.

Xəbər verdiyimiz kimi dünən Masallıda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Məlumatda qeyd edilirdi ki, "Mercedes Vito" markalı avtonəqliyyat vasitəsinin sahibi Nizami Mustafayev qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərib. Amma sonradan bu açıqlama təkzib edildi.

Ümumiyyətlə maraqlıdır ki, dəhşətli qəzaların çoxunda sürücünün qeyri-qanuni fəaliyyət göstərdiyi iddia olunur. Buna səbəb nədir? Qəza törətmədən öncə bu cür şəxsləri müəyyən edib, onlar barəsində tədbir görmək mümkün deyilmi?

Bu barədə "Yeni Sabah"a açıqlama verən  yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, ilin əvvəlindən bu günə qədər ümumi hadisələrin sayı azalsa da, ağır nəticəli hadisələrin sayı artıb:

“Dövlət Yol Polisi ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları stasional postlarda birgə, ciddi şəkildə fəaliyyət göstərməlidir. Günün 24 saatı sərnişindaşıma, yükdaşıma aləti ilə məşğul olanlara qarşı ciddi nəzarət mexanizmi qurulmalıdır”.

Onun sözlərinə görə, sürücülərə nəzarət müxtəlif vasitələrlə - elektron qaydada, taxoqraflarla, yaxud da şirkətlərin özləri ilə ciddi əməkdaşlıq vasitəsilə edilə bilər:

“Əlaqədar qurumlar dəfələrlə sərnişinlərə müraciət edib ki, peşəkar sürücülərin xidmətinə müraciət edin. Tanımadığınız, bilmədiyiniz şəxslərin xidmətindən istifadə etməyin. Onların sürücülük vəsiqələri, sənədləri tamdır, ya yox onu bilmirsiniz. Standart iş qrafiki olub-olmadığını da bilmirsiniz. Bəzən 2 saat yuxu ilə sükan arxasına keçirlər, tək səbəb də daha çox pul qazanmaq olur. Amma sürücü işləyən insanlar işinə ciddi yanaşmalıdır. Sərnişinlərə pul kimi baxmalı deyillər”.

Ekspert qeyd edib ki, yollarda keçirilən yoxlamalardan sürücülərdən əvvəl sərnişinlər narahat olur,  bunun onların təhlükəsizliyi üçün edildiyini gözardı edirlər:

“Mikroavtobusla sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq istəyirlərsə, zəhmət çəkib qeydiyyata düşsünlər, o cür fəaliyyət göstərsinlər. Biz nəzarətsiz işləməyə öyrəşməmişik. Vaxt var idi Nəqliyyat Nazirliyinin “qoçuları” sərnişindaşıma ilə məşğul olanları tutub döyürdülər, pulunu əlindən alırdılar, ortalığa qanunsuz tələblər qoyurdular. Qorxularından hamısı nizamla işləyirdilər ki, əks halda döyüləcəklər. İndi onlara sərbəstlik verilib, bəs nədir bu biabırçılıq?”.

Elməddin Muradlı sürətlə maşın sürməyin hər sürücüyə uyğun olmadığını bildirib:

“Hadisə harada baş verib? Sürətli, komfortlu yolda. Deməli, bizə sürətli yol yaraşmır. Bəzi insanlar deyir ki, Avropada 140 sürətlə gedirik. Görürsünüz, qəza törədən sürücü də etiraf edir ki, 120 sürətlə gedirdim. Deməli, bizə yüksək sürətlə maşın sürmək yaraşmır. Ona görə hər kəs öz bacardığı həddə uyğun sürməlidir”.

Şərh yaz


22 İyul 2019 Bakı-Şamaxı yolunda qəza olub, ölən və xəsarət alanlar var
21 İyul 2019 Bakıda yol qəzasında işıq dirəyi aşdı, benzin yolla bir oldu - FOTO - VİDEO
21 İyul 2019 Hacıqabulda baş vermiş qəzada ər və arvad yaralandılar
20 İyul 2019 Bakıda yanğın olub, 6 nəfər təxliyə edilib
20 İyul 2019 Avtomobillər toqquşdu, iki nəfər yaralandı
19 İyul 2019 Moskva-Yerevan təyyarəsi tüstüləndi, səkkiz nəfər xəsarət aldı
19 İyul 2019 Qaradağda yol qəzası - 1 ölü, 1 yaralı
19 İyul 2019 Bilgəh çimərliyində 3 nəfər xilas edilib
18 İyul 2019 Türkiyədə dəhşətli qəza - 15 ölü, 27 yaralı
18 İyul 2019 Körpüdə yolları səhv saldı, qəza törətdi - FOTO/VİDEO
17 İyul 2019 Azərbaycanda DƏHŞƏT: Yaşlı kişi özünü bıçaqladıqdan sonra ASDI
17 İyul 2019 Telefonla yatan gənci tok vurdu
17 İyul 2019 Şəmkirdə ağır yol qəzası olub, ölən və yaralananlar var
16 İyul 2019 Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
15 İyul 2019 Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var
15 İyul 2019 Polis “sxodka”nı dağıtdı, “Ded Xasan”ın nəvəsi tutuldu - VİDEO
15 İyul 2019 Gədəbəydə dörd avtomobil toqquşdu
15 İyul 2019 Rusiyada helikopter qəzası: ölənlər var
14 İyul 2019 Prospektdə “Lexus” və “Mercedes” toqquşdu: 13 yaşlı oğlan öldü - YENİLƏNİB + FOTO
14 İyul 2019 Şəkidə ağac altında qalan 4 nəfər helikopterlə Bakıya göndərilib
13 İyul 2019 Güclü külək Bayılda qayığı aşırdı
13 İyul 2019 Sabirabadda dəhşətli qəza: üç ölü var
12 İyul 2019 Bakı Metrosunda həyəcanlı anlar - Sərnişinlər qapı arasında qaldı + Yenilənib
12 İyul 2019 Sabunçuda it Özbəkistan vətəndaşını dişlədi
09 İyul 2019 Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tiflis sərnişin qatarı yolda qalıb.
08 İyul 2019 Qardaşı arvadının başını kəsən qayın intihar etdi
08 İyul 2019 Yük maşını “BakuBus”a çırpıldı - Yaralılar var+Video
08 İyul 2019 Bakıda məşhur gül dükanı YANIR - VİDEO
07 İyul 2019 PKK-nın böyük silah anbarı aşkar edildi
07 İyul 2019 Lənkəranda ağır qəza - Ölən və yaralananlar var

Xəbər lenti