.
Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

“Report” “The Times” nəşrinə istinadən xəbər verir ki, “Arsenal” və “Çelsi” ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.

UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.

Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.

İngilis klubları və sponsorların qaytaracaqları biletlər yenidən satışa çıxarılacaq.

.

Azərbaycan Kikboqsinq federasiyası və Xəzər rayon gənclər idman İdarəsinin dəstəyi ilə mayın 19 da Şagan Olimpiya və İdman kompleksində, "28 May Respublika günü" nə həsr olunmuş" Vətən" Kikboksinq klubunun açıq brinciliyi keçirildi.

Ardını oxu...

.

Mayın 18-19-da Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib.

Ardını oxu...

.

Bu gün Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə dünya çempionatı start götürəcək.

Ardını oxu...

.

Boks üzrə Azərbaycanda tanınmış idman ustası, Avropa və Dünya çempionu Rauf Ağayev bu günlərdə Moskva şəhərində keçirilən peşəkarların yarışında ölkəmizə qarşı düşmən münasibət bəsləyən idmançılara qalib gəlib.

Ardını oxu...

.

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev ilk məşqi üçün Təl-Əviv Expo Mərkəzinin səhnəsinə çıxıb.

Ardını oxu...

.

Medallar Bakı Suvenir Fabrikində (“Azərsuvenir” MMC) hazırlanıb. Çox gözəl dizaynla, zövqlə hazırlanıb. Bu, həmin fabrikin ilk işi deyil. IV İslam Həmrəyliyi Oyunlarında da medalı onlara hazırlamağı həvalə etmişdik.

Ardını oxu...

.


Ötən gün Binə stadionunda Coca-Cola U-13 Liqasının final oyunu keçirilib.  Həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ” komandası 2018-2019-cu il mövsümünün qalibi olub.

Ardını oxu...

.

Rusiyanın Blaqoveşensk şəhərində “Kulturnıy Qorod” (Mədəni şəhər) festival hərəkatının açılışında tanınmış azərbaycanlı pəhləvan Əmir çıxış edib.

Ardını oxu...

.

Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran-Prisinin ilk yarış günü başlayır.
 
Moderator.az -ın məlumatına görə, şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var. 
Bu gün Bakı Şəhər Halqasında "Formula 2" bolidlərinin sərbəst yürüşü, həmçinin F2 pilotlarının sıralama yarışı keçiriləcək. Bundan başqa, Bakı trekində "Formula 1" bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq. 
Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən "Formula 1" yarışları aprelin 28-dək davam edəcək. 
Xatırladaq ki, "Formula 1" Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır. 
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda "Formula 1" yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat. 
Azərbaycanda Qran-Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər. 

Xəbər lenti