.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Xətai rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Asiya.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri azyaşlıları bağlı qapı arxasından xilas edərək valideynlərinə təhvil veriblər. Əməliyyat saat 22:02-də başa çatıb.

.
Gədəbəy şəhərindəki parkda rayon sakini T.Şabanova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.
Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.
.
İsmayıllı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
Asiya.info apa-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. 
"Volvo” və "Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şəki sakinləri-2008-ci il təvəllüdlü Ramazanlı Ülvi Anar oğlu, 1980-ci il təvəllüdlü Ramazanova Aynur Bəybala qızı, 2010-cu il təvəllüdlü İmamzadə Altun Şahin oğlu, Bakı sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Məhsəti Əbdül qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar təcili yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
.
“Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi Harun Vahabov vəfat edib.
APA-nın məlumatına görə, Harun Vahabov avqustun 12-də ürəktutmasından vəfat edib. Qeyd edək ki, hadisə H.Vahabov məzuniyyətdə olarkən baş verib.
Xatırladaq ki, 1964-cü ildə anadan olan H.Vahabov Azəriqaz İB-də müxtəlif vəzifələrdə çalışıb.
.
Bakıda intihar baş  verib.
Nizami rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, 1994-cü il təvəllüdlü Həzrət Əsədulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü atıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri məlum deyil.
Faktla Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Asiya.info
 
.
Avqustun 13-də Kür çayının Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batmış, 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun cəsədi dünən tapılıb.  
"Qafqazinfo" xəbər verir ki, cəsəd Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Əməliyyat saat 08:10-da başa çatıb.
.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1987-ci il təvəllüdlü Nağıyev Tural Bəxtiyar oğlu bud nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
 
Vəziyyətinin kafi olduğu bildirilir. T. Nağıyev hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
.

İmtahanda az bal toplayıb ali məktəbə qəbul olmayan abituriyent intihar edib. Asiya.info -  Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük sovxozu deyilən ərazidə baş verib. Cəmil adlı abituriyent imtahanda lazımi nəticəni göstərə bilmədiyi üçün özünü yaşadığı mənzildə kəməri vasitəsilə tavandan asıb.

Qonşuların müdaxiləsinə baxmayaraq, Cəmilin həyatını xilas etmək mümkün olmayıb. Qonşuların verdiyi məlumata görə, Cəmil intihar edərkən evdə özündən başqa kiçik qardaşı da olub.

 

.
Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Asiya.info xəbər verir ki, Apa-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün gecə saat 22:30 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun Nağaraxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakininə məxsus “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan 8 nəfər ağır bədən xəsarətləri ilə aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan 3-ün vəziyyəti daha ağır olduğu üçün onlar reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, yaralıların hamısı restoranlardan birində ofisiant işləyirlər və onlar toy mərasimindən çıxaraq evə gedərkən hadisə baş verib.
     
Xəsarət alanların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 
.
Xəzərdə batan bir nəfər xilas edilib.
Asiya.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:00-da başa çatmışdır.

Xəbər lenti