.

Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın başlayıb.

Asiya.info xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyir.
Hadisə yerində FHN-in qərargahı yaradılıb. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyi də "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Məlumata əsasən, hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.​
Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.
Hazırda yanğın davam edir. Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır. FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
***
Yanğının qarşısı alınıb. Hazırda ərazidə soyutma işləri aparılır.
Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə müsahibəsində deyib.
Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib. İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.
***
"Binə" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.
Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.
APA 

Şərh yaz


17 Oktyabr 2019 Mətbuat Şurasının sədri məmurlarla “reket jurnalistlər”in əlaqəsini təsdiqlədi
17 Oktyabr 2019 Azərbaycanda məmur əməliyyatdan sonra öldü
17 Oktyabr 2019 Bakıda 4 yaşlı uşağı it dişlədi, xilas etmək mümkün olmadı...
17 Oktyabr 2019 Məkkədən Mədinəyə gedən avtobus yandı – 36 zəvvar öldü
17 Oktyabr 2019 Yol polisini maşın vurdu, vəziyyəti ağırdı
16 Oktyabr 2019 Bakı-Sumqayıt yolunda zəncirvari qəza-Video
16 Oktyabr 2019 Transformatora girən azyaşlının 2 ayağı və qolu amputasiya edildi
16 Oktyabr 2019 Bakıda avtomobil iki maşını vuraraq, yük maşınına çırpıldı - ANBAAN VİDEO
15 Oktyabr 2019 Sumqayıtda qəza: ölən var
14 Oktyabr 2019 Bakıda uşaq qidasının içindən qurd çıxıb.
13 Oktyabr 2019 Qubada gənc tikinti zamanı uçan hasarın altında qalaraq ölüb
13 Oktyabr 2019 Bir ailənin 5 körpə övladı zəhərləndi
13 Oktyabr 2019 Qax sakini elektrik mişarı ilə özünü kəsdi
13 Oktyabr 2019 Bakıda gənc oğlanı avtomobil vurub
12 Oktyabr 2019 Bakıda ağır qəza - 3-ü uşaq olmaqla, 5 nəfər yaralandı
11 Oktyabr 2019 Bakıda maşın piyada keçidində qadını vurub kənara atdı - VİDEO
10 Oktyabr 2019 Bakıda süpürgəçini maşın vurub.
10 Oktyabr 2019 Goraboyda 35 yaşlı gəlinin əl-ayağını bağlayıb sürüdülər - Nazirlikdən AÇIQLAMA
09 Oktyabr 2019 Bakıda “KamAZ” “VAZ” avtomobili ilə toqquşub, 1 nəfər ölüb
09 Oktyabr 2019 Bakıda şok: Gənc oğlanı 5-ci mərtəbədən atdılar
08 Oktyabr 2019 Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi
08 Oktyabr 2019 4 balıqçı itkin düşüb - FHN helikopter qaldırdı
06 Oktyabr 2019 "Sədərək"də kütləvi dava: yaralılar var
05 Oktyabr 2019 Aeroport yolunda zəncirvari qəza - ANBAAN VİDEO
03 Oktyabr 2019 Bakıda yaşayış binasındakı yanğında zəhərlənənlər olub - Yenilənib
02 Oktyabr 2019 Yeddi yaşlı uşaq üzgüçülük dərsində boğuldu
30 Sentyabr 2019 Gəncə hadisələrinə görə tutulan 4 nəfər azadlığa buraxıldı
30 Sentyabr 2019 Bakıda 2 avtomobil toqquşdu: 3 yaralı
29 Sentyabr 2019 Bakıda daha bir yol çökdü - Foto
29 Sentyabr 2019 Türkiyədə 143 əsgər zəhərləndi

Xəbər lenti