.

Bakıda I Sverdlov döngəsi 6 və Şamil Əzizbəyov 153 küçələrinin bir qrup sakini “Grand Plaza” şirkətindən şikayətçidirlər.  

Onlar bununla bağlı müraciət ediblər. Çəkiliş aparmaq üçün sözügedən küçələrdə olduq.
Məlum oldu ki, “Grand Plaza” şirkəti 2018-ci ildə bu ərazini alıb və çoxmərtəbəli yaşayış binası tikəcək. Bir qrup ailə şirkətin onlara təklif etdiyi məbləğlə razılaşaraq köçüb. Qalanları isə şirkətin təklif etdiyi məbləğlə razılaşmır. Hazırda həmin evlərin həyətində dağınıq vəziyyətdə tikililər var. 
I Sverdlov döngəsi 6-da yaşayan sakin Tahirə Əliyeva qeyd edib ki, iki ildir belə dağınıq şəraitdə yaşayır: “Körpə nəvələrimiz var. O gün divar aşıb az qala uşağın başına uçmuşdu. Burada insan yaşamaz. Şəhərin mərkəzində, iki il adama bu qədər əziyyət vermək olar?!”.
Sözügedən ünvanın digər sakini Malik Mansurov deyib ki, “Grand Plaza” həyətdə gecə vaxtı gəlib söküntü aparıb: “Evin damlarını dağıdanda nəfəs almaq mümkün deyildi. Bizi adam yerinə qoymadılar. Məqsədyönlü şəkildə birinci damı sökməyə başladılar ki, başqa mənzillərə də ziyan dəysin. Məhkəmədə biz niyə cavabdeh kimi getməliyik ki? Onlar bizim evimizə gəlib giriblər”.
Ş. Əzizbəyov küçəsinin sakini Türkan Səmədov bildirib ki, evinin sahəsi 150 kvadratmetrdir: “2018-cı ilin yanvarında şirkətin nümayəndələri gəlib dedilər ki, bu evləri alıblar. Halbuki camaatla razılığa gəlməyiblər. Burada elə adam var idi ki, pula, mənzilini genişləndirməyə ehtiyacı var idi. Ancaq mənim ehtiyacım yoxdur. Təmirli evim var. Şirkət bizi məhkəməyə verdi ki, qalan ailələr evindən çıxmır, çox pul istəyir. Hazırda işə Nəsimi rayon Məhkəməsində baxılır. Onların heç tikintiyə icazə sənədləri də yoxdur”.
Məsələ ilə bağlı “Grand Plaza” şirkəti ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı Yavər Şahbazov “Qafqazinfo”ya bildirib ki, həmin ünvanda sakinlərə kvadratı 2300 manatdan pul təklif edərək bir neçə sakini köçürüblər: “Qalanlar isə bu məbləğlə razılaşmaq istəmir. Ona görə də söküntünü saxlamışıq. Onlara tikdiyimiz binada ev də təklif edirik.
Kirayəyə köçürürük. Ayda 400-500 manat kirayə üçün pul veririk. 1 ildir söküntünü dayandırmışıq. Həyət-bacanı təmizləmişik. Axı onlara pis şərait yaradılmayıb. Sökülən evin içinin onlara nə aidiyyatı var ki? Söksək, divarları sökərdik. 1 ildir onları narahat etməmişik. Əksinə, köçən sakinlər narazılıq etməlidir ki, onlar 1 ildir ki, kirayələrdə qalıblar. Biz binanı tikib onları evlə təmin edə bilməmişik. 4-5 nəfərə görə camaatın hüquqları pozulur. Qiymətləndirmə şirkəti gəlib onların evinə 1750 manat qiymət qoydu. Biz onlara 2300 manat pul verdik”. 

Şərh yaz


17 Oktyabr 2019 Mətbuat Şurasının sədri məmurlarla “reket jurnalistlər”in əlaqəsini təsdiqlədi
17 Oktyabr 2019 Azərbaycanda məmur əməliyyatdan sonra öldü
17 Oktyabr 2019 Bakıda 4 yaşlı uşağı it dişlədi, xilas etmək mümkün olmadı...
17 Oktyabr 2019 Məkkədən Mədinəyə gedən avtobus yandı – 36 zəvvar öldü
17 Oktyabr 2019 Yol polisini maşın vurdu, vəziyyəti ağırdı
16 Oktyabr 2019 Bakı-Sumqayıt yolunda zəncirvari qəza-Video
16 Oktyabr 2019 Transformatora girən azyaşlının 2 ayağı və qolu amputasiya edildi
16 Oktyabr 2019 Bakıda avtomobil iki maşını vuraraq, yük maşınına çırpıldı - ANBAAN VİDEO
15 Oktyabr 2019 Sumqayıtda qəza: ölən var
14 Oktyabr 2019 Bakıda uşaq qidasının içindən qurd çıxıb.
13 Oktyabr 2019 Qubada gənc tikinti zamanı uçan hasarın altında qalaraq ölüb
13 Oktyabr 2019 Bir ailənin 5 körpə övladı zəhərləndi
13 Oktyabr 2019 Qax sakini elektrik mişarı ilə özünü kəsdi
13 Oktyabr 2019 Bakıda gənc oğlanı avtomobil vurub
12 Oktyabr 2019 Bakıda ağır qəza - 3-ü uşaq olmaqla, 5 nəfər yaralandı
11 Oktyabr 2019 Bakıda maşın piyada keçidində qadını vurub kənara atdı - VİDEO
10 Oktyabr 2019 Bakıda süpürgəçini maşın vurub.
10 Oktyabr 2019 Goraboyda 35 yaşlı gəlinin əl-ayağını bağlayıb sürüdülər - Nazirlikdən AÇIQLAMA
09 Oktyabr 2019 Bakıda “KamAZ” “VAZ” avtomobili ilə toqquşub, 1 nəfər ölüb
09 Oktyabr 2019 Bakıda şok: Gənc oğlanı 5-ci mərtəbədən atdılar
08 Oktyabr 2019 Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi
08 Oktyabr 2019 4 balıqçı itkin düşüb - FHN helikopter qaldırdı
08 Oktyabr 2019 "Binə"də güclü yanğın: xəsarət alanlar var - Foto
06 Oktyabr 2019 "Sədərək"də kütləvi dava: yaralılar var
05 Oktyabr 2019 Aeroport yolunda zəncirvari qəza - ANBAAN VİDEO
03 Oktyabr 2019 Bakıda yaşayış binasındakı yanğında zəhərlənənlər olub - Yenilənib
02 Oktyabr 2019 Yeddi yaşlı uşaq üzgüçülük dərsində boğuldu
30 Sentyabr 2019 Gəncə hadisələrinə görə tutulan 4 nəfər azadlığa buraxıldı
30 Sentyabr 2019 Bakıda 2 avtomobil toqquşdu: 3 yaralı
29 Sentyabr 2019 Bakıda daha bir yol çökdü - Foto

Xəbər lenti