.

Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox model başçılar kimi fəaliyyət göstərməlisiniz.

Asiya.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib:
“Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək.
Eyni zamanda, siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. Ona görə bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə çox ciddi fəaliyyət göstərməlisiniz, tamamilə şəffaf vəziyyət yaradılmalıdır”.
Axar.az

Şərh yaz


09 Noyabr 2019 Ginnesin Rekordlar Kitabına düşmüş bayraq: "İşğaldan azad olunacaq torpaqlarda dalğalanacaq"
09 Noyabr 2019 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü - VİDEO
08 Noyabr 2019 Tramp:«Türkiyə prezidenti Ərdoğanla çox yaxşı telefon söhbətimiz oldu"
08 Noyabr 2019 Prezident 9 Noyabr Bayraq günü münasibətilə video paylaşdı — VİDEO
08 Noyabr 2019 Generallar sərhədə getdi - Foto
04 Noyabr 2019 Baş prokurordan Əli Nağıyevin yerinə - YENİ TƏYİNAT
01 Noyabr 2019 Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri təyin olundu
01 Noyabr 2019 Ruslan Əliyev “Azəriqaz”ın yeni baş direktoru təyin olundu
01 Noyabr 2019 Tanınmış, araşdırmaçı jurnalist Qafar Çaxmaqlı Ankarada tədbir keçirib
31 Oktyabr 2019 Noyabra olan hava açıqlandı - Küləkli, yağıntılı…
30 Oktyabr 2019 "Ayrı-ayrı sahələrdə monopoliya mövcuddur" - Əli Həsənov
30 Oktyabr 2019 İsrailin Bakıdakı səfirliyi də işini dayandırdı
30 Oktyabr 2019 “ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR” – Ərdoğan ABŞ Nümayəndələr Palatasının qərarına münasibət
30 Oktyabr 2019 Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir
30 Oktyabr 2019 Oqtay Şirəliyev 3-cü istefa ərizəsini yazıb
27 Oktyabr 2019 “Kremldə 7 rayonun Azərbaycana qaytarılmasına dair müzakirələr gedir...”
27 Oktyabr 2019 Ermənistana ciddi zərbə: Zirvə Görüşündə 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı
26 Oktyabr 2019 19 oktyabr mitinqinin əsas məqsədi bu olub - Əli Həsənov
25 Oktyabr 2019 İlham Əliyev Bakıdan dünyaya səsləndi: “Qarabağ əzəli Azərbaycan torpağıdır” - VİDEO
25 Oktyabr 2019 ABŞ Suriyaya hərbi qüvvə göndərir – Kürdlərlə bağlı yeni plan
25 Oktyabr 2019 ABŞ bizə "ora girməyin" deyir, Rusiya isə əksinə... - Ərdoğan
24 Oktyabr 2019 Şahin Mustafayev yeni vəzifəsində ilk onu qarşıladı
23 Oktyabr 2019 Elman Rüstəmov Baş Nazirin müavini gətirilir
23 Oktyabr 2019 Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi
23 Oktyabr 2019 Elmar Məmmədyarov: “Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir”
23 Oktyabr 2019 Əli Əsədov köməkçiləri Natiq Əzizov və Tofiq Sarıcalinskini vəzifəsindən azad etdi.
21 Oktyabr 2019 Əliyevin çıxışından sonra Rusiyada iş başladı - Video
21 Oktyabr 2019 Prezident istefa ərizəsi yazan müavinləri qəbul edib
20 Oktyabr 2019 “Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ
19 Oktyabr 2019 “Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov

Xəbər lenti