.



İclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev və MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edirlə
Əvvəlcə iclas iştirakçıları xatirə şəkli çəkdiriblər.

İclasda çıxış edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə edərək bildirib ki, xalqlarımızın dostluğu və ümumi irsi Azərbaycanda yüksək qiymətləndirilir. Nazir MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasına görə təşəkkürünü ifadə edib.Asiya.info


Tədbirin səmərəli keçəcəyinə və münasibətlərimizin gələcək inkişafına xidmət edəcəyinə əminliyini bildirən general-polkovnik Zakir Həsənov deyib: “Ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, işbirliyinin yeni perspektivlərini müəyyən edəcək, habelə ölkələrimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
Fürsətdən istifadə edərək, iclasın təşkilində göstərdikləri səylərə və dəyərli yardıma görə MDB Müdafiə Nazirləri Şurasının Katibliyində çalışan həmkarlarımıza minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, Azərbaycanda olmaqdan məmnun qalacaq, Bakı ilə daha yaxından tanışlıq və bu gün ölkəmizdə baş verən müsbət dəyişiklikləri yaxından izləmək imkanı əldə edəcəksiniz. Ölkələrimiz naminə qarşıda duran məsuliyyətli və mühüm məsələlərin həllində hər kəsə uğurlar və səmərəli iş arzu edirəm”.
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu iclasın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib.
O bildirib ki, MDB Müdafiə Nazirləri Şurasının fəaliyyəti çoxsahəli hərbi əməkdaşlığın inkişafına davamlı töhfələr verir. MDB ölkələrinin Müdafiə nazirlərinin hər bir görüşü üzv dövlətlərin hərbi əməkdaşlığın genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. Bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin yer alması buna nümunədir.
İcraiyyə Komitəsinin sədri MDB-yə sədrliyin gələn il Özbəkistana keçdiyini xatırladıb.
İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçiriblər.
Bundan başqa, iclasda “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib.
İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı təsdiq edilib. Bundan başqa, iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də diqqət mərkəzində olub.
Asiya.info

Şərh yaz


18 Noyabr 2019 Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərləri nə vəd edir?-Şərh
16 Noyabr 2019 Rusiya Prezidenti Türkiyəyə gedəcək
14 Noyabr 2019 Ərdoğandan Ermənistanla bağlı ABŞ-da mühüm açıqlama - Video
14 Noyabr 2019 Nazarbayevin qızı İrəvana getdi
14 Noyabr 2019 Paşinyandan müəmma: Qarabağın həllindəki bu prinsip...
12 Noyabr 2019 Ərdoğanın ABŞ səfəri... - Amerikalı polkovnik terrorçularla müzakirə aparır
09 Noyabr 2019 Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
09 Noyabr 2019 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - VİDEO
08 Noyabr 2019 Tramp:«Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu"
08 Noyabr 2019 Prezident 9 Noyabr Bayraq günü münasibətilə video paylaşdı — VİDEO
08 Noyabr 2019 Generallar sərhədə getdi - Foto
04 Noyabr 2019 Baş prokurordan Əli Nağıyevin yerinə - YENİ TƏYİNAT
01 Noyabr 2019 Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu
01 Noyabr 2019 Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
01 Noyabr 2019 Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib
31 Oktyabr 2019 Prezidentdən yeni başçılara: Əgər eşitsəm ki...
31 Oktyabr 2019 Noyabra olan hava açıqlandı - Küləkli, yağıntılı…
30 Oktyabr 2019 "Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur" - Əli Həsənov
30 Oktyabr 2019 İsrailin Bakıdakı səfirliyi də işini dayandırdı
30 Oktyabr 2019 “ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR” – Ərdoğan ABŞ Nümayəndələr Palatasının qərarına münasibət
30 Oktyabr 2019 Oqtay Şirəliyev 3-cü istefa ərizəsini yazıb
27 Oktyabr 2019 “Kremldə 7 rayonun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir...”
27 Oktyabr 2019 Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı
26 Oktyabr 2019 19 oktyabr mitinqinin əsas məqsədi bu olub - Əli Həsənov
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
25 Oktyabr 2019 ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
25 Oktyabr 2019 ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə... - Ərdoğan
24 Oktyabr 2019 Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı
23 Oktyabr 2019 Elman Rüstəmov Baş Nazirin müavini gətirilir
23 Oktyabr 2019 Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi

Xəbər lenti