.

Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib.

Asiya.info xəbər verir ki, bu barədə  İdarədən məlumat verilib.
Məlumatda deyilir: "Paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyacanlı xəbər oldu.
Polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə azyaşlılar müəyyən olunaraq, ailəsinə təhvil verildi, ictimai təhlükəli əməldə şübhəli bilinən 1993-cü il təvəllüdlü qadın tutularaq istintaqa verildi. Baş verən əməlin ictimia təhlükəlilik dərəcəsini nəzərə alaraq, hadisədən nəticə çıxarılmalı, polisin dilənçiliyə qarşı mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasında ictimaiyyətin dəstəyini aktuallaşdırır. Təkcə Azərbaycanda yox, Avropa ölkələrinin təcrübəsi göstərir ki, dilənçilər kriminal risk qrupuna daxildir. Elmi ədəbiyyatlarda xeyli istinadlar var.
Əmək qabiliyyəti olan, ancaq harda işləmək vərdişindən uzaq olan dilənçilərin paytaxtda ictimai təhlükəli əməllərdə ̶ nəzarətsiz qalan azyaşlıların oğurlanması, talama cinayətlərində iştirakçılığı müşahidə olunmaqdadır. İyun ayında Sabunçu və Binəqədi rayonlarında valideyn məsuliyyətsizliyi ucbatından 3 yaşlı Z.Bağırovanın, avqustun 15-də 7 yaşlı R.Mirzəyevin, bacısı 6 yaşlı Mələyin oğurlanması ilə təkrarlanan növbəti hadisə polisin bu istiqamətdə tədbirləri nəticəsində müəyyən olunan azyaşlılar məhz dilənçilərdən aşkar olunub.
Baş verən hadisələrin oxşar tərəfləri, mahiyyəti, ictimai təhlükəlilik dərəcəsi ilə bağlı aparılan araşdırmalar və təhlillər göstərir ki, onlara qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində şəhər sakinləri həssas olmalı, onların paytaxt küçələrində saxta göz yaşları ilə əl açıb dilənmələrinə inanmasınlar, şikəst, xəstə, köməyə möhtac imitasiyalarına məhəl qoymasınlar. Onlar ac, köməyə möhtac olduğu üçün yox, peşələri dilənçilik olduğu üçün əl açırlar. Bu, onlar üçün digər insanları talamağa, yaxud dələduzluq yolu ilə cəmiyyətə yalan sırımağa köklənən əməldir.
Konkret faktları sadalamadan diqqətə çatdırırıq ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Hətta müşahidə olunur ki, dilənçilər küçə ticarəti adı altında əhalinin sıx olduğu yerlərdə, məhəllələrdə dolaşaraq, kilidi bağlamağı unudulan yaşayış yerlərinə daxil olmaqla oğurluqlar edirlər, yaxud fala baxaraq insanları çaşdırır, onları duyğuları ilə oynayırlar. Daha peşəkarları insanlara yaxınlaşaraq “nəsə probleminiz var, nəsə gözləntiniz var”, deyə müraciət edir, “kömək” təklif edirlər. Təbiidir ki, cəmiyyətdə hamının nəsə gözləntisi var. “Vəziyyətdən çıxış yolu var” deyib, müxtəlif magik –dini jarqonlarla insanları ələ almaqla onları talayırlar.
Eləcə də onlar sənədsiz və qeydiyyatsız, klassik ənənələrlə doğulan övladlarını digər dilənçilik həyat tərzi keçirən şəxslərə arendaya verir, ödəniş müqabilində qazanc əldə edirlər. Cəmiyyətin azyaşlılara qarşı münasibətdə həssas olduğunu, psixoloji yanaşmanı bilən peşəkar dilənçilər bütün mümkün vasitələrdən istifadə edirlər. Bu barədə əməliyyat yolu ilə polisə daxil olan məlumatlarda vurğulanır ki, azyaşlılarla dilənmək səmərəlidir, bununla onlar gündəlik gəlirlərini daha çox artırırlar. Bayram günlərində isə bu məbləğ üç dəfə artır. Və hamı bilməlidir ki, onlara verilən hər qəpik ayrı-ayrı dilənçi işbazların büdcəsini artırır. Əgər cəmiyyət onlara “nəzir” verməkdən imtina etsə, onların sayının azalmasına təsir etmiş olacaqdır.
