.

13 yaşlı Elina Hacıyevanın intihar etdiyi 162 saylı orta məktəbin keçmiş direktoru, hadisədən sonra təxminən saat yarım ərzində təcili tibbi yardım çağırmayan Sevinc Abbasova ilə bağlı daha bir ilginc məhkəmə işi var.

Asiya.info  bizimyol.info-ya istinadən xəbər verir ki, S.Abbasova ondan əvvəl iki il ərzində məktəbin direktoru vəzifəsini icra etmiş təlim-tərbiyə məsələləri üzrə direktor müavini Məlahət Hüseynovadan Bakı şəhər Təhsil İdarəsinə şikayətlər təşkil edib. Bu barədə məhkəmədə dindirilən müəllimlər danışıblar.
Deyiblər ki, Məlahət Hüseynova peşəkar, nizam-intizama diqqət yetirən şəxs olsa da, yeni direktor Sevinc Abbasova onunla yola getmirmiş. Ona görə də müəllimləri məcbur edirmiş ki, müdir müavinindən Bakı şəhər Təhsil İdarəsinə ondan kollektiv şikayət yazıb imzalasınlar. Özü də Məlahət Hüseynovanın guya işə gəlməməsi barədə aktlar tərtib edib, müəllimlərə təzyiq altında həmin aktları imzalatdırırmış.
Onun bu addımlarından sonra Bakı şəhər Təhsil İdarəsi 2017-ci ilin fevralında məktəbdə yoxlama keçirib, ardınca Məlahət Hüseynova Əmək Məcəlləsinin 70ç bəndi ilə işdən azad edilib.
Ardınca Məlahət Hüseynova işəbərpa və kompensasiya tələbilə məhkəməyə müraciət edib. Müəllimlərin bir neçəsi də gəlib onun məhkəməsində direktorun sözügedən hərəkətləri barədə izahatlar veriblər.
Məhkəmə Məlahət Hüseynovanın işə bərpası barədə qərar çıxarıb – Bakı şəhər Təhsil İdarəsinin onunla müqaviləyə xitam verilməsi barədə 19 sentyabr 2017-ci il tarixli əmri ləğv olunub. Lakin maddi və mənəvi ziyana görə kompensasiya məsələsində Məlahət Hüseynovanın istəyi təmin edilməyib.
Elina Hacıyeva bu il aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib. O, hadisədən sonra 84 dəqiqə ərzində direktorun otağında saxlanılıb, təcili yardım çağrılmayıb. 13 yaşlı məktəbli aprelin 6-da vəfat edib.
Daha sonra məktəbin direktoru bu addımına görə Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə məsuliyyətə cəlb olunan Sevinc Abbasova ev dustaqlığındadır. Hazırda onun məhkəməsi davam edir.
07 Noyabr 2019 Baş nazir Paşayevə vəzifə verdi - Sərəncam
05 Noyabr 2019 Ceyhun Bayramovdan müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması barədə - ƏMR
31 Oktyabr 2019 Nazirdən şok açıqlama - “Restoranlarda nərə balığı adı ilə başqa ət satırlar”
28 Oktyabr 2019 Daha bir məktəb direktoruna töhmət verildi, müavini işdən çıxarıldı
28 Oktyabr 2019 Abutalıbovun sərəncamı ləğv edildi, tikinti dayandırıldı
23 Oktyabr 2019 Ramiz Mehdiyev vəzifəsindən azad edilib
23 Oktyabr 2019 ABŞ Müdafiə naziri Mark Esper gözlənilmədən İraqa gəlib.
23 Oktyabr 2019 Nazirlər Kabineti Aparatının İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad edildi.
19 Oktyabr 2019 Qanunsuz aksiyada neçə nəfər saxlanılıb? - RƏSMİ AÇIQLAMA
12 Oktyabr 2019 15 kənd azad edildi, 399 terrorçu isə məhv edildi
11 Oktyabr 2019 DTX terror dəstəsini ələ keçirdi - Video
04 Oktyabr 2019 Türkiyədən ABŞ-a- Türkiyə qərarlı
27 Sentyabr 2019 Bu müəllimlərə əlavə ödənişlərin miqdarı artırılsın – Təklif
22 Sentyabr 2019 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı - Yenilənib
18 Sentyabr 2019 Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış
06 Sentyabr 2019 Alimlərdən qazlı içkilərlə bağlı ölüm xəbərdarlığı: gündə bir stəkan içirsinizsə...
29 Avqust 2019 ABŞ-ın Florida ştatına doğru güclü "Dorian" qasırğası yaxınlaşır
17 Avqust 2019 Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Uşaqlarınızı oğurlaya bilərlər
13 Avqust 2019 Atambayev Qırğızıstanda dövlət çevrilişi hazırlayıb - Kəşfiyyat
23 İyul 2019 SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - Ekspert səbəbləri açıqlayır
16 İyul 2019 Türk deputatdan Keşikçidağ məsələsinə — MÜNASİBƏT
07 İyul 2019 Qanlı hadisənin qarşısı alındı: "Məşədi Elçin" saxlanıldı
30 İyun 2019 Bakı Şəhər İcra Hakimiyyətindən sakinlərə - Xəbərdarlıq
29 İyun 2019 ABŞ döyüş təyyarələrini İLK DƏFƏ ORA GÖNDƏRDİ – İranla müharibə yenidən alovlanır?
27 İyun 2019 Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
11 İyun 2019 Bu gənclərin təhsil xərcləri qarşılanacaq – Müsabiqə
07 İyun 2019 Qubada 5 günlük istirahət fantastik qiymətə
04 İyun 2019 Bu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - MəlBu il abituriyentlərin sayı 8 min nəfər çox olacaq - Məleykə Abbaszadəeykə Abbaszadə
03 İyun 2019 Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi
30 May 2019 Elinanın oxuduğu məkrəbin müəllimləri və sinif yoldaşları dindirilib

Xəbər lenti