2019 19 oktyabr mitinqinin əsas məqsədi bu olub - Əli Həsənov
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
25 Oktyabr 2019 ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
25 Oktyabr 2019 ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə... - Ərdoğan
24 Oktyabr 2019 Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı
23 Oktyabr 2019 Elman Rüstəmov Baş Nazirin müavini gətirilir
23 Oktyabr 2019 Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi

Xəbər lenti