.

Bərdədə Təcili Tibbi Yardım Stansiyasının çağırışa gedən əməkdaşları xəstənin oğlu tərəfindən döyülüb.

Hadisə bu gün-iyunun 12-də Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. Təcili yardım maşını da yararsız hala düşüb.
Asiya.info virtualaz.org-a istinadən xəbər verir ki, döyülənlərdən biri - Bərdə rayonu Təcili Tibbi Yardım Stansiyasının 53 yaşlı tibb bacısı Təranə Qasımova hadisənin bu gün saat 8:45-də baş verdiyini deyib:
"Qaradəmirçi kəndinə çağırış oldu. Ünvana çatan kimi xəstənin oğlu dəmir parçasını götürərək onlara hücum edib: “Maşından düşməyə imkan vermədi. Dedi ki, artıq atası ölüb, o da həkimləri öldürəcək. Özümüzü qorumaq üçün maşına mindik, dəmirlə maşını əzdi, şüşələri, güzgünü qırdı”.
Ölən şəxs xərçəng xəstəsi olub. T.Qasımova deyir ki, əvvəllər də həmin xəstə üçün dəfələrlə çağırışa gediblər. Ağrıkəsici vurublar ki, ağrıları azalsın, sakitləşsin. “Bu dəfə də çağırış oldu, ləngimədən ünvana getdik. Amma çatanda məlum oldu ki, xəstə artıq keçinib, oğlu heç evə yaxınlaşmağa imkan vermədi. Dəmirlə elə vurdu ki, şüşə üstümüzə töküldü, əlimi, ayağımı doğrayı, hələ də saçlarımdan şüşə qırıntıları təmizləyirlər”, -tibb bacısı deyib.
Digər tibb bacısı 54 yaşlı Rəfiqə Abdullayeva da xəsarət alıb, şüşə qırıntıları barmaqlarını kəsib: “Bir nəfər yaxınlaşaraq oğlanı sakitləşdirməyə çalışdı, yalnız bu zaman sürücü qaçmağa nail oldu. Oğlan maşının arxasınca qaçdı, amma çata bilmədi”.
33 ildir təcili yardımda çalışdığını deyən Təranə Qasımova son zamanlar tibb işçilərinə qarşı aqressivlikdən narahat olduqlarını deyir. “Bu yaxınlarda həkim, ondan əvvəl isə tibb bacısı döyülmüşdü. Sərxoş kişini xəstəxanaya aparılanda ambulansda həkimə hücum edib döymüşdü, həkimin gözlərinin altının şişi uzun müddət getmədi. Dedilər ki, sərxoş olub, özünü idarə edə bilməyib. Hər gün müxtəlif çağırışlar olur, hansı evdə bizi nə gözlədiyini bilmirik, bu qorxu, stress ilə xəstəyə necə yardım edək?”
Tibb bacıları onları döyən şəxsdən şikayətçidirlər. “Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdik, izahat yazdıq. Biz xəstə yaxınlarını anlayırıq, amma bu qorxu ilə işləmək olmur. Biz xəstənin ölümündə günahkar deyilik axı...”

Şərh yaz


24 İyun 2019 Neftçalada avtomobil piyadanı vurub
24 İyun 2019 Bakıda dənizdən iki nəfərin meyiti çıxarıldı
24 İyun 2019 Bakıda sürücü sükan arxasında öldü
23 İyun 2019 29 yaşlı gənc çoxlu həb qəbul edib öldü
21 İyun 2019 Qusarda motosiklet yük maşını ilə toqquşub, ölən var
20 İyun 2019 Mingəçevirdə 2 otaqlı mənzil yandı
19 İyun 2019 Azərbaycanda DƏHŞƏT - Ana özünü körpəsini parçalayan itin qarşısına atdı
19 İyun 2019 Mingəçevirdə qardaş qardaşı bıçaqlayıb
19 İyun 2019 Azərbaycanda FACİƏ: 34 yaşlı kişi kombaynın altında qaldı
19 İyun 2019 Neftçalada 29 yaşlı gənc güllələnib
18 İyun 2019 Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi
18 İyun 2019 Platini həbs edildi
18 İyun 2019 7 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı
17 İyun 2019 Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var+Fotolar
17 İyun 2019 Azərbaycanda 6 yaşlı uşaq hovuzda boğulub
17 İyun 2019 Qaxda zəlzələ olub
17 İyun 2019 Lənkəran çayından kişi meyiti tapılıb
17 İyun 2019 Bakıda 2 otaqlı ev yandı
17 İyun 2019 Qaxda kişi özünü bıçaqladı
17 İyun 2019 Sumqayıtda avtomobil dirəyə çırpıldı - Sürücü yaralandı
17 İyun 2019 Yaponiyada güclü zəlzələ baş verib
15 İyun 2019 Bakıda ağac hərəkətdə olan maşının üstünə aşdı - VİDEO
15 İyun 2019 "Respublika"dan dəhşətli intiharla bağlı - Açıqlama
15 İyun 2019 "Son zəng"i qeyd edən məzunlar qəzaya düşdü
15 İyun 2019 Qaxda 19 yaşlı gənc intihar edib
14 İyun 2019 Bakıda ana və qızı özlərini 10-cu mərtəbədən atdılar
14 İyun 2019 Bakıda beş nəfər itkin düşüb - İkisi məktəblidir
14 İyun 2019 Qəzada 3 qadın yaralandı
14 İyun 2019 Oğuzda qadın sürücü qəza törətdi: 2 ölü, 3 yaralı - Foto
13 İyun 2019 Bakıda dağlıq ərazidə yanğın başladı - FHN-nin helikopteri hadisə yerində

Xəbər lenti