.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluğun Mətbuat xidmətləri Qəbələdə baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb.
Avqustun 5-i Qəbələ rayonu Zərgərli kəndində Həsən Əsgərovun həyətində təşkil olunmuş toy məclisində iştirak edən təxminən 500 nəfər qonaqdan 89 nəfərinin (19-u qadın, 8-i yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət edib. 
Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşlarının, eləcə də Qida Təhlükəsizlik Agentliyinin Şəki Regional bölməsinin əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, toy məclisində verilmiş ayrı-ayrı qida məhsullarından nümunələr qablaşdırılaraq götürülüb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. 
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırma zamanı müəyyən olunub ki, qonaqlar toy məclisində müxtəlif qida və içki məhsulları (kabablar, toyuq əti, salatlar, qarpız, üzüm, düşes, kompot və sair) qəbul etdikdən sonra halları pisləşib, dərhal rayon mərkəzi xəstəxanasına və Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə müraciət ediblər.
Hadisə zamanı zərər çəkmiş şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 88-i ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 1 nəfərin isə stasionar şəraitdə müalicələri davam etdirilir. Həmin şəxs 15 yaşlı Bayram Əsgərovdur. 
Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir. Qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər görüləcəkdir. 

Şərh yaz


17 Avqust 2019 Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü
17 Avqust 2019 10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO
17 Avqust 2019 İsrail Qəzzadan atılan raketi məhv etdi
17 Avqust 2019 Goranboy sakini cərrahi əməliyyat zamanı ölüb
16 Avqust 2019 Xətaidə 2 avtomobil toqquşub - yaralılar var
16 Avqust 2019 İmişli sakini qonşusunu bıçaqladı
14 Avqust 2019 Yeniyetmə özəl klinikada burun əməliyyatı zamanı öldü
14 Avqust 2019 Bakıda yük maşını polis şöbəsinə çırpıldı - Foto
14 Avqust 2019 Beyləqanda kütləvi dava: ölən var
14 Avqust 2019 Samuxda bədbəxt hadisə: hovuza düşən azyaşlı xəstəxanada öldü
14 Avqust 2019 Biləcəri deposunda 27 yaşlı oğlan iki qatarın arasında qalaraq ölüb
13 Avqust 2019 4 yaşlı uşaq nəfəs borusuna çörək düşməsi nəticəsində öldü
13 Avqust 2019 “Sunset” istirahət mərkəzində kütləvi dava: 7 nəfər...
13 Avqust 2019 "Binə" ticarət mərkəzində anbar yanıb - Yenilənib
13 Avqust 2019 “Binə” ticarət mərkəzində yanğın olub
13 Avqust 2019 İngiltərədə cütlük akvariumdan zəhərlənib
13 Avqust 2019 Bakıda motosiklet avtobusla toqquşub, xəsarət alan var - FOTO
13 Avqust 2019 İldırım 40 evi yararsız hala saldı
11 Avqust 2019 Nardaranda batan ailə niyə nəzarət olmayan əraziyə gedib? - Faciənin təfərrüatı
10 Avqust 2019 Salyanda ağır qəza: 1 uşaq öldü, 2 yaralı var
10 Avqust 2019 Sumqayıtda mebel sexi yanır, xəsarət alan var - FOTO
08 Avqust 2019 Azərbaycanda bir gündə ikinci zəlzələ
07 Avqust 2019 FHN-in qaynar xəttinə daxil olan məlumat yanlış oldu
07 Avqust 2019 Bakıda maşın nişanlı oğlanla qızı vurdu
07 Avqust 2019 Gənclikdə avtomobil səkiylə gedənləri vurdu
05 Avqust 2019 Bakıda bir nəfər qəfil elektrik qatarının önünə keçdi
05 Avqust 2019 Güclü külək Abşeronda fəsadlar törədib
04 Avqust 2019 “Sədərək”dəki yanğından son məlumatlar - YENİLƏNİB
04 Avqust 2019 Bakıda gənc qız itkin düşüb
04 Avqust 2019 Nəsimi Rayonunda yanğın

Xəbər lenti