.


Füzuli rayonunda baş həkimin evinə hücum ediblər.

 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə üç gün əvvəl rayonun Böyük Bəhmənli kəndində baş verib.

Bir qrup kənd sakini rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürovun yaşadığı mənzilə hücum edib.

N.Şükürov bildirib ki, övladının xeyir işi ilə əlaqədar olaraq məzuniyyət götürübmüş. Həmin vaxt rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Məzuniyyətdə olmasına baxmayaraq, vəziyyətə özü nəzarət edib və xəstələrə lazımi tibbi yardım göstərilib. Ancaq yaralının qohumları onun evinə gələrək xəstələrə lazımi kömək edilmədiyini iddia edib və oğlu Araz Şükürovu döyüblər.

Məsələ ilə bağlı qarşı tərəfin nümayəndəsi, xəsarət alan şəxsin dayısı Elçin Əliyev isə bildirib ki, iyunun 26-da axşam saatlarında onun bacısı oğlanları ağır yol qəzasına düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri ağır olan gənclərə heç bir tibbi xidmət göstərilməyib. Onlar yaralıları Bakı şəhərində yerləşən xəstəxanalarının birinə yerləşdirmək üçün təcili tibbi yardım avtomobili istəsələr də, xəstəxanadan verilməyib. Bildirilib ki, təcili tibbi yardım avtomobili üçün baş həkim N.Şükürovun rəsmi icazəsi olmalıdır. Onlar baş həkimlə telefonla danışıb vəziyyəti izah etsələr də, həkim icazə verməyib. Bu səbəbdən onun yaxınları baş həkimin qaldığı evə gediblər. Bu zaman isə orada mübahisə düşüb.

Videodan görünür ki, bir qrup şəxs baş həkimin evinin qarşısına yığışaraq əsəbi şəkildə darvazanı təpikləyir, onun bayıra çıxmasını tələb edirlər.

Hadisə ilə əlaqədar baş həkim rayon Polis şöbəsinə müraciət edib.

Faktla bağlı polis araşdırma aparır.

Şərh yaz


17 İyul 2019 Azərbaycanda DƏHŞƏT: Yaşlı kişi özünü bıçaqladıqdan sonra ASDI
17 İyul 2019 Telefonla yatan gənci tok vurdu
17 İyul 2019 Şəmkirdə ağır yol qəzası olub, ölən və yaralananlar var
16 İyul 2019 Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
15 İyul 2019 Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var
15 İyul 2019 Polis “sxodka”nı dağıtdı, “Ded Xasan”ın nəvəsi tutuldu - VİDEO
15 İyul 2019 Gədəbəydə dörd avtomobil toqquşdu
15 İyul 2019 Rusiyada helikopter qəzası: ölənlər var
14 İyul 2019 Prospektdə “Lexus” və “Mercedes” toqquşdu: 13 yaşlı oğlan öldü - YENİLƏNİB + FOTO
14 İyul 2019 Şəkidə ağac altında qalan 4 nəfər helikopterlə Bakıya göndərilib
13 İyul 2019 Güclü külək Bayılda qayığı aşırdı
13 İyul 2019 Sabirabadda dəhşətli qəza: üç ölü var
12 İyul 2019 Bakı Metrosunda həyəcanlı anlar - Sərnişinlər qapı arasında qaldı + Yenilənib
12 İyul 2019 Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi
10 İyul 2019 “Bizə yüksək sürətlə maşın sürmək yaraşmır” – Dəhşətli qəzanın daha bir səbəbi
09 İyul 2019 Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tiflis sərnişin qatarı yolda qalıb.
08 İyul 2019 Qardaşı arvadının başını kəsən qayın intihar etdi
08 İyul 2019 Yük maşını “BakuBus”a çırpıldı - Yaralılar var+Video
08 İyul 2019 Bakıda məşhur gül dükanı YANIR - VİDEO
07 İyul 2019 PKK-nın böyük silah anbarı aşkar edildi
07 İyul 2019 Lənkəranda ağır qəza - Ölən və yaralananlar var
06 İyul 2019 Azərbaycanda gənc yazar evində ölü tapılıb.
06 İyul 2019 At sahibini vurub öldürdü
05 İyul 2019 Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
04 İyul 2019 Bakıda bədbəxt hadisə - Fəhlənin başına daş düşdü
04 İyul 2019 Bakıda maşın sürətlə parka girdi, sürücü tanınmaz hala düşdü
03 İyul 2019 Gəncədə polis əməkdaşı özünü güllələyib - Yenilənib
02 İyul 2019 Fərhad Poladovun törətdiyi qəzada yaralanan şəxs - DİN əməkdaşıdır
02 İyul 2019 "Hacı Mazan" əməliyyat olundu - Son durumu ilə bağlı açıqlama
02 İyul 2019 Təndiri yandırdı, partlayış oldu: yaralı var

Xəbər lenti