.

Azərbaycanın boks, cüdo və güləş üzrə kişi və qadınlardan ibarət yığma komandaları 2-ci Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanır.

Ardını oxu...

.

İyunun 7-dən 12-dək Rusiyanın Soçi şəhərində Pauerliftinq üzrə Avropa çempionatı keçirilib. Bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ardını oxu...

.

Tovuzda
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin tədbiri keçirilib və 15 məktəbin şagirdləri idman geyimləri və ləvazimatları ilə təmin olunub

Ardını oxu...

.

Futbol üzrə əsas milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxacaq.

Ardını oxu...

.


Azərbaycan güləşçiləri Turan Bayramov və Abubakr Abakarov İspaniyanın Pontevedra şəhərində keçirilən Avropa çempionatında I yerə layiq görülüblər. tutublar.

Ardını oxu...

.


Üç təkanla tullanma idman növündə yeni Azərbaycan rekordu müəyyənləşib. 

"Report" xəbər verir ki, yeni rekordun sahibi Yekaterina Sarıyevadır. 

O, ölkə çempionatında 13.81 m nəticə göstərməklə buna nail olub.

Yarışın qalibi olan 24 yaşlı atlet özünə məxsus olan 13.56 m-lik nəticəni yeniləyib. 

Kişilərin mübarizəsində isə Rüstəm Məmmədov 16.10 m nəticə ilə birinci yeri tutub. İdmançı öz şəxsi nəticəsini də yeniləməyi bacarıb. 

.

Ötən həftə Osiyekdə (Xorvatiya) idman gimmnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yekunlaşaraq, estafeti Sloveniyanın Koper şəhərinə təhvil verdi. Təmsilçilərimiz bu yarışda da uğurlu çıxışları ilə fərqlənməyi bacarıblar.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ötən gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himnimizi qürurla səsləndiriblər.
Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.
 
Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq, fəxri kürsünün ilk pilləsində qərarlaşıb.
.

UEFA Çempionlar Liqasının qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, “Liverpul” 2-ci dəqiqədə Məhəmməd Salah və 87-ci dəqiqədə belçikalı hücumçu Divok Oriqinin vurduğu qollarla qalib gəlib.
Bununla da  “Liverpul” klubu altıncı dəfə bu turnirin qalibi olub.
.

Azərbaycan bu dəfə də bədxahlarını məyus etdi. Avroliqanın finalında “Çelsi”-"Arsenal" oyununun Bakıda keçiriləcəyi xəbəri yayılan gündən anti-Azərbaycan qüvvələr, erməni lobbisi ölkəmizə qarşı qarayaxma kampaniyasına start vermişdilər.

Ardını oxu...

.

Bu gün paytaxtda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Azərbaycan Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.

Ardını oxu...

Xəbər lenti