Qeyd olunanları nəzərə alaraq, ictimaiyyət nümayəndələrini, qeyri-hökümət təşkilatlarını, mətbuatı – qəzet, informasiya saytlarını, televiziyaları, radioları polisin dilənçilərə, dilənçilik həyat tərzi keçirən şəxslərə qarşı mübarizəsində fəal olmağa və cəmiyyəti məlumatdırmağa, polisin mübarizə tədbirlərinin daha mütəşəkkil formada və məzmunda aparılmasına dəstək verməyə çağırırıq".
Unikal.org
06 Sentyabr 2019 Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə...
29 Avqust 2019 ABŞ-ın Florida ştatına doğru güclü "Dorian" qasırğası yaxınlaşır
13 Avqust 2019 Atambayev Qırğızıstanda dövlət çevrilişi hazırlayıb - Kəşfiyyat
23 İyul 2019 SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır
16 İyul 2019 Türk deputatdan Keşikçidağ məsələsinə — MÜNASİBƏT
07 İyul 2019 Qanlı hadisənin qarşısı alındı: "Məşədi Elçin" saxlanıldı
30 İyun 2019 Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə - Xəbərdarlıq
29 İyun 2019 ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ – İranla müharibə yenidən alovlanır?
27 İyun 2019 Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
11 İyun 2019 Bu gənclərin təhsil xərcləri qarşılanacaq – Müsabiqə
07 İyun 2019 Qubada 5 günlük istirahət fantastik qiymətə
04 İyun 2019 Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - MəlBu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadəeykə Abbaszadə
03 İyun 2019 Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi
30 May 2019 Elinanın oxuduğu məkrəbin müəllimləri və sinif yoldaşları dindirilib
29 May 2019 Əsl jurnalist vətənpərvərlik və dövlətçilik mövqeyindən çıxış etməlidir
27 May 2019 Hər oğurluq pisdir, amma səs oğurluğu... - Ərdoğan
17 May 2019 Vasif Talıbov “Duzdağ”la bağlı sərəncam verdi –40 illik yubileyi keçiriləcək
15 May 2019 Bu təxribatçıları Bakıya kim dəvət edib? – Nazirlikdən açıqlama
03 May 2019 Kollec məzunlarının universitetə qəbul müəmması...
02 May 2019 Bu imtahanların nəticələri bir neçə günə açıqlanacaq – Abituriyentlərin diqqətinə
01 May 2019 Limiti keçmiş abonentlərin NƏZƏRİNƏ - Tarif Şurası açıqladı
19 Aprel 2019 Azərbaycanda avtobus zavodu tikilir
17 Aprel 2019 Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı yeni - QƏRAR
13 Aprel 2019 Azərbaycanda daha bir orta məktəbdə şagirdlər təhlükə ilə üz-üzədir - Səs yazısı
11 Aprel 2019 PROFESSORLA HƏKİMİN DƏLƏDUZ ŞƏBƏKƏSİ – Cinayət işində bir sıra məmurların adı hallanır…
11 Aprel 2019 Prezident Elina ilə bağlı tapşırıq verdi
08 Aprel 2019 Azərbaycandan AŞPA-ya çağırış: Obyektiv hesabat hazırla
08 Aprel 2019 Direktorun Elina ilə bağlı rüsvayçı səs yazısı yayıldı - Video
08 Aprel 2019 “Diqlas”dakı yanmamış anbarların açılmasına başlanıldı
05 Aprel 2019 İçindən qum çıxan uşaq qidasını ölkəyə “Veysəloğlu” gətirib - AÇIQLAMA

Xəbər lenti